NİHAN

sif. [ fars. ] klas. Gizli, məxfi, örtülü; gizli saxlanmış.
Varımdı sinədə dərdü-qəminihan, ölürəm… X.Natəvan.
Yandırır qəlbimi bu dərdi-nihanım, nə edim? C.Cabbarlı.

□ Nihan etmək (eyləmək) – gizlətmək, gizli saxlamaq, üstünü örtüb gizləmək.
…Əql uçar başdan, ürək oynar, cəsəddən can çıxar; Göz ucuyla hər kimə eylər nihan ima pəri! M.P.Vaqif.

Nihan olmaq – gizlənmək, itmək, görünməz olmaq.
Cəmalın gözümdən nihan olalı; İstərəm baxmayım dünyayə, Pəri! M.P.Vaqif.
Günəşin axırıncı zərrələri; Üfüqün arxasında oldu nihan. C.Cabbarlı.

Nihan saxlamaq (tutmaq) – gizli saxlamaq, məxfi saxlamaq, gizlətmək, heç kəsə bildirməmək.
Tənha səfər etmə, gəl apar canımı, əmma; Bu sirri nihan saxla, məbada bilə zülfün. M.Ə.Sabir.

NİGARANLIQ
NİHİLİST
OBASTAN VİKİ
Nihan Əliyev
Nihan Əlipənah oğlu Əliyev (23 dekabr 1938, Bakı) — professor. == Həyatı == Nihan Əliyev 1938-ci il dekabrın 22-də Baki şəhərinin II Zabrat kəndində anadan olub. Natamam orta təhsilini həmin kənddə 75 saylı orta məktəbdə almış, sonra isə orta təhsilini I Zabrat qəsəbəsindəki 73 saylı orta məktəbdə başa vurmuşdur. Bu orta təhsil 1946–1957 ci illəri əhatə edir. 1958-ci ildə Bakı Dövlət Universitetinin "Mexanika riyaziyyat" fakultəsinə daxil olub, 1963-cü ildə oranı riyaziyyatçı kimi bitirmişdir. Ailəlidir, üç övladı var. == Təhsili və elmi dərəcələri == 1963–66-cı illərdə BDU-nun "Riyazi fizika tənlikləri" kafedrasında aspiranturaya saxlanılıb. 1967-ci il martın 29-da Ukrayna Respublikasının Lvov şəhərindəki İvan Franko adına Lvov Dövlət Universitetində "Xarakteristik tənliyin kökü təkrarlanan olan adi xətti diferensial tənliklər sisteminin həllinin asimptotik ifadəsi və ixtiyari matris-funksiya üçün ayrılış formulu" mövzusunda elmlər namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 2013-cü ildə AMEA-nın Riyazıyyat və Mexanika İnstitutunda 1211.01 indeksli diferensial tənliklər üzrə "Ümumi xətti sərhəd şərti daxilində xüsusi törəməli tənliklər üçün sərhəd məsələsinin həllinin araşdırılması" mövzusunda riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Elmi məsləhətçisi AMEA-nın müxbir üzvü R.Hüseynov olmuşdur.

Digər lüğətlərdə

аббревиату́ра де́рзостный помо́йка с налёта свежо́ соскреба́ть фоно... возвы́ситься ири́ска отма́заться отры́гиваться профприго́дность расписно́й скарлатино́зный скудоу́мие термо́граф фагоцита́рный deraign fall on fireback oil varnish oobit willful законспирировать соловый