NÖQSAN

is. [ ər. ]
1. Çatışmayan cəhət, çatışmazlıq. Nöqsanları aradan qaldırmaq.
– Nöqsana göz yummaq onun ömrünü uzatmaq deməkdir. M.İbrahimov.

2. Qüsur, qəbahət, eyib, naqislik.
Onun nöqsanı nədədir? – İndi sənin özün təsəvvür et, öz nöqsanını qarşına qoyub sənə tapşırılan vəzifə ilə müqayisə et? M.S.Ordubadi.
[İskəndər:] Dişi, erkək bir candır; Bunlara tək yaşamaq nöqsandır. A.Şaiq.

3. dan. Qeyri-kamillik, eyib, zədə. Bu malın nöqsanı var.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NÖQSAN 1. NÖQSAN (çatışmayan cəhət) Qeysər çirkinliyi özü üçün nöqsan saymır, hətta qadınlarla bu xüsusda söhbət edərkən, heç bir işdə gözəllərdən geri qalma
  • NÖQSAN qüsur — eyib — səhv — əskik
NÖKƏRLİK
NÖQSANLI

Digər lüğətlərdə

балли́ста закопчённый кинемати́ческий лесосе́чный недостре́ливать причиня́ть продува́ние старожи́тный шаржи́ровать агитбрига́дный го́рний незло́й осетри́на паранорма́льный таксоно́мия расстегай blackguard boulder clay commercialization commutativity enameled pseudonym переписать пиликать роялистский