NÖQTƏ

is.
1. Qələm, karandaş, iynə və s. bu kimi şeylərin ucunun bir yerə batmasından, ya toxunmasından qalan girdə xalcıq, iz, ləkə. Nöqtələr şəklində güllər vurmaq. Xətt nöqtələrdən ibarətdir.
// məc. Zorla seçilə bilən, nöqtəyə oxşayan kiçik şey haqqında.
[Dərviş:] Ağartının ortasında bir qara nöqtə gördüm, qoça kişi yüyürdü, oradan bağırdı. A.Divanbəyoğlu.
Birdən hər təyyarədən biriki nöqtə ayrılıb ağır-ağır yerə enməyə başladı. M.Rzaquluzadə.

□ Nöqtə kimi – çox kiçik, güclə seçilə bilən. Evlər uzaqda nöqtə kimi qaralırdı.
– Mələyə elə gəldi ki, arvadın gözünün ağı həddindən artıq böyüyüb, qarası isə tən ortada, balaca bir nöqtə kimi işıldayır. İ.Şıxlı.

2. qram. Cümləni ayıran, həmçinin sözləri ixtisar şəklində yazdıqda (və i.a. və s.) qoyulan durğu işarəsi (.).
// Ərəb əlifbasında bəzi hərflərin altına, ya üstünə qoyulan kiçik işarə (məs.: ب ن ).
3. Riyaziyyatın, habelə mexanika və fizikanın əsas anlayışı; ölçüsü olmayan yer, xətt kəsiyinin hüdudu. Xətlərin kəsişdiyi nöqtə. Dayaq nöqtəsi.
– Çox kiçik cismin hərəkətinin öyrənilməsinin asanlığı bundan ibarətdir ki, onun ayrı-ayrı nöqtələrinin hərəkətləri bir-birindən çox az fərqlənir. Z.Xəlilov.

4. Fəzada və ya bir şeyin üzərində müəyyən yer. Dağ silsiləsinin ən uca nöqtəsi.
5. Bir iş görülən, ya bir şeyin yerləşdiyi yer, məntəqə. Ticarət nöqtəsi (mağaza və s.). Atəş nöqtəsi (pulemyot, top və s.).
– Fişəng atılanda Fərhad düşmənin atəş nöqtəsini gördü. Ə.Vəliyev.

// Mövqe, yer. Bir nöqtəyə yığılmaq (cəm olmaq). O nöqtəyə çatan kimi durduq.
6. Yer, cəhət, səmt.
Dünyanın heç bir nöqtəsində, heç bir tayfa arasında şeytan o qədər modda deyil ki, biz müsəlmanların arasındadır. C.Məmmədquluzadə.
[Biz] …aləmiislamın bəzi nöqtələrində müşahidə olunan tərəqqiləri görüb şad olduq. F.Köçərli.

// “Bir” sözü ilə yenə müəyyən yer bildirir. Bir nöqtəyə baxmaq. Bir nöqtədə durmaq.
– Yoldaşlar nəzərlərini bir nöqtəyə dikib, dərin bir xəyala dalmışdılar. H.Nəzərli.

7. Məc. mənada tərkiblərdə: qəlbinin incə nöqtəsi, ruhunun həssas nöqtəsi və s. şəklində işlənir. Telli ixtiyarsız bir ah çəkdi.
Müəllim onun ruhunun ən həssas nöqtəsinə toxunmuşdu. S.Hüseyn.
[Qüdrət] adamların əhvali-ruhiyyəsindəki zəif nöqtələrin … gizli qaldığına təəssüf edib, Fikrətin sözünü yarıda kəsdiyinə peşman oldu. M.Hüseyn.

8. fiz. Hər hansı maddənin bir haldan (aqreqat vəziyyətindən) başqa hala keçməsini göstərən temperatur həddi. Qaynama nöqtəsi. Donma nöqtəsi.
9. mus. Hədd, dərəcə.
“Simayi-şəms” bütün əsərin (şurun) ən yüksək nöqtəsidir. Ü.Hacıbəyov.

◊ Nöqtə qoymaq – bitirmək, qurtarmaq, tamamlamaq, axıra çatdırmaq.
Burada nöqtə qoy! – Gözlərindən axan yaş; Onun hicran kitabına nöqtə qoydu, qapandı. B.Vahabzadə.

Etimologiya

  • NÖQTƏ Ərəb mənşəlidir, cəmi nöqat kimidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
NÖQTEYİ-NƏZƏR
NÖQTƏBƏNÖQTƏ
OBASTAN VİKİ
Maddi nöqtə
Maddi nöqtə - sıfır ölçülərin abstrakt həcmi. Fizikada real cismin ideallaşdırılmış təsviri hesab edilir.. Maddi nöqtə kimi konkret situasiyada ölçüsü və forması nəzərə alınmayan kütlə götürülür.O mexaniki sistemin yalnız irəli-geri hərəkətə malik modelidir. Burada daxili sərbəstlik dərəcələri nəzərə alınmır. Maddi nöqtə nə fırlana, nə deformasiyaya uğraya bilir. Ona görə də maddi nöqtə ilə yalnız kinetik və potensial enerjini ifadə etmək mümkündür. Maddi nöqtə ən sadə mexaniki sistem olub minimal sərbəstlik dərəcəsinə malikdir.Eyni zamanda maddi nöqtə kütlə, yük, sürət, impuls, enerji kimi kəmiyyətlərlə ifadə oluna bilər. V erilmiş şəraitdə ölçüləri nəzərə alınmayan cisim maddi nöqtə adlanır. Məsələn gimnast 1000m məsafəyə qaçış zamanı maddi nöqtə hesab edilə bildiyi halda turnikdə hərəkət edən vaxt maddi nöqtə hesab edilə bilməz.İrəliləmə hərəkəti edən cismin bütün nöqtələri eyni hərəkətdə olduğundan onun hərəkətini maddi nöqtənin hərəkəti kimi öyrənmək olar.
Nöqtə
Nöq́tə:
Nöqtə, nöqtə, vergül...
Nöqtə, nöqtə, vergül… — rejissor Aleksandr Mitta tərəfindən 1972-ci ildə "Mosfilm" studiyasında çəkilmiş bir komediya və musiqili film janrında olan film. Filmin ilham aldığı Mixail Lvovskinin hekayəsi 1971-ci ildə Pioner jurnalında Hündürlüyə atla başlığı altında nəşr olunmuşdur. Premyerası 30 dekabr, 1973-cü ildə baş tutdu.. == Məzmun == 8 A sinfində Lyoşa Jiltsov təhsil alır. Sinifdə Lyoşadan başqa hər kəs özünü şəxsiyyət hesab edir. Bir gün sinifə yeni qız şagird Jenya Karetnikova gəlir. O, Lyoşa ilə dostlaşır. Onunla ünsiyyət quran Lyoşa, bütün çətinliklərini öz tənbəlliyindən və istəksizliyindən irəli gəldiyini başa düşür. O buna görə də çalışır və tədricən daha güclü, cəsarətli, daha çalışqan və bacarıqlı olur. Onun yeni keyfiyyətlərini göstərməsi üçün lazım olan gün gəlir.
Nöqtə (həndəsə)
Nöqtə — həndəsənin əsas elementlərindən biridir. Onun fəzada heç bir ölçüsü yoxdur. Həndəsəyə aksiom baxımından yaxınlaşdıqda (Sintetik həndəsə) nöqtə ilə bərabər düz xətt də eyni səviyyədə çıxış edir. Analitik və difersial həndəsədə isə bütün başqa obyektlər nöqtələr çoxluğu kimi təsvir olunurlar. Yunan filosofu Evklid e.ə. 300-ci ildə nöqtəni bölünməyən bir hissə kimi təsvir etmişdir. Nəzəri cəhətcə nöqtənin təsdiqinin heç bir əhəmiyyəti yoxdur. Müasir aksiom sistemləri isə bunu inkar edirlər. Məsələn, Hilbert aksiom sisteminə görə həmişə iki nöqtə bir xətti əmələ gətirir. Proyeksiya müstəvisində nöqtə və düz xətt amlayışları hətta bir-biri ilə dəyişilə bilər.
Nöqtə (riyaziyyat)
Nöqtə — həndəsənin əsas elementlərindən biridir. Onun fəzada heç bir ölçüsü yoxdur. Həndəsəyə aksiom baxımından yaxınlaşdıqda (Sintetik həndəsə) nöqtə ilə bərabər düz xətt də eyni səviyyədə çıxış edir. Analitik və difersial həndəsədə isə bütün başqa obyektlər nöqtələr çoxluğu kimi təsvir olunurlar. Yunan filosofu Evklid e.ə. 300-ci ildə nöqtəni bölünməyən bir hissə kimi təsvir etmişdir. Nəzəri cəhətcə nöqtənin təsdiqinin heç bir əhəmiyyəti yoxdur. Müasir aksiom sistemləri isə bunu inkar edirlər. Məsələn, Hilbert aksiom sisteminə görə həmişə iki nöqtə bir xətti əmələ gətirir. Proyeksiya müstəvisində nöqtə və düz xətt amlayışları hətta bir-biri ilə dəyişilə bilər.
Qoşa nöqtə
İki nöqtə (:) - 1) Yazıda təsnifat mətnində sonra əlavə edilən bölgüdən əvvəl qoyulur. Məs.: İsimlər quruluşcà üç yerə bölünür: sadə, düzəltmə, mürəkkəb; 2) Müəllifin sözləri birinci gələrsə müəllifin sözündən sonra, vasitəsiz nitqdən əvvəl qoyulur. Məs.: Peyğəmbərimiz demişdir: «İnsan bələkdən məzara qədər öyrənməlidir»; 3) Qəzet və jurnal başlıqlarmda. Məs.: Dilçilik: problemlər və mülahizələr.
Çox nöqtə
İki nöqtə — sadalanan sözlərdən əvvəl ümumiləşdirici söz gələrsə, ümumiləşdirici sözdən sonra iki nöqtə ( : ) qoyulur. "O bir sıra islahatlar: pul, torpaq, vergi və s. islahatlar aparılması haqqında göstəriş vermişdir." Özündən əvvəlki cümləyə intonasiya ilə bağlanıb, onu izah edən cümlələrdən və cümlə üzvlərindən əvvəl iki nöqtə qoyulur. "Camaat arasında belə bir inam var: "Dost üzünə açılan süfrə həmişə bərəkətli olar"" (S.Rəhimov). "Asanlıqla dil tapdılar: baxışla, təbəssümlə, nəfəslə." Üç nöqtə – adətən, yarımçıqlığı (tamamlanmamanı) bildirmək üçün istifadə olunan üç nöqtədən ibarət qrup (...). Çap mətnində bir və ya bir neçə sözün buraxıldığını göstərir. Qrafik interfeysli proqram məhsullarında menyu komandasının sonundakı üçnöqtə onu göstərir ki, o, seçildikdə dialoq pəncərəsi açılacaq. Proqramlaşdırma dilləri üzrə soraqçalarda və tətbiqi proqramların istifadəçi üçün təlimatlarında üçnöqtədən deyimin, funksiyanın və ya komandanın sintaksisinin təsvirində sintaksisin müəyyən elementlərinin təkrarlana bilməsini göstərmək üçün istifadə edilə bilər. Sitat daxilində göstərilən hissəyə qədər olan hissə verilmirsə, özündən əvvəl, özündən sonrakı hissə buraxılırsa, sonra üç nöqtə qoyulur. "Nəriman Nərimanov yazır: "Bu zamanda mədəniyyətli millətlər çalışırlar ki, dillərini və yazılarını asana çıxartsınlar..."" O cümlədən yüksək hiss-həyəcanla deyilən nəqli cümlələrdən sonra üç nöqtə qoyulur (əksərən, subyektiv və köşə yazılarında).
İki nöqtə
İki nöqtə (:) - 1) Yazıda təsnifat mətnində sonra əlavə edilən bölgüdən əvvəl qoyulur. Məs.: İsimlər quruluşcà üç yerə bölünür: sadə, düzəltmə, mürəkkəb; 2) Müəllifin sözləri birinci gələrsə müəllifin sözündən sonra, vasitəsiz nitqdən əvvəl qoyulur. Məs.: Peyğəmbərimiz demişdir: «İnsan bələkdən məzara qədər öyrənməlidir»; 3) Qəzet və jurnal başlıqlarmda. Məs.: Dilçilik: problemlər və mülahizələr.
Nöqtə, nöqtə, vergül... (film, 1972)
Nöqtə, nöqtə, vergül… — rejissor Aleksandr Mitta tərəfindən 1972-ci ildə "Mosfilm" studiyasında çəkilmiş bir komediya və musiqili film janrında olan film. Filmin ilham aldığı Mixail Lvovskinin hekayəsi 1971-ci ildə Pioner jurnalında Hündürlüyə atla başlığı altında nəşr olunmuşdur. Premyerası 30 dekabr, 1973-cü ildə baş tutdu.. == Məzmun == 8 A sinfində Lyoşa Jiltsov təhsil alır. Sinifdə Lyoşadan başqa hər kəs özünü şəxsiyyət hesab edir. Bir gün sinifə yeni qız şagird Jenya Karetnikova gəlir. O, Lyoşa ilə dostlaşır. Onunla ünsiyyət quran Lyoşa, bütün çətinliklərini öz tənbəlliyindən və istəksizliyindən irəli gəldiyini başa düşür. O buna görə də çalışır və tədricən daha güclü, cəsarətli, daha çalışqan və bacarıqlı olur. Onun yeni keyfiyyətlərini göstərməsi üçün lazım olan gün gəlir.
Nöqtə-vergül işarəsi
Nöqtəli vergül (;) - durğu işarəsi. Mürəkkəb və ya geniş sadə cümlələrin nisbətən müstəqil hissələrini bir-birindən ayırmaq üçün işlədilir. Nöqtəli vergül nöqtə ilə vergül arasında orta mövqe tutan, nöqtədən az, vergüldən çox fasilə tələb edən bir durğu işarəsidir. Sadə cümlənin həmcins üzvləri qrup-qrup sadalandıqda və ya tabesiz mürəkkəb cümlənin tərkib hissələrindən birində vergül olduqda daha geniş fasilə olan tərkib hissələr arasına nöqtəli vergül qoyulur. Nöqtəyə yaxın fasilə olduqda da (həmcins üzvlər olmadan) tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında nöqtəli vergül qoyula bilər.
Nöqtə (durğu işarəsi)
Nöqtə (.) – yazıda nəqli cümlənin bitdiyini göstərmək üçün işlədilən durğu işarəsi. Hər hansı bir fikrin və ya məlumatın bitdiyini göstərərkən, cümlənin sonunda nöqtə işarəsi qoyulur. Nöqtədən sonra tam fasilə edilir. Məsələn: Dünən Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Adlıq cümlələrin sonunda nöqtə qoyulur ki, bu nümunələrə də əksər hallarda köşə yazılarında rast gəlinir. Məsələn: 1990-cı il. 20 Yanvar. 20 il bundan əvvəlki o gün. Tabesizlik bağlayıcıları müstəqil cümlələri mürəkkəb cümlənin tərkib hissələri kimi birləşdirirsə, özündən əvvəl nöqtə qoyulur. Məsələn: Onlar seçkiləri rəsmən müşahidə etməyiblər.
Nöqtə (film, 2008)
"Nöqtə" — Dərviş Zaimin 2008-ci ildə çəkilmiş filmidir. Uzun zaman əvvəl etdiyi bir cinayətə görə əzab çəkən və çəkdiyi əzabdan qurtulmağa çalışan bir adamın hekayəsindən bəhs edir.
Nöqtə (ümumi anlayış)
Nöq́tə:
Nöqtə (ümumi anlayış )
Nöq́tə:
Solğun Mavi Nöqtə
Solğun Mavi Nöqtə — 14 fevral 1990-cı ildə Voyacer 1 kosmik zondu tərəfindən rekord məsafədən təqribən 6 milyard kilometrdən (3.7 milyard mil, 40.5 a.v.) çəkilən Yer planetinin fotoşəkilidir, bu fotoşəkil Günəş sisteminin "Ailə albomu"-na daxil olan şəkillərdəndir. Fotoşəkildə Yerin görünən ölçüsü bir pikseldən azdır; planet kamera tərəfindən əks olunan Günəş işığı zolaqları arasında kosmosun sonsuzluğunda kiçik tənha nöqtə formasında görünür.İlkin missiyasını tamamlayan və Günəş Sistemini tərk etməkdə olan Voyacer 1 kosmik gəmisinə, NASA tərəfindən astronom və yazıçı Karl Saqanın xahişi ilə kamerasını döndərməsi və Yer kürəsinin son bir şəklini çəkməsi əmri göndərildi. "Solğun mavi nöqtə" termini Karl Sagan tərəfindən fotoşəkilin əhəmiyyətini əks etdirən eyni adlı kitabda qeyd olunmuşdur."Solğun Mavi Nöqtə", Karl Saqanın bu fotodan ilham alaraq 1994-cü ildə yazdığı kitabının da adıdır. Fotoşəkil, 2001-ci ildə space.com tərəfindən ən yaxşı on kosmos fotoşəkilindən biri seçilmişdir. == Arxa fon == 1977-ci ilin sentyabr ayında NASA, xarici Günəş sistemini və nəticədə ulduzlararası fəzanı öyrənmək üçün bir missiya üzərinə 722 kiloqram (1.592 funt) robot kosmik vasitəsi olan Voyacer 1-i işə saldı. Voyacer 1 kosmik gəmisi, xarici Günəş sistemini araşdırmaq məqsədilə ABŞ tərəfindən 5 Sentyabr 1977-ci ildə kosmosa göndərilmişdir. 14 Fevral 1990-cı ildə NASA, əsil vəzifəsini bitirmiş və artıq Yer kürəsindən xeyli uzaqlaşmış olan Voyacer 1-ə yeni əmrlər göndərərək Günəş Sistemindəki bütün planetlərin şəkillərinin çəkilməsini təmin etdi. Kosmik gəmindən göndərilən şəkillərdən birində, qara fonda solğun mavi bir nöqtə görünürdü. Bu, Yer kürəsi idi. NASA veb saytına istinadən bu fotoşəkil Yerdən 6,4 milyard km məsafədən çəkilmişdir.
Üçbucaqda dörd mühüm nöqtə
Üçbucaq — müstəvinin bir düz xətt üzərində olmayan 3 nöqtəsini (üçbucağın təpələri) cüt-cüt birləşdirən 3 parçası (üçbucağın tərəfləri) ilə hüdüdlanmış hissəsinə deyilir. Üçbucağın təpələri adətən böyük latın hərfləri ilə (A, B, C), uyğun təpədəki bucaqların dərəcə ölçüsü yunan hərfləri (α,β,γ) ilə, uyğun təpənin qarşısındakı tərəfin uzunluğu isə əlyazma latın hərfləri ilə (a, b, c) işarə olunur. == Üçbucaqda dörd mühüm nöqtə == Evklid həndəsəsində hər bir üçbucaqla bağlı aşağıdakı dörd nöqtə var: 1) Medianların kəsişmə nöqtəsi; 2) Tənbölənlərin kəsişmə nöqtəsi; 3) Tərəflərin orta perpendikulyarlarının kəsişmə nöqtəsi; 4) Hündürlüklərin (və ya onların uzantılarının) kəsişmə nöqtəsi. == Ədəbiyyat == 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Azərbaycan Sovet Ensklopediyası" I-X cild, Bakı 1976-1987.
10 nöqtəli adalia parabüzəni
10 nöqtəli adalia parabüzəni (lat. Adalia decimpunctata) — parəbüzənlər ailəsinin Coccinellinae yarımfəsiləsinə aid böcək növü. == Quruluşu == Bədən formaları yumru, qanadlarının üzəri sarımtıl və bir az da qırmızıya çalır. Üzərində simmetrik olaraq 10 ədəd eyni böyüklükdə qara nöqtələri var. Qoz və qovaq mənənəsi ilə qidalanırlar. == Biologiyası == Yüksək temperatur şəraitində yaşlı və sürfə formaları daha fəal olurlar. Bir qayda olaraq yumurtalarını qoz ağaclarının aşağı yerlərində olan yarpaqlarının alt tərəfinə, mənənə koloniyasının arasına qoyurlar. Qoz ağacının qurumuş hissəsində qabıq altında, Günəş düşən tərəfdə qışlayırlar. Qış sığınacaqlarına oktyabr ayının ikinci yarısından çəkilirlər. Aprel ayının ortalarından ağaclarda yayılmağa başlayırlar.
10 nöqtəli kalvia
10 nöqtəli kalvia (lat. Calvia decimguttata L.)-Qidalandığı ağaclarda qabıq altında qışlayırlar. == Biologiyası == Mənənələrlə qidalanırlar. Qidalandığı ağaclarda qabıq altında qışlayırlar. Qanadüstlüyü tünd sarıdır, bəzilərində solğunlaşmış da olur. Qanadın hər tayında 5 ədəd solğun ağ ləkələr var. Bədənin son ucunda yerləşən ləkələr daha solğun olur, hətta bəzən tam görünməz də olur, hətta bəzən tam görünməz də olur. Lakin çiyin tərəf getdikcə ləkələr tündləşir. Baş hissə köndələn duruşlu olub, sarımtıldır. Bəzi fərdlərdə uzun tükcüklərlə örtülür.
11-nöqtəli semiadalia parabüzəni
11-nöqtəli semiadalia parabüzəni (lat. Semiadalia undecimnotata Schneid.) — Semiadalia undecimnotata Schneid. çoxsaylı və universal qidalanma xüsusiyyətinə malikdir. == Biologiyası == Semiadalia undecimnotata Schneid. çoxsaylı və universal qidalanma xüsusiyyətinə malikdir. Zərərverici cücüləri: mənənələri, yastıcaları, tripsləri fitonomusları məhv edir, yüksək səsvermə qabiliyyətinə malikdir. == Çoxalması == Aprel ayının əvvəlindən tədricən qış sığınacağından qayıtmağa hazırlaşan semadeliya böcəyinin bir hissəsi elə həmin sığınacaqda cütləşməyə başlayır. Qış sığınacaqlarından toplanan fərdləri laboratoriya şəraitində yardıqda, onların cinsiyyət üzvlərinin ətrafında kifayət qədər ehtiyat maddə toplandığını müşahidə etmək olar. Məhz buna görədir ki, onlar hələ qış sığınacağında olarkən mayalanırlar. Sürfələri üçün qida olmadıqda yumurtaqoyma prosesi də başlamır.
12-nöqtəli vibidiya
12-nöqtəli vibidiya (lat. Vibidia duodecimguttat Poda.) — Qanadüstlüyü sarımtıl olub 6 ədəd dairəvi qara ləkələri var. == Biologiyası == Azərbaycanda azsaylı növdür. Əsasən Naxçıvan (Şahbuz və Ordubad), Şəki-Zaqatala və Talış zonalarında bir neçə fərd toplanmışdır. Qoz ağacı üzərində mənənə ilə qidalanır. Qanadüstlüyü sarımtıl olub 6 ədəd dairəvi qara ləkələri var. Simmetrik olaraq ardıcıl düzülmüşdür. Bəzi populyasiyalarda ləkələr solğunlaşıb. Uzunluğu 3,5–4 mm-dir. Noyabrın sonundan başlayaraq ağacın qabığının günəşə tərəf hissəsində qışlayır.
13 nöqtəli hippodamia parabüzəni
13 nöqtəli hippodamia parabüzəni (lat. Hippodamia 13-punctata L.) — Qanadüstlüyü narıncı rəngdədir. == Biologiyası == Qanadüstlüyü narıncı rəngdədir. Bir ədəd qara nöqtə boyun hissədə, 5-6 ədəd isə qanadlarında harmonik və simmetrik düzülüb, başı sarı, böyüklüyü 5–7 mm-dir. Azərbaycanın bütün təbii zonaları üçün xarakterikdir. Lakin fərdlərin say dinamikasına görə Şirvan zonasında və Naxçıvan ərazisində nisbətən çoxluq təşkil edir. Ən çox rütubətli biosenozlara meyilli olurlar, taxıllar fəsiləsinə aid olan bitkilər üzərində qidalanır. İşıqsevər böcəkdir, gecələr tək-tək işığa doğru uçurlar. Havalar isindikcə yay aylarında bataqlıq qamış və qarğı üzəridə diapauza mərhələsi keçirmədən qidalanır və fasiləsiz olaraq çoxalırlar. Yumurtadan sürfə çıxımı çox olur (70-80%).
14-nöqtəli propuleya parabüzəni
14-ləkəli parabüzən (lat. Coccinula 14-pustulata L.) — Bunların formaları yarımkürə şəklində olmaqla qanadlarının üzəri şahmat taxtasını xatırladan naxışla bəzədilib == Biologiyası == Bunların formaları yarımkürə şəklində olmaqla qanadlarının üzəri şahmat taxtasını xatırladan naxışla bəzədilib. Yaşadığı təbii zonalarda günəş şüasının bolluğuna uyğun olaraq bəzən qanadüstlüyü tünd və bəzən də açıq ağ-qara, bəzən sarımtıl-qara rəngdə cilvələnmiş olurlar. Çoxlu variasiyalara malikdır ki, bu da onların populyasiyalarında görünür. Əsasən yoncalıqlarda, yabanı otlarda, bostan-tərəvəz sahələrində, az hallarda meyvə kollarında, lap az miqdarda meyvə ağaclarında da rast gəlinir. ən çox albalı, nar və yonca mənənələri ilə, az hallarda torgənəcəyi və tipslərlə (nisbətən çox) qidalanırlar. İl ərzində iki bütöv nəsil verirlər. Birinci nəslin inkişafı mayın 2-ci yarısından başlanır, iyun ayının axırında yekunlaşır. Bundan sonra əksəriyyəti bükülmüş yarpaqlar içərisində, ağacların koğuşunda yay sükunəti (diapauza) keçirirlər. Bunlar da yumurtalarını adətən yarpaqların alt tərəfinə, mənənə koloniyasının arasında qoyurlar.
7 nöqtəli parabüzən
Yeddinöqtəli parəbüzən (lat. Coccinella septempunctata) — Parəbüzənlər fəsiləsinin parəbüzən cinsinə aid heyvan növü. Naxçıvan şəraitində böcəklər aprel ayının birinci ongünlüyündə yabanı kolların üzərində görünməyə başlayırlar == Biologiyası == Naxçıvan şəraitində böcəklər aprel ayının birinci ongünlüyündə yabanı kolların üzərində görünməyə başlayırlar. Tədricən aqresonozlara və bağlara miqrasiya edirlər. Miqrasiyanın başlanması bunların spesifik qidasını təşkil edən mənənələrin, fitonomuslar, yastıcaların və tor gənəciyinin yayılması və çoxalması ilə əlaqədardır. Hər böcək gün ərzində 200-300-ə qədər mənənə yeyir, sürfələr isə daha intensiv qidalanır. Sürfələr qida axtarmaqda kifayət qədər aktiv olurlar. Qida çatışmaqda sürfələrdə hannibalizm (bir-birini yemək) baş verə bilər. Sürfələrin inkişafı metamorfozdur, 4 dövr keçirirlər. Bu proses qabıqdəyişmə yolu ilə gedir.
Atəş nöqtəsi
Atəş nöqtəsi — şərti olaraq ətrafın qoruyucu xüsusiyyətlərinə istinad edərək taktiki cəhətdən sərfəli atəş mövqeyində müdafiə məqsədi ilə düşmənə ayrı bir atəş vasitəsi ilə qarşılıq (pulemyot, minaatan, qumbaraatan, topçu silahı və s.) ifadə edən müəyyən bir termindir. Atəş nöqtəsinin döyüşə hazır olması atəş gücü atəş mövqeyi tutduqda, hesablanmasına döyüş tapşırığı verildiyi, atəş məlumatları və döyüş sursatları hazırlandığı, kamuflyaj edildiyi və təhlükəsizlik təşkil edildiyi zaman meydana gəlir. Bütün digər atəş nöqtələrinə əlavə olaraq müasir istehkam fərqləndirir: uzunmüddətli atəş nöqtəsi - qarnizonlarının qorunması və maddi-texniki dəstəyi üşün nəzərdə tutulmuş, əlavə möhkəm materiallardan (polad, dəmir-beton) düzəldilən və döyüş sahəsini izləmək üçün xüsusi avadanlıqla (periskoplar, su boruları, havalandırma sistemləri, siqnalizasiya, rabitə, həyat dəstəyi və s.) təchiz edilmiş atəş nöqtəsi; taxtadan ibarət yeraltı atəş nöqtəsi - mühəndis-istehkam birlikləri tərəfindən qırıntı materiallarından sahə müdafiə strukturları kimi tez bir zamanda qurula bilən atəş nöqtəsi.
Azərbaycanın ucqar nöqtələri
Azərbaycanın ucqar nöqtələri — ucqar şimal, cənub, şərq və qərb. == Coğrafi uzunluq və enlik == === Azərbaycan === Şimal — Balakən rayonu (41°55′ şm. e. 46°25′ ş. u.) Cənub — Astara rayonu (38°25′ şm. e. 48°39′ ş. u.) Qərb — Sədərək rayonu (39°42′ şm. e. 44°46′ ş.
Başqırdıstanın ucqar nöqtələri
Başqırdıstanın Respublikasının ucqar nöqtələri. == Ucqar nöqtələr == Respublikanın ən ucar nöqtəsində abidə ucaldılmışdır. Abidə 12 oktyabr 2017-ci ildə Rusiya Coğrafiya cəmiyyətinin Başqırdıstan Respublikasındakı bölməsi tərəfindən açılmışdır. Eynilə respublikanın qərb nöqtəsində də bu cür abidə ucaldılmışdır. Abidə 27 oktyabr 2017-ci ildə ucaldılmışdır. sahəsi 143 000 km² . Uzunluğu şimaldan cənuba — 550 km, şərqdən qərbə — 430 km. == Ucar zirvələr == Respublikanın ən ucqar nöqtəsi Yamantau dağı (1640 m). Cənubi Uralda yerləşən yüksək nöqtə. İnzibati cəhətdən Rusiya Federasiyasının Başqırdıstan Respublikası Beloteski rayonu ərazisində yerləşir.
Bioloji aktiv nöqtələr
Bioloji aktiv nöqtələr — Dəri üzərində yerləşən sinir sistemi vasitəsilə daxili orqanlarla əlaqədar olan sinir sonluqlarıdır. == Bioloji aktiv nöqtələr və onların mahiyyəti == Ənənəvi Çin müalicə metodu olan bioloji aktiv nöqtələrə (BAN) təsir 3000 illik tarixə malikdir. Şərqdə daşların yonularaq dərinin müəyyən yerlərinə batırılması bəzi xəstəliklərin müalicəsində istifadə edilmişdir. Qədim dövrə aid arxeoloji qazıntılar zamanı daşdan hazırlanmış iynələr buna sübüt olaraq götürülür. Buna görə də bioloji aktiv nöqtələrlə müalicənin tarixi elmə hələdə tam məlum deyildir. Tətbiq edildiyi gündən effektiv təsir göstərən bioloji aktiv nöqtələrlə müalicə hal-hazırda qeyri-ənənəvi tibbi müalicə üsulu olaraq aparıcı rol oynayır. BAN-lərin insan bədəninin bütün nahiyyələrində mövcuddur. BAN-lərə aşağıdakı kimi izahat vermək olar: Fizioloji cəhətədən BAN-lər elə nöqtələrdir ki, dəriyə çox yaxın yerləşmiş sinir sonluqlarıdır və bu nöqtələr piy hüceyrələrindən azad olunmuşdur. Qeyd edilən hal BAN-lərin spesifik xüsusiyyətidir. Fiziki cəhətdən BAN-lər elə nöqtələrdir ki, bu nöqtələrdə elektrik potensialı yüksək, elektrik müqaviməti isə çox aşağı (kənar nöqtələrə nəzərən) olur.
Dörd nöqtəli ayıca
Dördnöqtəli ayıca (lat. Collimorpha dominula) — pulcuqluqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid kəpənək növü. == Qısa məlumat == Qanadları açılmış halda 50-52 mm uzunluğa malikdir. Ön qanadının uzunluğu 27-29 mm arasında dəyişir. Ön qanadları tünd qəhvəyi qara, yaşılımtıl rəngə çalır. Üzərində "v" şəklində sarımtıl ağ zolaq var. Arxa qanadları bir qədər açıq qırmızı rəngdədir. Qanadın yuxarı xarici kənarında uzunsov qara ləkə, altda isə qanadın ortasınada iki yumru qara rəngli ləkə mövcuddur. Sinə üzərində uzun qara zolaq keçir. Qarın nahiyəsi açıq qırmızıdır.
Dörd nöqtəli şibyəyeyən
Dördnöqtəli şibyəyeyən (lat. Litosia quadra) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Kəpənəyi aurita növündən çox böyükdür. Qanadları açılmış halda 50–52 mm-dir. Ön qanadlar erkəklərdə sarı-boz, zirvəsi bir qədər tünddür. Dişilərdə mavi rəngdə ləkələr vardır. Arxa qanadlar boz rəngdə, bütün bədəni sarı rəngdədir. Erkəklərdə baş və döş narıncı sarı rəngdə olur. Tırtılı boz-qonur və ya qara rəngdə olub, qara-sarı tüklərlə örtülmüşdür. Üzərində qırmızı ziyilləri vardır, yan xətti sarı rəngdədir.
Dörd nöqtənin mürəkkəb nisbəti
Dörd nöqtənin mürəkkəb nisbəti (ABCD) ilə işarə olunur. Proyektiv fəzanın bir düz xəttinə aid olan dörd nöqtənin mürəkkəb nisbəti üç nöqtənin sadə nisbətlərinin bölünməsindən alınan qismətə deyilir, yəni ( A B C D ) = [ A B , C ] [ A B , D ] {\displaystyle (ABCD)={\frac {[AB,C]}{[AB,D]}}} Burada [ A B , C ] {\displaystyle [AB,C]} A {\displaystyle A} , B {\displaystyle B} və C {\displaystyle C} nöqtələrinin sadə nisbətləridir. Analoji qaydada dörd düz xəttin (şüanın) mürəkkəb nisbəti təyin olunur. ( a b c d ) = [ a b , c ] [ a b , d ] {\displaystyle (abcd)={\frac {[ab,c]}{[ab,d]}}} Burada [ a b , c ] {\displaystyle [ab,c]} a {\displaystyle a} , b {\displaystyle b} və c {\displaystyle c} xətlərinin sadə nisbətidir. Mürəkkəb nisbət proyektiv həndəsənin əsas anlayışlarından biridir və proyektiv çevirmənin çox mühüm variantıdır. Dörd nöqtənin mürəkkəb nisbəti proyektiv həndəsədə bir sıra teoremlərin isbatında istifadə olunur. Məsələn, Çeva və Meneley teoremləri bu nisbətin köməyi ilə isbat olunur. Dörd nöqtənin mürəkkəb nisbəti istənilən həqiqi ədədə bərabər ola bilər. Əgər dörd nöqtənin mürəkkəb nisbəti ( − 1 ) {\displaystyle (-1)} -ə bərabər olarsa, onda o, harmonik dördlük adlanır. == Ədəbiyyat == M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti.
Ferma nöqtəsi
Ferma-Toriçelli nöqtəsi ABC üçbucağının daxilində elə F nöqtəsinin yerləşməsi haqqında məsələni tələb edirdi ki, FA+FB+FC cəmi minimal olsun. == Tarixi == Həndəsədə çox gözəl bir teoremin adı Fermanın ilə bağlıdır. Bu üçbucaqda Ferma-Toriçelli nöqtəsinin tapılmasıdır. Bu nöqtə keçmişin ən böyük 3 riyaziyyatçısının adı ilə bağlıdır. İlk dəfə onun haqqında Pyer Fermanın işlərində danışılır. O, ABC üçbucağının daxilində elə F nöqtəsinin yerləşməsi haqqında məsələni tələb edirdi ki, FA+FB+FC cəmi minimal olsun. İsveçrə alimi Yakob Şteyner bu məsələyə daha ümumi halda baxmışdır: o, 3 məntəqəni birləşdirən ən qısa yol şəbəkəsinin tapmağa çaışırdı. Məlum olur ki, şəbəkə mütləq bir nöqtədə birləşən düzxətli yollardan ibarət olmalıdır, belə ki, yollardan biri nöqtəyə çevrilə bilər. Belə qoyuluşda məsələ sırf praktiki əhəmiyyət daşıyır, məsələn, naqil şəbəkələrinin çəkilişində belə bir məsələni həll etmək lazım gəlir. == Nöqtənin qurulması == Fermanın klssik məsələsinin həlli üçün belə bir fiziki modeli bu formada qurmaq olar: Hər hansı lövhə üzərində bir üçbucaq çəkək.
Feynman nöqtəsi
Feynman nöqtəsi — pi ədədinin 762-ci rəqəm sırasındakı altı dəfə təkrarlanan doqquz rəqəmi. Amerika fiziki Riçard Feynman (d. 1918 — ö. 1988) adını daşıyır. O, pinin bu mövqedəki rəqəmlərini yadda saxlamaq istəyirdi. Mühazisəsini bitirdikdə isə "doqquz, doqquz, doqquz, doqquz, doqquz, doqquz və sair" deyirdi. Hər halda güman edirdi ki, pi ədədi rasionaldır..
G nöqtəsi
G nöqtəsi — Qadınlarda göbəyin aşağı hissəsi hesab edilən G nöqtəsi ən ehtiraslı yeridir. Alman həkim Ernst Qrefenberqin araşdırmasına görə, bu hissə beyinlə əlaqədardır. Oranı astaca sığallamaq sinirləri sakitləşdirir, beyinə siqnal göndəririr. Bu hissəyə edilən masaj ehtirası ikiqat artırır. G nöqtəsi qadınlarda klitorisdən sonra cinsi doyumun ən sıx hiss edildiyi, vaginanın 2–3 sm iç hissəsində yerləşən sinir toxumasıyla zəngin bir anatomik sahədir. İlk dəfə 1950-ci ildə Dr. Ernest Grafenberg tərəfindən tərifi verildiyi üçün onun adının baş hərfi ilə adlandırılmışdır. Cinsi xəbərdarlıq ilə birlikdə G nöqtəsində olan sıxılmalar və qadınlarda cinsi doyum və orqazm baxımından əhəmiyyətli funksiyalara malikdir. G nöqtəsi vagina girişindən 3–4 sm qabaqda, üst divarda olan və barmaqla toxunulduğunda diqqətə çarpan hala gələn erogen bir bölgədir. Bu bölgədə "skene" vəziləri dediyimiz ifrazat etmə qabiliyyətinə sahib vəzlər toplu olaraq yerləşir və buna görə burada bir qabarıqlıq meydana gəlir.
Kvant nöqtəsi
Kvant nöqtəsi (quantum dots) - çox kiçik yarımkeçirici hissəcikdir və yalnız bir neçə nanometr ölçüsündə olur.Belə kiçik olmaları onların optik və elektronik xassələrini digər daha böyük hissəciklərin xassələrindən fərqli edir.Onlar hal-hazırda nanotexnalogiyanın mərkəzində dayanır.Kvant nöqtələrinin əksər növləri özlərinə elektrik və ya işıq qəbul etdikdə xüsusi tezlikdə işıq emissiya edirlər.Bu tezliklər dəqiqliklə nöqtələrin ölçüsünü ,formasını və materialını dəyişə bilir və xassələr kvant nöqtələrinin tətbiqlərini artırır. Kvant nöqtəsi kifayət qədər kiçik olmalıdır ki, kvant effektləri özünü göstərsin.
Küri nöqtəsi
Küri nöqtəsi və ya Küri temperaturu ( T C {\displaystyle T_{C}} ) — ferromaqnit maddələrin kimyəvi xassələrinin dəyişmə nöqtəsi və ya temperaturudur. Bu temperaturdan yuxarı, ferromaqnit maddələr maqnitliyini itirir və paramaqnitli olur. "Küri nöqtəsi" anlayışı ferromaqnitlərin bu xassəsini kəşf edən fransız alimi Pyer Kürinin şərəfinə adlandırılmışdır. Maqnetit üçün Küri nöqtəsi 5800 C, pirrotin üçün 3000 C, hematit üçün 6750 C. Küri nöqtəsidə istilik tutumu, istilik keçirmə və başqa fiziki xassələr kəskin dəyişir. Sinonim: Küri temperaturu. == İstinadlar == == Ədəbiyyat == Horst Stöcker: Taschenbuch der Physik, 4. Auflage, Verlag Harry Deutsch, Frankfurt am Main 2000, ISBN 3-8171-1628-4 Hans Fischer: Werkstoffe in der Elektrotechnik, 2. Auflage, Carl Hanser Verlag, München/Wien 1982 ISBN 3-446-13553-7 Werner Schröter, Karl-Heinz Lautenschläger, Hildegard Bibrack: Taschenbuch der Chemie, 9. Auflage, Verlag Harry Deutsch, Frankfurt am Main 1981, ISBN 3-87144-308-5 Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Kəsilmə nöqtəsi
==Kəsilmə nöqtəsi== Kəsilmə nöqtəsi-– proqramın vəziyyətinin, dəyişənlərin qiymətlərinin proqramçı tərəfindən öyrənilməsi məqsədilə proqramın çalışmasının durdurulduğu nöqtədir. Kəsilmə nöqtəsi sazlanma prosesində qoyulur və istifadə olunur: bunun üçün proqramın mətnində bir neçə yerdə hər hansı keçid, çağırış və ya tələ (HOOK) komandası qoyulur ki, idarəetməni sazlama proqramına ötürsün == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Laqranj nöqtələri
Bir birini qravitasiya qüvvəsi ilə cəzb edən iki göy cisminin arasında qravitasiyanın bərabərləşdiyi nöqtələrə Lagranj nöqtələri deyilir. Joseph Louis Lagrange'nin kəşf etdiyi və elm dünyasına qazandırdığı bu nöqtələr 5 dənədir. Qısaca L1,L2,L3,L4,L5 olaraq adlandırılır. L1 nöqtəsi iki göy cismi arasında qalan və onların cazibəsinin bərabərləşdiyi yerdir. Burda dayanan bir cism demək olar ki heç bir təsirə məruz qalmadan uzun müddət dolana bilər. L2 nöqtəsi isə kiçik olan göy cisminin arxasında qalan nöqtədir və yenə də qüvvələrin bərabərləşdiyi nöqtəni göstərir. L3 nöqtəsi iki göy cisminin böyük olanının arxa tərəfidir. Ancaq yenə də ikisinində qüvvələrinin bərabərləşdiyi yerdir. L4 və L5 nöqtələri heç bir təsirə məruz qalmadan sonsuza qədər dolana biləcəyiniz ən güvənli yerdir.L4 və L5 nöqtələri Dünyadan 1.6 milyon km uzaqda yerləşir.Yəni bu nöqtədən uzaqda olsanız Günəşin təsirində olacaqsınız. Əgər ki,bu nöqtədən daha yaxın olsanız o zaman Yer kürəsinin təsirində olacaqsınız.
Nemo nöqtəsi
Nemo nöqtəsi və ya çatılmayan nöqtə — dünya okeanı üzərində quruya ən uzaq olan yer == Etimologiyası == Nemo nöqtəsinə indiyə qədər insan ayağının dəymədiyi üçün belə adlandırılmışdır. Belə ki, "Nemo" sözü latın dilində "heç kim" deməkdir. == Tarixi == Nemo nöqtəsi uzun müddət müəyyən edilməmişdir. Yalnız 1992-ci ildə xorvat-kanadalı araşdırma mühəndisi olan Hrvoye Lukatela buna nail olmuşdur. Belə ki, o həmin il "Hipparchus" adlandırdığı geo-kosmik aparatla okeanın orta nöqtəsini müəyyən etmişdir. Bunun üçün Hrvoye Lukatela dünyanın səthinin 3 ölçülü olduğu üçün, mərkəzdəki nöqtənin də 3 ayrı quru parçasından eyni məsafədə olmalı olduğunu nəzərə alıb. Beləliklə dünyadakı fərqli nöqtələri araşdıraraq, Nemo nöqtəsini müəyyənləşdirmişdir. == Coğrafiyası == Nemo nöqtəsi Sakit okeanda 48°52.6′ cənub və 123°23.6′ qərb koordinatlarındadır. Bu nöqtə özünə ən yaxın olan üç quru ərazisindən 2688 kilometr uzaqda yerləşir. Ona yaxın quru əraziləri bunlardır: Şimal istiqamətində yerləşən, üstündə insan yaşamayan Pitkern adalarının daxilindəki Düsi adası; Şimal-şərq istiqamətində yerləşən Pasxa adasının Motu Nui hissəsi; Cənub istiqamətində yerləşən, Atlantik okean sahillərindəki Maher adası.
Qaynama nöqtəsi
Qaynama nöqtəsi — buxar təzyiqi xarici təzyiqə bərabər olduqda mayenin əldə etdiyi temperaturudur. Yüksək buxar təzyiqi olan mayelər uçucudur və aşağı qaynama nöqtələrinə malikdir. Yüksək qaynama nöqtələri olan mayelərin, vakuum prosesi ilə buxar təzyiqini artıraraq otaq temperaturunda qaynadılması mümkündür.
Qırmızı nöqtəli ayıca
Qırmızınöqtəli ayıca (lat. Utetheisa pulchella) — pulcuqluqanadlılar dəstəsinə aid nadir növ. == Qısa təsviri == Qanadları açılmış halda 38-40 mm-dir. Ön qanadları sarımtıl-ağdır, bəzən ağ rəngdə olur. Üzərində səpələnmiş halda kiçik qara nöqtələr və onların arasında bir qədər iri qırmızı nöqtələr var. Qanadların zirvəsində aypara şəklində qara rəngli ləkə, onun altında aşağıya doğru 6 ədəd qara rəngli kiçik nöqtələr düzülmüşdür. Arxa qanadlar tamam ağdır, ətrafı qara rənglə haşiyələnmişdir, haşiyənin yuxarı və orta hissəsi enlidir. Qanadın kənarlarında olan saçaqlar ağdır. Başı və döşü sarımtıl-ağ rəngdədir. Qarıncığı ağdır, azacıq tutqundur.

Digər lüğətlərdə

атрибу́ция го́рничная городови́к докла́дывать изгрязня́ться картофелеубо́рочный многочи́сленность свисту́н секу́щая трёхсве́тный фи́нно-у́гры дисгармони́чный задуши́ться испепели́ть колчеда́н покуми́ться смышлёно черпа́лка пасть тайбола codicillary sweet sorghum кидаться ради частность