1. Aydınlıq, işıq. Günəşin nuru ətrafı işıqlandırmışdır.
– Yaz mövsümü endikcə səmadan yerə axşam; Gün nuru verir dağlara min rəngi-dilara.
Çıxdı günəş, doldu cahan nur ilə; Cütçü sürür tarlada cüt şur ilə.
Göy üzü damardamar; Göydən yerə nur damar. ( ).
□ Nur almaq – bax nurlanmaq.
Nur saçmaq (səpmək, tökmək) – işıq vermək, işıqlatmaq, ziya saçmaq, parlatmaq.
Gecəki yağışdan çiçəklərin, yarpaqların uclarından sallanan damlalar … parıl-parıl parıldayır, ətrafına incə telli nurlar saçırdı.
Göyün altun saçlı qızı nur saçar; İnsanların tutqun könlünü açar.
Nura boyamaq (qərq etmək) – işıqlandırmaq, işıq saçmaq, parlatmaq, şəfəqləndirmək.
Nura boyanmaq (qərq olmaq) – hər tərəf aydınlıq, işıq içərisində olmaq, şəfəq vermək, parlamaq.
Çilçıraqlar üstə yanır ağ şamlar; Möhtəşəm sütunlar nura boyanır.
Günəş çoxdan doğmuş, ətrafı nura qərq eləmişdi.
2. məc. Maarif, aydınlıq, tərəqqi simvolu kimi işlənir.
Elm bir nur, cəhl zülmətdir; Cəhl duzəxdir, elm cənnətdir.
Bir gün eşitdim ki, “Nicat” az qalır yer üzünün cəmi müsəlmanlarının qara qəlblərinə maarif nuru ilə nicat versin.