NURİ-ÇEŞMİM, NURİ-DİDƏM, NURİEYNİM

köhn. Çox istəkli, çox əziz adama nəvazişlə müraciət məqamında, ya onun haqqında deyilir: gözümün işığı (nuru). Səni Yusif bilib verdim könül mülkündə sultanlıq; Əzizim, nuri-eynim, sən gəda oğlu gədasanmış. S.Ə.Şirvani. [Yusif:] Açım kağızı, görüm mənim əziz, nuri-çeşmim Şamdan bəy nə yazır? N.Nərimanov. Ah, nuri-didəm, halım nə qədər də qəmli, küskün; Bir şey yemək istəməzmi könlün? H.Cavid.