NUŞ

is. [fars.]
1. klas. Dadlı, şirin. Qeyrə eylər bisəbəb min iltifat ol nuş ləb; İltifat etməz mənə mütləq, nədir bilməm səbəb. Füzuli. Mən zəhr bildiyim məni-miskinə nuş imiş; Biganə sandığım mənə xud aşina imiş. S.Ə.Şirvani. _ Nuş olmaq – canına yatmaq (sinmək), xoş olmaq. Nuş olur canıma ət, xasa o həngamdə kim; Mən yeyəm, xırda uşaqlar baxa, ağlaşa ətə. M.Ə.Sabir. Hər günümüz bir köçəri quş olur; Yar əlindən badə alsan nuş olur. R.Rza.
2. İçki. _ Nuş etmək (eyləmək) – içmək. Nuş etdim röyadə eşqin camını; Göründü gözümə doğru rah mənim. “Aşıq Qərib”. ◊ Nuş olsun – b a x nuşcan.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

NUŞ приятный, сладкий ətraflı

Azərbaycanca-rusca lüğət

NUŞ в сочет. nuş eləmək (etmək) есть, пить с удовольствием; nuş olsun! приятного аппетита! ətraflı

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

NUŞ f. 1) dadlı, tamlı; 2) içki; 3) işrət, kef; 4) ürəyə yatan, xoşa gələn. ətraflı

Azərbaycan dilinin etimologiya lüğəti

NUŞ Farsca nuşidən (içmək) feilinin qrammatik əsasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti) ətraflı

Author: Obastan; Publisher: Obastan