NÜMAYƏNDƏ

is. [ fars. ]
1. Hər hansı bir kollektiv, təşkilat və s. tərəfindən seçilib bir yerə (məs.: konfransa, qurultaya və s.-yə) göndərilən və ya təyin edilən adam, vəkil edilmiş şəxs; müvəkkil. Nümayəndə seçmək.
– Qara Kərəm oğlu sözü deyib durdu və dönüb, “Yeni həyat”ın nümayəndələrinə baxdı. M.İbrahimov.

// Bir dövlətin və ya təşkilatın mənafeyini təmsil edən, rəsmi şəxs. Diplomatik nümayəndə.
2. Öz simasında hər hansı bir təbəqənin sinfi və ya fəaliyyət sahəsini təmsil edən, onların mənafeyini ifadə edən şəxs. Xalqın ən qabaqcıl nümayəndələri. Səməd Vurğun Azərbaycan şerinin görkəmli nümayəndələrindəndir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NÜMAYƏNDƏ NÜMAYƏNDƏ Qızıl Arslanın bu sözündən sonra xəlifə öz nümayəndələrini göndərib Qızıl Arslanın nə şəraitlə sülh etmək istədiyini soruşdu (M

Etimologiya

  • NÜMAYƏNDƏ Farsca nüma (göstərən; bədənnüma güzgü), nümayiş, nümunə sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
NÜMAYAN
NÜMAYƏNDƏLİK
OBASTAN VİKİ
Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin İtaliyaya səfəri
Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin İtaliyaya səfəri - AXC rəhbərliyinin hərbi silah və sursat alınması üçün İtaliya krallığına 1919-cu ildə göndərdiyi nümayəndə heyətinin səfəri nəzərdə tutulur. == Arxa plan == İlk əvvəllər Azərbaycan Xalq Cümhuriyyəti İtalyan qoşunlarının Azərbaycanda yerləşdirilməsinə nail olmağa çalışırdı. Buna görə də Parisə ezam edilən müttəfiq komandanlığı yanında xüsusi nümayəndə Ə.Tahirov yolüstü Romada dayandı və İtaliya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə bir sıra görüşlər keçirdi. İtaliya Xarici İşlər Nazirliyinin rəsmisi Mayoni ilə görüşdə Ə.Tahirov Azərbaycana ordu göndərilib-göndərilməyəcəyini soruşduqda Mayoni ona bir neçə kağız göstərərək bildirdi ki, Parisdə olan İtaliya nümayəndələri ilə görüşdə Ə.M.Topçubaşov Azərbaycana İtaliya ordusunun göndərilməsinin arzuolunmazlığını bəyan edib. Ə.M.Topçubaşov öz bəyanatında əhalinin bu addımdan narazı qalacağını vurğuladığından Mayoni bilmək istəyirdi ki, belə münasibət Ə.M.Topçubaşovun şəxsi fikridir, yoxsa, doğrudan da, əhali və hökumət Azərbaycana İtaliya ordusu göndərilməsinin əleyhinədir. Əslində İtaliya tərəfi Qafqaza ordu göndərməməyə qərar verdiyindən, Ə.M.Topçubaşovun ilk müzakirələr zamanı hələ ingilis ordusu Azərbaycanda olarkən İtaliya ordusunun ora göndərilməsinə ehtiyac olmadığı haqqında söylədiyi fikrinə istinad edirdi. Bu fikir, həm Аzərbaycan, həm Gürcüstan nümayəndələri tərəfindən irəli sürüləndə İngiltərə ordusunun Qafqazı tərk etməsi barədə rəsmi açıqlama hələ elan edilməmişdi. Lakin Britaniya hökumətinin Qafqazı tərk etmək barədə Sülh konfransına rəsmi müraciətindən sonra Cənubi Qafqaz respublikaları ətrafında siyasi şərait əsaslı dərəcədə dəyişmişdi. Ona görə də Ə.Tahirov Mayoniyə bildirdi ki, siz əhali və xalqın İtaliyaya münasibətini, polkovnik Qabba başda olmaqla, Azərbaycana göndərdiyiniz missiyaya göstərilən münasibət əsasında mühakimə yürüdə bilərsiniz. Bu missiyanın şərəfinə Azərbaycan hökumətinin təntənəli qəbul mərasimi keçirdiyini açıqlayan Ə.Tahirov əlavə etdi ki, hökumət və əhali sizin ordunuzu Azərbaycanda görməkdən şad olardı.
Konsul (nümayəndə)
Konsul (lat. consul) — bir dövlətin hökumətinin başqa dövlətinin ərazisində rəsmi nümayəndəsi. Adətən konsulun işi öz dövlətinin vətəndaşlarına yardım etmək, onları müdafiə eləmək və ölkələrin əhaliləri arasında ticarəti və dostluğu asanlaşdırmaqdır.Konsul münasibətlərinin qaydalarını Konsul əlaqələri haqqında Vyana Konvensiyası müəyyən edir. == Konsul dərəcəsi == Vyana Konvensiyası 9-cu maddədə konsulluq müəssisələri başçılarının dörd dərəcəsini müəyyən edir. Konsul müəssisələrinin başçıları baş konsullara, konsullara, vitse-konsullara və konsul agentlərinə bölünürlər. Baş konsul konsulluğun başçısı və müəyyən ərazidə ən yüksək vəzifəli konsuldur. Baş konsul həmçinin başqa konsulluqlarının olduğu, bir ölkənin çərçivəsindəki konsul rayonu üçün cavabdeh ola bilər.
Almaniya fəhlə nümayəndə heyətinin Bakıya səfəri (film, 1925)
Almaniya fəhlə nümayəndə heyətinin Bakıya səfəri sənədli filmi 1925-ci ildə "Kino-Mədənçi" Studiyasında istehsal edilmişdir. Filmdə Almaniya fəhlə nümayəndə heyətinin Bakıya səfərindən bəhs edilir. == Məzmun == Filmdə Almaniya fəhlə nümayəndə heyətinin Bakıya səfərindən, onların Azərbaycanda yeni sosialist sənayesinin təşkili və iş prosesi, fəhlələrin həyat və məişəti ilə yaxından tanış olmalarından bəhs edilir. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 29.
Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransındakı Nümayəndə Heyəti
Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransındakı Nümayəndə Heyəti — 1918-ci ilin dekabr ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Paris Sülh Konfransına göndərilməsi üçün formalaşdırdığı heyət. == Haqqında == 1918-ci ilin dekabr ayının 28-də isə parlament Paris Sülh Konfransına gedəcək nümayəndə heyətinin tərkibini seçdi. Bu tərkibə Əlimərdan bəy Topçubaşov (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Əkbər ağa Şeyxülislamov, Əhməd bəy Ağayev, Məhəmməd Məhərrəmov, Ceyhun Hacıbəyli və Mir Yaqub Mehdiyev daxil oldu. Nümayəndə Heyəti hələ İstanbulda ikən ciddi təşkilatlanmış və dəqiq iş bölgüsü aparmışdı. Heyətin tərkibində üç bölmə - siyasət və milli məsələlər, iqtisadiyyat və kommersiya, təbliğat və məlumat bölmələri yaradılmış və üzvlər ixtisas və maraq səviyyələrinə uyğun şəkildə həmin bölmələrdə fəaliyyətə cəlb olunmuşdular. Bununla bir sırada Nümayəndə Heyətinin hər bir üzvünün görəcəyi konkret iş, məsuliyyət daşıyacağısahə də müəyyənləşdirilmişdi. 1919-ci il yanvarın 20-də Paris sülh konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyəti İstanbula gəldi. Lakin Fransa hökuməti onların Parisə gəlməsinə viza vermədi. Topçubaşovun və onun başçılıq etdiyi nümayəndə heyətinin Parisə buraxılmaması onlarda və Azərbaycan hökumətində narahatlıq yaradırdı. Bu zaman Əlimərdan bəy Topçubaşov Türkiyə, İran, Rusiya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa diplomatları və nümayəndələri ilə görüşlər keçirmiş, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumat vermiş, Azərbaycanın bir müstəqil dövlət kimi öz ölkələri tərəfindən tanınmasına köməklik göstərmələrini xahiş etmişdir.
Vahid Hacıyev (nümayəndə)
Vahid Rasim oğlu Hacıyev (19 aprel 1983, Bakı) — Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi. == Həyatı == Vahid Hacıyev 19 aprel 1983-cü ildə Bakı şəhərində anadan olub və buradakı 2 saylı Texniki- Humanitar liseydə orta məktəbi bitirib. 2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində bakalavr, 2005-ci illdə isə həmin universitetdə Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər üzrə magistr təhsilini almışdır. Daha sonra 2019-cu ildə İngiltərənin Koventri şəhərində yerləşən Vorvik Universitetində Biznesin İdarə Edilməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir. Rus, İngilis dillərini bilir. Ailəlidir, üç övladı var. == Fəaliyyəti == Əmək fəaliyyətinə 2004-cü ildən Deloitte Azərbaycan şirkətində aparıcı auditor kimi başlamışdır. 2007–2009-cu illərdə BP Azərbaycan şirkətində vergi üzrə analitik, 2007–2010-cu illərdə vergi üzrə müşavir, 2012–2014-cü illərdə BP Azərbaycan, Gürcüstan və Türkiyə üzrə vergi hesabatlılığı idarəsinin rəhbəri, 2014–2017-ci illərdə həmin şirkətin icra aparatının rəhbəri olaraq çalışmışdır. 2017–2019-cu illərdə həmin şirkətdə Dayaz su Abşeron yarımadası üzrə hasilat bölgüsünün kommersiya üzrə rəhbəri, 2019–2020-ci illərdə isə BP Azərbaycan şirkətinin bütün kəşfiyyat layihələri üzrə kommersiya direktoru vəzifələrini tutmuşdur. Daha sonra 2020–2022-ci illərdə bitkiçilik və iri taxılçılıq növü üzrə fəaliyyət göstərən "Agro Dairy" MMC-də direktoru vəzifəsində çalışmışdır.
Belçika fəhlə nümayəndə heyəti Bakıda (film, 1926)
Belçika fəhlə nümayəndə heyəti Bakıda qısametrajlı sənədli filmi 1926-cı ildə çəkilmişdir. "Kino-Mədənçi" Studiyasında istehsal edilmişdir. Kinolentdə Belçika fəhlə nümayəndə heyətinin Bakıya səfərindən, burada Bakı fəhlələrinin həyat və məişəti, şəhərin sənaye obyektləri, görməli yerləri ilə tanışlıqlarından danışılır. == Məzmun == Kinolentdə Belçika fəhlə nümayəndə heyətinin Bakıya səfərindən, burada Bakı fəhlələrinin həyat və məişəti, şəhərin sənaye obyektləri, görməli yerləri ilə tanışlıqlarından danışılır.
İngiltərə Parlamenti nümayəndə heyəti Bakıda (film, 1925)
== Məzmun == Filmdə İngiltərə parlamenti nümayəndə heyətinin Bakıda olmasından, respublikada seçki sistemi ilə tanışlığından, eləcə də Bakı zəhmətkeşlərinin mədəni məişəti ilə maraqlandıqlarından söhbət açılır. == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 29.
ABŞ Nümayəndələr Palatası
ABŞ Nümayəndələr Palatası (ing. The United States House of Representatives) — ABŞ Konqresinin aşağı palatası, yuxarı palatası isə Senatdır. Orada ABŞ ştatları əhali sayına görə mütənasib olaraq nümayəndə ilə təmsil olunublar. Konqresin sayını dəyişdirmək hüququnu saxlamasına baxmayaraq, nümayəndələrin ümumi sayı hazırda 435 üzvü vardır və bu 1929-cu il Reapportionment Aktına uyğun olaraq müəyyən edilir. Hər bir nümayəndə iki il müddətinə seçilir. Nümayəndələr Palatasının rəhbəri "Spiker" kimi tanınır və onun üzvləri tərəfindən seçilir. Qanun layihələri hər iki məclisdə ayrıca müzakirə olunur və səsə qoyulur. Hər iki məclisdə qəbul edilən qanun layihələri arasında fərqlər varsa, qarışıq bir komissiya tərəfindən razılaşdırılır və təklif olunan qanun təklifi ABŞ Prezidentinin təsdiqlənməsi üçün təqdim olunur. Prezident veto səlahiyyətinə malikdir. Prezident bu səlahiyyətdən istifadə etmədən qanun layihəsini imzalayırsa, qanun şəffaf şəkildə həyata keçirilir.
ABŞ Nümayəndələr Palatasının spikeri
Amerika Birləşmiş Ştatları Nümayəndələr Palatasının spikeri, adətən Nümayəndələr Palatasının spikeri kimi tanınır, Birləşmiş Ştatların Nümayəndələr Palatasının sədridir. Ofis 1789-cu ildə ABŞ Konstitusiyasının I Maddəsinin 2-ci Bölməsinə əsasən yaradılmışdır. Spiker Palatanın siyasi və parlament lideridir və eyni zamanda onun sədrlik edən zabiti, orqanın çoxluq partiyasının de-fakto lideri və qurumun inzibati rəhbəridir. Spikerlər müxtəlif digər inzibati və prosessual funksiyaları da yerinə yetirirlər. Bu bir neçə rol və məsuliyyəti nəzərə alaraq, spiker adətən debatlara şəxsən rəhbərlik etmir. Bu vəzifə əvəzinə çoxluq partiyasından olan Palata üzvlərinə həvalə olunur. Spiker mütəmadi olaraq zəmin debatlarında da iştirak etmir.
Albaniyanın diplomatik nümayəndəliklərinin siyahısı
Albaniyanın diplomatik nümayəndəliklərinin siyahısı (alb. Lista e misioneve diplomatike të Shqipërisë) - Albaniyanın xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinin siyahısını özündə birləşdirir. Siyahıda fəxri konsul vəzifəsinə sahib şəxslərin yaşadığı ölkələr qeyd edilməyib. Albaniyanın dünyanın dörd qitəsində yerləşən 43 səfirliyi və 6 müvəqqəti akkreditə olunmuş nümayəndəliyi mövcuddur. 2013-cü ildə keçirilmiş seçkilərdən sonra ölkənin Xarici İşlər Naziri Dmitri Buşati hökumətin iqtisadi böhran səbəbindən bəzi ölkələrdə yerləşən səfirliklərini bağladığını açıqlamışdır. 2014-cü ildə Albaniya Kuala-Lumpur (Malayziya), Lissabon (Portuqaliya), Sarayevo (Bosniya və Herseqovina) və Yeni Dehli (Hindistan) də yerləşən səfirliklərini bağlamışdır.
Andorranın diplomatik nümayəndəliklərinin siyahısı
Andorranın diplomatik nümayəndəliklərinin siyahısı (isp. Misiones diplomáticas de Andorra) — Andorra Knyazlığının xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinin siyahısını özündə birləşdirir. Andorra kiçik ölkə olduğundan xarici ölkələrdə digər Avropa ölkələrinə nisbətən məhdud sayda səfirlik və konsulluq şöbələri fəaliyyət göstərir. Avropa İttifaqı, Benilüks ölkələri və Almaniya ilə münasibətlərin tənzimlənməsinə Belçikanın paytaxtı Brüssel şəhərində yerləşən səfirlik nəzarət edir.
Azərbaycan Xalq Cümhuriyyətindəki diplomatik nümayəndəliklər
Azərbaycan Xalq Cümhuriyyətindəki diplomatik nümayəndəliklər — Azərbaycan Xalq Cümhuriyyəti dövründə xarici dövlətlərin Azərbaycandakı diplomatik heyətləri. == Bakıda == Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda xarici diplomatik nümayəndəliklər fəaliyyətə başladılar. Faəliyyət göstərən diplomatik nümayəndəliklər və nümayəndələrinin siyahısı: Böyük Britaniya Vitse konsul - Gevelke Yerləşdiyi ünvan - Kladbişenskaya küçəsi 11 ünvanındakı Rus-Asiya bankının dəftərxanası Belçika Konsul - Ayvazov Yerləşdiyi ünvan - Qorçakovskaya küçəsi 19 Yunanıstan Konsul-Kusis Yerləşdiyi ünvan - Qoqolevskaya və Molokanskaya küçələrinin tinində Gürcüstan Demokratik Respublikası Diplomatik nümayəndə - N.S.Alşibay Yerləşdiyi ünvan - Telefonnaya (indiki Yusif Məmmədəliyev) küçəsi Qrifonlu ev Ermənistan Diplomatik nümayəndə - Q.A.BekzadyanYerləşdiyi ünvan - 28 May küçəsi, 5 Danimarka Konsul - E.F.Biyerinq Yerləşdiyi ünvan - Birjevaya küçəsi, 32. Elektriçeskaya Sila şirkətinin binası İtaliya Konsul - L.Qrikurov Yerləşdiyi ünvan - Molokanskaya küçəsi, 35. Litva Konsul agent - V.İ.Miskeviç Yerləşdiyi ünvan - Pozenovskaya küçəsi, 15 İran Baş konsul - Səədül-Vəzir Yerləşdiyi ünvan - Qubernskaya küçəsi Polşa Konsul-agent - S.Rılski Yerləşdiyi ünvan - Politseyskaya küçəsi, 15 ABŞ Vitse-konsul - Randolf Yerləşdiyi ünvan - Krasnovodskaya küçəsi, 8 Ukrayna Vitse-konsul - Qolovan Yerləşdiyi ünvan - İstiqlaliyyət küçəsi, 8. Mirzəbəyov qardaşlarının evi Finlandiya Konsul-agent - Vegelius Yerləşdiyi ünvan - Balaxanı ərazisi. Nobel qardaşlarının ofisi Fransa Konsul-agent - Yemelyanov Yerləşdiyi ünvan - Vodovoznaya küçəsi İsveçrə Konsul - Klottyu Yerləşdiyi ünvan - Birjevaya küçəsi, 14 İsveç Konsul - R.K.Vanderpluq Yerləşdiyi ünvan - Qubernskaya küçəsi == Digər dövlətlər == Yaponiya hökuməti Azərbaycanla diplomatik münasibətlər yaratmağa hazır olduğunu bildirmiş, Antuan Delabus başda olmaqla Vatikan da öz nümayəndələrini Bakıya göndərmişdi. == Qeydlər == == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyətinin xaricdəki nümayəndəlikləri == Ədəbiyyat == Aзepбaйджанская Pecnублика (1918-1920), Документы и материалы. 1918-1920 rr., Б., 1998; Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993.
Azərbaycan Xalq Cümhuriyyətinin Dağlılar Respublikasında diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin Dağlılar Respublikasında diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətinin xarici ölkələrdə yaratdığı diplomatik nümayəndəliklərdən biri. 1919 ilin fevral-sentyabr aylarında fəaliyyət göstərmişdir. == Yaranması == 1919-cu ildə Könüllü ordunun Dağıstana doğru irəliləməsi və bir sıra yaşayış məntəqələrini öz nəzarəti altına götürməsi müstəqil dağlı dövlətinin mövcudluğunu böyük sual altında qoymuşdu. Hadisələrin belə şəkil alması təbii ki, Azərbaycanda da ciddi həyəcan və əndişə doğurmuşdu. Məclisi-Məbusanın 6 mart tarixli iclasında Şimali Qafqazdakı vəziyyət xüsusi müzakirə mövzusuna çevrilmişdi. İclasda Müsavat fraksiyası adından danışan Məhəmməd Əmin Rəsulzadə Azərbaycan və dağlı xalqlarının tarixi taleyinin və müstəqillik mübarizəsinin biri-biri ilə sıx bağlı olduğunu, hər iki ölkəyə qarşı yönələn təhlükənin də eyni mənbədən qaynaqlandığını göstərərək demişdi: Cümhuriyyət Hökuməti Dağlılar Respublikası ilə müntəzəm əlaqələr yaratmaq, Şimali Qafqazda baş verən siyasi və hərbi prosesləri yaxından izləmək üçün 1919-cu ilin əvvəlində Dağlılar Respublikasında diplomatik nümayəndəlik yaratmağı qərara aldı. Fevralın ilk günlərində Dağlılar Respublikası hökuməti Əbdürrəhim bəy Haqverdiyevin diplomatik nümayəndə təyin olunmasına razılıq verdi. Fevralın 25-də Azərbaycan Hökuməti Ə.Haqverdiyevi bu vəzifəyə təyin etdi və Temirxan-Şuraya göndərdi. Azərbaycan diplomatik nümayəndəliyi martın 28-də Temirxan-Şurada fəaliyyətə başladı və elə həmin gün Azərbaycan Xarici İşlər Nazirliyinə Denikin ordusunun və rus kazaklarının Terek vilayətinə, həmçinin Çeçenistana hücum etmələri haqqında məlumat göndərdi. Ə.Haqverdiyev 1919-cu il martın 30-da öz etimadnaməsini Dağlılar Respublikası hökumətinin sədrinə təqdim etdi, 31-də isə bütün nazirlərlə görüşdü və Dağlılar parlamentinin iclasının iştirakçısı oldu.
Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistandakı diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistandakı diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistan Respublikasında fövqəladə və səlahiyyətli nümayəndəliyi. 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Ermənistan, Gürcüstan, Osmanlı imperiyası, Dağlılar Respublikası və Türküstanda diplomatik nümayəndəliyi, İranda səfirliyi, Kuban və Don hökumətləri yanında səlahiyyətli nümayəndəsi, Paris Sülh Konfransında səlahiyyətli nümayəndə heyəti fəaliyyət göstərmişdir. Həmin illərdə Bakıda isə Böyük Britaniyanın, Ermənistanın, Belçikanın, Yunanıstanın, Gürcüstanın, Danimarkanın, İtaliyanın, Litvanın, İranın, Polşanın, ABŞ-nin, Ukraynanın, Finlandiyanın, Fransanın, İsveçrənin, İsveçin diplomatik nümayəndəlikləri, konsulluqları, konsul agentləri fəaliyyət göstərirdi. == Diplomatik nümayəndəliyin yaradılmasında məqsəd == Azərbaycan Xalq Cümhuriyyətinin diplomatiya tarixində ən gərgin münasibətləri, şübhəsiz ki, Ermənistanla olmuşdur. Hələ müstəqillikdən öncə erməni silahlı dəstələri indiki Ermənistan ərazisində yerli azərbaycanlılara qarşı kütləvi qırğınlar törədirdilər. Müstəqillik əldə edildikdən sonra — 1918-ci ilin yayında Azərbaycanla Gürcüstan arasında nümayəndəlik səviyyəsində diplomatik əlaqələr qurulmuşdur. Azərbaycanla Ermənistan arasında birbaşa diplomatik münasibətlərin yaradılması isə yalnız 1919-cu ilin əvvəlində mümkün olmuşdur. Həmin vaxtadək Ermənistanla yazışmalar Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyi vasitəsilə həyata keçirilirdi. Azərbaycanla Ermənistan arasında diplomatik yazışmalara aid sənədlər əsasən Xalq Cümhuriyyəti Xarici İşlər və Müdafiə nazirliklərinin fondlarında, Azərbaycanın Gürcüstandakı daimi nümayəndəliyinin fondunda və Sovet Azərbaycanı Xarici İşlər Komissarlığının fondlarında saxlanılır. 1918-ci il mayın 28-də dövlət müstəqilliyinin elan edilməsindən yarım ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistanla Azərbaycan arasında birbaşa diplomatik münasibətlər qurulması mümkün olmamışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstanda diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstanda diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətini Gürcüstan Demokratik Respublikasında təmsil edən elçilik. 1918-ci ilin iyun ayında təsis edilmişdi. == Fəaliyyəti == 1918-ci ilin iyun ayında təsis edilmiş diplomatik nümayəndəliyə Azərbaycan Milli Şurasının üzvü Məmməd Yusif Cəfərov təyin olunmuşdu. Azərbaycan Hökuməti Gəncəyə köçdükdən (1918,16 iyun) sonra iki ölkə arasında müntəzəm əlaqələrin qurulması və inkişaf etdirilməsində bu nümayəndəliyin misilsiz rolu oldu. M.Y.Cəfərovun 1918-ci il iyunun 21-də Xarici İşlər Nazirliyinə ünvanladığı məxfi məlumatında Gürcüstan hökumətinin Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəyi, keçmiş Zaqafqaziya hökumətinin əmlakının bölüşdürülməsi təklifi, Gürcüstandakı alman alayının Bakıya hərəkət etmək niyyəti haqqında bilgi verildi. İyunun 22-də isə Azərbaycan xarici işlər naziri ona tapşırıq verdi ki, Azərbaycan Hökumətinin mübahisəli ərazilər məsələsinə baxılması üçün xüsusi komissiya yaradılması haqqında təklifini Gürcüstan və Ermənistan hökumətlərinə çatdırsın. Qeyd etmək lazımdır ki, Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi ilk vaxtlar Azərbaycan Hökumətinin tapşırıqlarını Ermənistan hökumətinə çatdırmaq funksiyasını da icra etməli oldu. Çünki Azərbaycan Hökuməti yalnız 1918-ci il sentyabrın 12-də Ermənistan Respublikasında diplomatik nümayəndəlik yaratmağı qərara aldı. 1918-ci il avqustun 15-də Məmməd Yusif Cəfərov Azərbaycan Hökuməti adından Ermənistan Respublikasının Gürcüstandakı işlər vəkili A.Camalyana nota verərək, Andronikin başçılığı ilə erməni hərbi hissələrinin Zəngəzur və Şuşa bölgələrinə soxulmasını Azərbaycan Respublikasına qarşı düşmənçilik aktı kimi dəyərləndirmiş və bu hərbi birləşmələrin dərhal geri çağırılmasını tələb etmişdi. Azərbaycan Hökumətinin 1918-ci il, 12 iyul tarixli qərarı ilə Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyinin 1 katib, 1 kargüzar, 1 makinaçı və 1 kuryerdən ibarət ştat tərkibi müəyyən edildi.
Azərbaycan Xalq Cümhuriyyətinin Krımdakı diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin Krımdakı diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətinin Krım hökuməti və Krım türkləri ilə əlaqə saxlamaq üçün təsis etdiyi elçilik. == Haqqında == Krım hökuməti 1918-ci il iyunun 25-də Simperopolda yaradılmışdı. Baş naziri general-leytenant Süleyman bəy Sulkeviç, xarici işlər naziri Cəfər əfəndi Seyid Əhməd idi. Azərbaycan hökuməti 1918-ci il oktyabrın 23-də Krım hökuməti yanında diplomatik nümayəndəlik təsis etməyi qərara aldı. 1918-ci il, noyabrın 1-dən Azərbaycan Ukraynadakı diplomatik nümayəndəsi Miri bəy Vəzirova (Yusif Vəzir Çəmənzəminlinin qardaşı) Azərbaycan Xalq Cümhuriyyəti Krımda da təmsil etmək tapşırıldı. Öz növbəsində, Krım hökuməti də qarşılıqlı əlaqələr yaratmaq, Qara dəniz hövzəsi, xüsusən də limanları ilə bağlı razılaşdırılmış siyasət məsələlərini müzakirə etmək üçün öz nümayəndəsi Əli Aleksandroviçi 1918-ci il noyabrın əvvəllərində Azərbaycana göndərdi.Azərbaycan Xalq Cümhuriyyətinin Krıma göndərdiyi nümayəndələr bölgədə fəaliyyət göstərən hökumətlərlə, xüsusilə də Krım türkləri ilə sıx əlaqələr qurmaq məqsədidaşıyırdılar. 1918-ci il noyabrın 16-da Süleyman bəy Sulkeviçin başçılıq etdiyi Krım hökuməti istefa verdi. Keçmiş duma üzvü S.S. Krım yeni hökumət yaratdı. Konstitusiyalı Demokratiya Partiyası üzvlərindən təşkil edilmiş bu hökumət 1919-cu ilin əvvəllərində Denikin ordusu Krıma daxil olduqdan sonra yerli müsəlmanlara — türk-tatar əhalisinə qarşı repressiyaları gücləndirdi. Krım türkləri öz hüquqlarını qorumaq üçün bu hökumətə daxil olmayaraq, ayrıca milli hökumət-direktoriya və parlament yaratdılar.
Azərbaycan Xalq Cümhuriyyətinin Kuban və Donda diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin Kuban və Donda diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətinin Kuban hökuməti və Şimali Qafqaz xalqları ilə əlaqə saxlamaq üçün təyin etdiyi diplomatik nümayəndəlik. == Nümayəndəliyin açılması == Rusiyada bolşeviklər hakimiyyəti ələ keçirəndən sonra Kuban Qanunverici Radası və Kuban hökuməti yaradılmışdı. Mərkəzi Yekaterinodar (indiki Krasnodar) şəhəri idi. Cəfər bəy Rüstəmbəylinin hökumətin qərarı ilə Azərbaycan Respublikasının Kuban və Krımda diplomatik nümayəndə və ticarət müvəkkili təyin edilməsi haqqında məlumat 23 mart 1919-cu il tarixli 61№-li "Azərbaycan" qəzetində də dərc edilmişdir. 1919-cu il iyunun 26-da C. Rüstəmbəyova Azərbaycan Xalq Cümhuriyyətini Don hökuməti yanında da təmsil etmək mandatı verildi. == Nümayəndəliyin fəaliyyəti == C. Rüstəmbəyov Azərbaycan Xarici İşlər Nazirliyinə ünvanladığı raportda 1919-cu il iyunun 1-də Yekaterinodarda ingilis hərbi missiyasının rəisi general Briqqslə görüşməsi, ingilis komandanlığının Azərbaycanla Cənubi Rusiya Silahlı qüvvələri (Könüllü ordu) baş komandanı general Denikin arasında normal münasibət qurulmasında maraqlı olması, iyunun 3-də Briqqsin vasitəçiliyi ilə Denikinlə görüşməsi və onun Azərbaycanla diplomatik nümayəndəlik mübadiləsinə hazır olması haqqında məlumat vermişdi. Azərbaycanın diplomatik nümayəndəsinin 1919-cu il iyunun 11-də göndərdiyi raportda Kuban Radasında federasiya və müstəqillk tərəfdarları ilə Denikin arasında münasibətlərin gərgin olması, Kuban hökumətinin Denikinə qarşı mübarizə məsələlərini müzakirə etmək üçün Rusiyanın cənubunda yeni yaranmış dövlətlərin, o cümlədən Cənubi Qafqaz respublikaları nümayəndələrinin iştirakı ilə konfrans çağırmaq haqqında xəbər verilirdi. Raportda kubanlıların Denikinə inanmamaları, kazakları öz tərəflərinə çəkməklə müstəqilliklərini qorumağa çalışmaları, yalnız Ukrayna hüdudlarında bolşeviklərə qarşı mübarizə aparmaq istəmələri də qeyd olunmuşdu. 1919-cu il iyunun 26-da Azərbaycan Xarici İşlər Nazirliyinin C. Rüstəmbəyova göndərdiyi təlimatda Azərbaycan Hökumətinin Denikinlə diplomatik nümayəndəlik mübadiləsinə razılıq vermədiyi, Denikin ordusu hissələrinin Dağıstandan çıxarılması tələbi əks olunmuşdu. Azərbaycan Hökuməti Kuban və Donla iqtisadi əlaqələr yaratmağa çalışır, ağ neft və digər neft məhsulları əvəzində taxıl almağı planlaşdırırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı dövlətində diplomatik nümayəndəliyi
Azərbaycanın Türkiyədə Diplomatik Nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətini Osmanlı dövlətində təmsil edən elçilik. Azərbaycanla Türkiyə arasında ilk diplomatik təmaslar 1918-ci ilin yazında Trabzon və Batum sülh konfranslarından başlandı. 1918-ci il iyunun 18-də isə Azərbaycan Hökuməti İstanbula ilk nümayəndə heyəti göndərdi. Türkiyə hökuməti və rəsmi dairələrində yaxşı tanınan Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi nümayəndə heyətinə Xəlil bəy Xasməmmədov və Aslan bəy Səfikürdski daxil idilər. Nümayəndəlik İstanbulda keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransda iştirak etməli idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti nümayəndə heyətinə, həmçinin, Osmanlı dövləti ilə hərbi, iqtisadi, nəqliyyat və maliyyə sahələri üzrə müqavilələr bağlamaq üçün etimadnamə vermişdi. İyunun 24-də İstanbula çatan Azərbaycan nümayəndələri Osmanlı hökumətinin başçısı Tələt paşa və digər hökumət üzvləri ilə görüşlər keçirməyə, Azərbaycan Xalq Cümhuriyyəti haqqında türk ictimaiyyətinə məlumatlar çatdırmağa başladılar, mətbuata çoxsaylı müsahibələr verdilər. Nümayəndələr Azərbaycanın öz müstəqilliyini elan etməsini beynəlxalq aləmə bildirmək üçün də mühüm addımlar atdılar. İstiqlal bəyannaməsinin tam mətnini İstan-bulda olan bütün səfirlik və konsulluqlara təqdim etdilər, Almaniya, Avstriya-Macarıstan və Bolqarıstan diplomatları ilə görüşlər keçirdilər. 1918-ci ilin yayında Birinci dünya müharibəsi (1914–18) cəbhələrində Dördlər ittifaqının uğursuzluqları İstanbul konfransının başlanmasına imkan verməsə də, Azərbaycan nümayəndəliyi Osmanlı hökuməti üzvləri ilə çox əhəmiyyətli razılaşmalara nail oldu.
Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynada diplomatik nümayəndəliyi
Azərbaycanın Ukraynada diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətini Ukraynada təmsil edən elçilik. Azərbaycan Cümhuriyyətinin Nazirlər şurası 1918-ci il sentyabrın 12-də Ukraynaya işlər vəkilinin göndərilməsi haqqında qərar qəbul etdi. Qərara uyğun olaraq, 1918-ci il noyabrın 1-də Mir Yusif Vəzirov (Yusif Vəzir Çəmənzəminli) Azərbaycan Hökumətinin Ukraynada diplomatik nümayəndəsi təyin edildi. Elə həmin ay M.Y.Vəzirov Kiyevdə diplomatik fəaliyyətə başladı. Birinci dünya müharibəsində (1914–1918) "Dördlər ittifaqının məğlub olması" , Ukraynadan Almaniya, Azərbaycandan isə Osmanlı qoşunlarının geri çəkilməsi və hər iki ölkəyə Antanta qoşunlarının yeridilməsi, keçmiş Rusiya imperiyası ərazisində yaranmış hər iki yeni dövlətin həm bolşevik hakimiyyəti, həm də Denikin tərəfindən təhdid olunması onların beynəlxalq aləmdə oxşar mövqedən çıxış etmələrini zəruriləşdirdi. Buna görə Ukrayna hökuməti də Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx diplomatik əlaqə qurmaq məqsədilə 1919-ci il fevralın 8-də Azərbaycana göndərilmək üçün keçmiş daxili işlər naziri İvan Kraskovskinin başçılığı ilə xüsusi diplomatik missiya yaratdı.1919-cu ilin martında Azərbaycan və Ukrayna nümayəndəlikləri Antanta dövlətlərinin İstanbuldakı hərbi rəhbərliyinə müraciət edərək onlara Paris sülh konfransında (1919–1920) iştirak etmək üçün şərait yaradılmasını xahiş etdilər. Həmin vaxt Odessa şəhərində müttəfiqlərarası komissiya fəaliyyətə başlamışdı. Azərbaycan Hökuməti bu komissiyada ölkənin mənafeyini təmsil etmək üçün 1919-cu il martın 14-də Rüstəm bəy Sultanovu nümayəndə təyin etdi.1919-cu ilin yazında Ukraynanın Denikin ordusu tərəfindən tutulması nəticəsində Azərbaycanın Kiyevdəki diplomatik nümayəndəliyinin normal fəaliyyət göstərməsi pozuldu. M.Y.Vəzirov Odessaya getmək məcburiyyətində qaldı. Burada o, İngiltərə baş konsulu Kukla görüşərək, Azərbaycan haqqında ona ətraflı məlumat verdi.
Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəlikləri
Azərbaycan Xalq Cümhuriyyətinin xaricdəki nümayəndəlikləri — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini xarici dövlətlərdə təmsil edən diplomatik missiyalar. == Osmanlı imperiyası == Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik münasibətlər yaratdığı və dostluq müqaviləsi bağladığı ilk dövlət Osmanlı imperiyası olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Osmanlı imperiyası ilə geniş və hərtərəfli diplomatik münasibətlər yaratmaq üçün Əlimərdan bəy Topçubaşovu 1918-ci ilin avqustunda fövqəladə elçi və səlahiyyətli nazir kimi İstanbula göndərmiş və ona diplomatik nümayəndə kimi bütün səlahiyyət və hüquqlar verilmişdi. Əlimərdan bəy Topçubaşov Azərbaycan nümayəndə heyətinin başçısı kimi Paris sülh konfransına (1919–1920) yola düşənə qədər, İstanbulda olduğu müddətdə, Osmanlı sultanı, Osmanlı dövlətinin baş naziri, xarici işlər, ədliyyə, hərbi, maliyyə nazirləri ilə, həmçinin xarici dövlətlərin Türkiyədəki nümayəndələri ilə görüşmüş, geniş diplomatik danışıqlar aparmış, beynəlxalq sülh konfransına hazırlıqla bağlı məsələləri müzakirə etmiş etmişdir. Əlimərdan bəy Topçubaşov İstanbuldakı Antanta dövlətlərinin diplomatik nümayəndələrinə Azərbaycan Xalq Cümhuriyyəti adından memorandum təqdim etmişdir. Cənubi Qafqazın hər üç millətinin mənafeyinin ədalətlə nəzər alındığı bu memorandumun surətləri erməni və gürcü nümayəndələrinə də təqdim olunmuşdu. Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi missiyaya Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin nümayəndəsi Səlim bəy Behbudov, Əlimərdan bəy Topçubaşovun iki katibi (Mustafa bəy Vəkilov və Rəşid bəy Topçubaşov) daxil idilər. Azərbaycan Xalq Cümhuriyyətinin İstanbulda diplomatik nümayəndəsi Yusif bəy Vəzirov (Çəmənzəminli), onun müavini və maliyyə müşaviri isə Cahangir bəy Qayıbov idi. === Batum === Azərbaycan Xalq Cümhuriyyəti illərində Batumda baş konsulu Mahmud bəy Əfəndiyev olmuşdu. == Paris Sülh Konfransı == 1918-ci ilin dekabrında Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti Paris sülh konfransında iştirak etmək üçün tam səlahiyyətli və geniş hüquqa malik olan nümayəndə heyəti göndərmək haqqında qərar qəbul etdi.
Azərbaycan Xalq Cümhuriyyətinin xaricdəki nümayəndəlikləri
Azərbaycan Xalq Cümhuriyyətinin xaricdəki nümayəndəlikləri — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini xarici dövlətlərdə təmsil edən diplomatik missiyalar. == Osmanlı imperiyası == Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik münasibətlər yaratdığı və dostluq müqaviləsi bağladığı ilk dövlət Osmanlı imperiyası olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Osmanlı imperiyası ilə geniş və hərtərəfli diplomatik münasibətlər yaratmaq üçün Əlimərdan bəy Topçubaşovu 1918-ci ilin avqustunda fövqəladə elçi və səlahiyyətli nazir kimi İstanbula göndərmiş və ona diplomatik nümayəndə kimi bütün səlahiyyət və hüquqlar verilmişdi. Əlimərdan bəy Topçubaşov Azərbaycan nümayəndə heyətinin başçısı kimi Paris sülh konfransına (1919–1920) yola düşənə qədər, İstanbulda olduğu müddətdə, Osmanlı sultanı, Osmanlı dövlətinin baş naziri, xarici işlər, ədliyyə, hərbi, maliyyə nazirləri ilə, həmçinin xarici dövlətlərin Türkiyədəki nümayəndələri ilə görüşmüş, geniş diplomatik danışıqlar aparmış, beynəlxalq sülh konfransına hazırlıqla bağlı məsələləri müzakirə etmiş etmişdir. Əlimərdan bəy Topçubaşov İstanbuldakı Antanta dövlətlərinin diplomatik nümayəndələrinə Azərbaycan Xalq Cümhuriyyəti adından memorandum təqdim etmişdir. Cənubi Qafqazın hər üç millətinin mənafeyinin ədalətlə nəzər alındığı bu memorandumun surətləri erməni və gürcü nümayəndələrinə də təqdim olunmuşdu. Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi missiyaya Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin nümayəndəsi Səlim bəy Behbudov, Əlimərdan bəy Topçubaşovun iki katibi (Mustafa bəy Vəkilov və Rəşid bəy Topçubaşov) daxil idilər. Azərbaycan Xalq Cümhuriyyətinin İstanbulda diplomatik nümayəndəsi Yusif bəy Vəzirov (Çəmənzəminli), onun müavini və maliyyə müşaviri isə Cahangir bəy Qayıbov idi. === Batum === Azərbaycan Xalq Cümhuriyyəti illərində Batumda baş konsulu Mahmud bəy Əfəndiyev olmuşdu. == Paris Sülh Konfransı == 1918-ci ilin dekabrında Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti Paris sülh konfransında iştirak etmək üçün tam səlahiyyətli və geniş hüquqa malik olan nümayəndə heyəti göndərmək haqqında qərar qəbul etdi.
Azərbaycan Xalq Cümhuriyyətinin İranda diplomatik nümayəndəliyi
Azərbaycan Xalq Cümhuriyyətinin İranda diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətini İran dövlətində təmsil edən elçilik. == Əlaqələrin yaradılması == Azərbaycan müstəqillik qazandıqdan sonra İranla normal qonşuluq və dostluq münasibətləri yaratmağa başladı. Azərbaycan hökuməti 1918-ci il Sentyabrın 12-də İrana nümayəndə-işlər vəkili təyin etməyi qərara aldı. Lakin İran tərəfi ilk vaxtlar AXC-ni tanımaq və onunla diplomatik əlaqələr qurmaqdan imtina etdi. 1918-ci il, sentyabrın 6-da Azərbaycanın İstanbuldakı nümayəndə heyətinin başçısı Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xarici İşlər nazirinə məlumat verdi ki, Şimali Azərbaycanda müstəqil dövlətin yaradılması barədə İstiqlal bəyannaməsinin surətini buradakı İran konsulluğuna təqdim etmiş, İran konsulu isə bu sənədu zərfə qoyub geri qaytarmış, ona əlavə olunmuş vərəqdə bildirmişdi ki, o, Azərbaycan adında dövlətin müstəqilliyini tanımır. 1918-ci ilin yazında Osmanlı qoşunlarının Cənubi Azərbaycana daxil olmasından sonra Şimali Azərbaycan vətəndaşlarınınn hüquqlarını qorumaq məqsədi ilə Təbrizdə Azərbaycan konsulluğu fəaliyyətə başladı. Konsulluğa ilk dövrdə Teymur bəy Məlik-Aslanov, sonra Yusif Ziya və Rauf bəy Səfərəlibəyli başçılıq etmişdilər. Rauf bəy Təbrizdə ermənilər tərəfindən güllələnərək öldürülüb. İrəvandan (İrəvan) əslisi olan Raufbəy daşnakların Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin üzvləri üçün ovunun qurbanı olub. Türk qoşunlarının 1918-ci ilin noyabrında Cənubi Azərbaycanı tərk etməsindən sonra İran hökuməti bu konsulluğu bağladı.
Azərbaycanda yerləşən diplomatik nümayəndəliklər
ABŞ
Azərbaycanda yerləşən diplomatik nümayəndəliklərin siyahısı
ABŞ
Azərbaycandakı diplomatik nümayəndəliklərin siyahısı
ABŞ
Azərbaycanın daimi nümayəndəlikləri
== Avropa ==
Azərbaycanın daimi nümayəndəliklərinin siyahısı
== Avropa ==
Azərbaycanın diplomatik nümayəndəliklərinin siyahısı
== Avropa ==
Bakıda xarici diplomatik nümayəndəliklər (AXC)
Azərbaycan Xalq Cümhuriyyətindəki diplomatik nümayəndəliklər — Azərbaycan Xalq Cümhuriyyəti dövründə xarici dövlətlərin Azərbaycandakı diplomatik heyətləri. == Bakıda == Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda xarici diplomatik nümayəndəliklər fəaliyyətə başladılar. Faəliyyət göstərən diplomatik nümayəndəliklər və nümayəndələrinin siyahısı: Böyük Britaniya Vitse konsul - Gevelke Yerləşdiyi ünvan - Kladbişenskaya küçəsi 11 ünvanındakı Rus-Asiya bankının dəftərxanası Belçika Konsul - Ayvazov Yerləşdiyi ünvan - Qorçakovskaya küçəsi 19 Yunanıstan Konsul-Kusis Yerləşdiyi ünvan - Qoqolevskaya və Molokanskaya küçələrinin tinində Gürcüstan Demokratik Respublikası Diplomatik nümayəndə - N.S.Alşibay Yerləşdiyi ünvan - Telefonnaya (indiki Yusif Məmmədəliyev) küçəsi Qrifonlu ev Ermənistan Diplomatik nümayəndə - Q.A.BekzadyanYerləşdiyi ünvan - 28 May küçəsi, 5 Danimarka Konsul - E.F.Biyerinq Yerləşdiyi ünvan - Birjevaya küçəsi, 32. Elektriçeskaya Sila şirkətinin binası İtaliya Konsul - L.Qrikurov Yerləşdiyi ünvan - Molokanskaya küçəsi, 35. Litva Konsul agent - V.İ.Miskeviç Yerləşdiyi ünvan - Pozenovskaya küçəsi, 15 İran Baş konsul - Səədül-Vəzir Yerləşdiyi ünvan - Qubernskaya küçəsi Polşa Konsul-agent - S.Rılski Yerləşdiyi ünvan - Politseyskaya küçəsi, 15 ABŞ Vitse-konsul - Randolf Yerləşdiyi ünvan - Krasnovodskaya küçəsi, 8 Ukrayna Vitse-konsul - Qolovan Yerləşdiyi ünvan - İstiqlaliyyət küçəsi, 8. Mirzəbəyov qardaşlarının evi Finlandiya Konsul-agent - Vegelius Yerləşdiyi ünvan - Balaxanı ərazisi. Nobel qardaşlarının ofisi Fransa Konsul-agent - Yemelyanov Yerləşdiyi ünvan - Vodovoznaya küçəsi İsveçrə Konsul - Klottyu Yerləşdiyi ünvan - Birjevaya küçəsi, 14 İsveç Konsul - R.K.Vanderpluq Yerləşdiyi ünvan - Qubernskaya küçəsi == Digər dövlətlər == Yaponiya hökuməti Azərbaycanla diplomatik münasibətlər yaratmağa hazır olduğunu bildirmiş, Antuan Delabus başda olmaqla Vatikan da öz nümayəndələrini Bakıya göndərmişdi. == Qeydlər == == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyətinin xaricdəki nümayəndəlikləri == Ədəbiyyat == Aзepбaйджанская Pecnублика (1918-1920), Документы и материалы. 1918-1920 rr., Б., 1998; Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993.

Digər lüğətlərdə

борово́й деду́ся надыша́ться принужде́ние стеноти́пия шажо́к автогравю́ра закоди́рованный лу́чшее подраспуска́ться препара́тный приватиза́ция разыгра́ть регистра́тор рекреацио́нный чрез bidden bit part laxity renunciatory safe district изъезженный кассовый колосниковый робкий