Azərbaycan dilinin izahlı lüğəti

OCAQÇI

is. Ocağa, buxar qazanlarına xidmət edən adam (b a x ocaq 2-ci mənada). Hamamın ocaqçısı. – [Babakişi:] Deməli, Atakişi qazançıdır, mən də, türkün sözü, ocaqçı. C.Cabbarlı. Zakir isə ocaqçını çağırdı və bacalardan çıxan tüstünü göstərib acıqlandı. H.Seyidbəyli.

Həmin söz digər lüğətlərdə: