OPPONÉNT

[ lat. opponentis – etiraz edən] Mübahisədə, müzakirədə, disputda və s.-də birinin fikrinə, dəlilinə, mülahizəsinə etiraz, yaxud onları təkzib ilə çıxış edən şəxs. Opponentə cavab vermək. – Sədr ayağa qalxıb deyir: – Opponentlər qurtardı.
Çıxış etmək istəyən varmı? Q.İlkin.

□ Rəsmi opponent – dissertasiya müdafiəsində, elmi disputda çıxış etmək üçün qabaqcadan təyin olunmuş şəxs (alim).

Etimologiya

  • OPPONENT Oppozisiya sözü ilə qohumdur, latın mənşəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
OPERÉTTA
OPPONENTLİK
OBASTAN VİKİ
Opponent
Opponent – [lat. opponents – qaytaran etiraz edən, ing. opponent – rəqib, düşmən] 1)dissertasiya müdafiələrində elmi şurada öncədən təsdiq edilmiş rəsmi rəyçi; 2)müzakirələrdə, dissertasiya müdafiələrində, elmi mübahisələrdə etirazla çıxış edən şəxs; 3)mübahisədə, polemikada əks tərəf; 4)kiməsə qarşı etirazla çıxış etmək. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.

Digər lüğətlərdə

брело́к гродету́р зашпаклёвывать изрыва́ние Мецена́т наканифо́ливать экзога́мный этнокра́тия африка́нский заморо́чка затова́риванье република́ция русифика́тор стрессоусто́йчивый це́пкий keypunch light-struck superfortress набиться натечь переднеязычный скоропортящийся сукновальня транслировать уездный