ORÁKUL

is. [ yun. ] Antik dövrdə qeybdən xəbər verən kahin; falçı, rəmmal.

Etimologiya

  • ORAKUL Qədim mədəniyyətlərdə hesab olunurdu ki, gələcəkdə baş verəcək hadisələr qabaqcadan müəyyən olunub və nəyin olub-olmayacağını allahlar bilir
ORADAN-BURADAN
ORAQ
OBASTAN VİKİ
Orakul
Orakul (lat. oraculum, "danışıram, diləyirəm" mənalarını verən oro sözündən əmələ gəlir) — antik dövrdə ən çox yayılmış fal forması. O, inananların istəyi ilə tanrı adından orakul adlandırılan kahin tərəfindən gələcək haqqında xəbər verməkdən ibarət idi. Daha geniş mənada, orakul həm xəbərin elan olunduğu yer və həmin xəbərin mətni demək idi. Müasir dildə orakul gələcəkdən xəbər verən və həmçinin hər fikiri danılmaz həqiqət və vəhy olan insana deyilir. == Mənşəyi == Delfiyalı pifiya xaricində bütün qədim orakullar kişi cinsinə aid idilər. Tarixçilər orakulların Qədim Yunanıstana Qədim Şərqdən gəldiyini iddia edirlər, çünki oxşar falçılıq yerləri Mari, Assuriya və Qədim Misir şəhəri olan Butoda mövcud idilər.Herodotun yazdığına görə, Qədim Yunanıstan orakullarından ən qədimi Epir regionunun Dodona şəhərində yerləşirdi. Ora yunanların Elladaya gəlməsindən əvvəl yarandığı güman edilir və ehtimala görə, əvvəl bura yunan ənənəsində yer tanrıçası Geya olaraq təfsir edilən Ana Tanrıçasının müqəddəs yeri idi. Göründüyü kimi, qədim orakkuların hamısı kimi ora da xtonik kultu ilə əlaqəli idi, çünki kahinlər gələcək haqqında xəbərləri müqəddəs palıd yarpaqlarının xışıltısından verirdilər. Herodot başqa orakullardan də bəhs edir.

Digər lüğətlərdə

впа́иваться ко́ржик немно́го погодя́ поджига́ть поха́живать сво́дник беля́к выга́дываться допа́хивать наважде́ние перезнако́мить печу́рка постро́чный ультраконсервати́вность уркать чешинка ectoparasite Salic tribulate vag денонсация довинчивать метёлочный поблажка подстилка