ÖD

is.
1. Qara ciyərin ifraz etdiyi sarıyaşıl rəngli acı maye. _ Öd kisəsi – qara ciyərdə olan və öd ifraz edən kisəyəoxşar orqan; ödlük. Öd şirəsi – öd kisəsinin ifraz etdiyi maye; öd. Yem qursaqdan nazik bağırsağa daxil olan kimi onun üzərinə hiss-hissə mədəaltı şirəsi və öd şirəsi süzülür. “Qaramal”.
2. məc. Çox acı şey haqqında. Öd kimi. ◊ Ödü ağzına gəlmək – iyrənməkdən, başı gicəllənməkdən qusmaq dərəcəsinə gəlmək, ürəyi bərk bulanmaq, bərk iyrənmək. Üfunətdən adamın ödü ağzına gəlir.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

ÖD 1. желчь; 2. желчный; ətraflı

Azərbaycanca-rusca lüğət

ÖD I сущ. 1. жёлчь: 1) жёлто-зелёная жидкость, вырабатываемая клетками печени. ətraflı

Author: Obastan; Publisher: Obastan