ÖKÜZ

is.
1. İş heyvanı kimi istifadə edilən buğa. Təpəl öküz. Öküzləri arabaya qoşmaq. – ..Kiçik çobanlar öküzlərə minib, malları evə sarı qovurdular. H.Nəzərli. Güneyləri şumlamaq üçün kotana öküz qoşurdular. B.Bayramov.
2. məc. Çox yekə, nahamar, zorba adam haqqında. // məc. Qaba, kobud, qanmaz adam haqqında. ◊ Öküzün böyüyü pəyədədir zar. – işin çətini hələ daldadır, cəncəl hələ qurtarmayıb. [Sara bibi:] Hələ öküzün böyüyü pəyədədir. Qantəmir.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

ÖKÜZ 1. бык, вол; 2. бычий, воловий; ətraflı

Azərbaycanca-rusca lüğət

ÖKÜZ I сущ. 1. бык (домашнее крупное рогатое животное из рода парнокопытных); вол (кастрированный бык, используемый в сельскохозяйственных работах). ətraflı

Author: Obastan; Publisher: Obastan