Azərbaycan dilinin izahlı lüğətində ÖLÇÜ-BİÇİ sözün mənası. Толковый словарь азербайджанского языка.

bax ölçü 1 və 3-cü mənalarda.
Kənd əhalisi isə uzun illər boyu müxtəlif ölçü-biçidə olan damlarda və qazmalarda yaşayırdı. S.Rəhimov.

◊ Ölçü-biçi bilməmək1) nə etdiyini, nə dediyini bilməmək, hədd-hüdud bilməmək, həddini aşmaq. Hərəkətlərində ölçü-biçi bilməmək.
– Bilməyir heç bu ağız ölçü-biçi; Hey ötür, sanki sınıb bəndi, piçi. Ə.Nəzmi;

2) ölçüyə gəlməmək, ölçüsü olmamaq, həddihüdudu olmamaq.
İnsan xəyalının ölçü-biçi bilməyən sürəti [Həcəri] götürdü. S.Rəhimov.

← ÖLÇÜ

is. 1. Hər hansı bir şeyi ölçmək üçün qəbul edilmiş vahid. Uzunluq ölçüsü. Həcm ölçüsü. 2. məc. Bir şəxsə, ya şeyə qiymət vermək, müqayisə etmək üçün

ÖLÇÜB-BİÇMƏ →

“Ölçüb-biçmək”dən f.is