ÖLMƏK

f.
1. Həyatı tərk etmək, vəfat etmək; keçinmək.
…Evin kişisi bir neçə il bundan qabaq ölmüşdür. C.Məmmədquluzadə.
Bir gün qoca bağban xəstələnib öldü. M.Hüseyn.

// Qırılmaq, tələf olmaq, məhv olmaq (heyvanlar haqqında). Qışda xeyli mal-qara öldü.
// Tələf olmaq, məhv olmaq (ağac, ot və s. haqqında). Şaxtadan güllər öldü.
– Çiçəyi soluxub, otu öləndə; Qaçardı üstündən quşu, heyvanı. H.K.Sanılı.

2. məc. dan. Çox arzu etmək, can atmaq, çox istəmək, həsrətində olmaq. Oxumaq üçün ölür.
3. məc. Özündən qabaq gələn sözün ifadə etdiyi şeyin şiddətini, təsirini bildirir. Sancıdan ölmək. Acından ölmək. Gülməkdən ölmək.
4. Mən ölüm şəklində dan. – bir şeyi təkidli xahiş məqamında işlənir. Mən ölüm, tez gəl. Mən ölüm, bu işə qarışma.
// Sən öl, sən öləsən, siz öləsiniz şəklində dan. – bir şeyə inandırmaq üçün işlənir: canın (canınız) üçün.
[Məşədi İbad:] A kişi, sən öl, mən sənə; Nə qədər desən pul verərəm. Ü.Hacıbəyov.
[Ata:] Siz öləsiniz, Arazda da heç belə nərilti olmazdı. S.Rəhimov.

//
…ölsün – and içmək, inandırmaq məqamında işlənir.
[Hacı Qara:] Oğlum ölsün ki, dəxi kisədə tənbəki yoxdur. M.F.Axundzadə.
[Səfi:] Bu canım ölsün ki, bularda bir kələk var, gedim görüm nə danışırlar. Ü.Hacıbəyov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÖLMƏK ÖLMƏK İki il keçməmişdi [Məmmədhəsən əminir] anası öldü (C.Məmmədquluzadə); ALLAH (TANRI) RƏHMƏTİNƏ GETMƏK (evf
  • ÖLMƏK keçinmək — gəbərmək

Antonimlər (əks mənalı sözlər)

  • ÖLMƏK ÖLMƏK – YAŞAMAQ Bizə yaşamaq da, ölmək də tanış; Bir az da başqa bir aləmdən danış! (S.Vurğun)
ÖLMƏ-DİRİL
ÖLMƏLİ
OBASTAN VİKİ
Ölmək hüququ
Ölmək hüququ — insanın öz həyatını sonlandırmaq və ya könüllü evtanaziyaya məruz qalmaq hüququ haqqında fikirlərə əsaslanan konsepsiya. Bu hüquqa görə, ölümcül xəstəliyi olan və ya yaşamaq arzusunda olmayan şəxslərə öz həyatlarını bitirməsinə, köməkli intihardan istifadə etməsinə və ya ömrü uzatmağa xidmət edən müalicədən imtina etməsinə icazə verilməlidir. Bu qərarı qəbul etmək səlahiyyətinin kimə məxsus olması çox zaman müzakirələrə səbəb olur. Bəzi müəlliflər və filosoflar, eləcə də Devid Benatar insanların həyatın keyfiyyətinə olan baxışlarının, həmçinin həyatın müsbət və mənfi tərəfləri arasındakı tarazlıq haqqında düşüncələrinin olduqca optimist olduğunu düşünür. Ölmək hüququ antinatalizm, kiminsə doğumu ilə əlaqədar təmsilçiliyin olmaması və kiminsə yaşamaq və ya ölmək seçimi ilə bağlı qərar qəbul etmək səlahiyyəti olan şəxsin inkar edilməsi şərtləri kimi hesab edilə bilər. Konsepsiyanın tərəfdarları ölmək hüququnu "bir kəsin bədəni və həyatı onun özünündür" və özünə uyğun gördüyü ilə bağlı sərəncam vermək azadlığı fikri ilə əlaqələndirirlər. Halbuki, irrasional intiharların qarşısını almağa çalışan legitim dövlət marağı bəzən mübahisələrə səbəb olur. Pilpel və Amsel yazır: Hinduizm ölümcül xəstəlikdən əziyyət çəkən və ya həyatda qalmaq üçün arzusu, istəyi və məsuliyyəti olmayan insanların ölmək hüququnu qəbul edir və qeyri-zorakı üsullarla - insanı aclıq həddinə çatdırmaqla ölümə icazə verir. Caynizmdə də eyni praktika var və santara adlanır. Digər dinlərin isə intihara yanaşması fərqlənir: onlar intiharı qınayır və ölmək hüququnu inkar edirlər.

Digər lüğətlərdə

бальнеотерапи́я брошю́рка предзнаменова́ть провисе́ть што́ковый гид дореволюцио́нный дорожи́ть за́падник пересказа́ть подгля́дывать сойти́сь спла́вщица храпеть во все носовые завёртки ущюнно шалгун A-number-one disappoint lengthily overdriven shake table summator Zion вмесить по-