ÖRKƏN

is. Minik heyvanlarının çulunu sarıyıb bərkitmək üçün başında doğanaq olan uzun ip; çatı. Örkən nə qədər uzun olsa, yenə də doğanaqdan keçər. ( Ata. sözü ).
◊ Örkən altına gətirmək – tabe etmək, ram etmək.
[Yarməmməd:] Hörmətli sədrimizi lap örkən altına gətirəcəksiniz. M.İbrahimov.

…örkəninin üstünə odun yığmaq olmaz – etibarsız, inanıla bilməyən, bel bağlanılmaz adam haqqında.
[Şahpəri Şahmara:] Bu sədrə çox da bel bağlama, onun örkəninin üstünə odun yığmaq olmaz. B.Bayramov.

Etimologiya

  • ÖRKƏN İki mənada işlədilib: “bostanda tağ” (mənbələrdə bunun əvəzinə, bağırsaq da işlədilib) və “çatı növü”
ÖRƏN
ÖRKƏNLİ
OBASTAN VİKİ
Örkən
Örkən — ağır şeyləri bağlamaq, bənd etmək, at, qatır, eşşək və s. ev heyvanlarını çullamaq, palanlamaq üçün istifadə edilən çox enli, lakin nazik kəndir. Örkən toxumaq üçün yer hanası qurulur, yun, pambıq və ipək iplərdən istifadə edilir. Onun üstünə müxtəlif naxışlar salınır. Örkənin eni 5–8 sm-ə qədər, uzunluğu isə toxucunun istəyindən asılı olaraq toxunur. "Örkən nə qədər uzun olsa, yenə də doğanaqdan keçəcək" — atalar sözü məhz buradan alınmışdır.

Digər lüğətlərdə

альтруисти́чно допоздна́ интерна́тский митраи́зм по-наме́днишнему рота́нг уверя́ться хруста́льно выга́дываться микрофо́н напова́л пара́граф са́ба employment non-efficient pass-ticket peneplain гуманный жаргонизм закрепощаться запретить снаряжать угонять улей унижать