Azərbaycan dilinin izahlı lüğətində ÖSKÜRƏK sözün mənası. Толковый словарь азербайджанского языка.

is. Adətən nəfəs yollarının xəstələnməsi və ya qıcıqlanması ilə əlaqədar olaraq qeyri-ixtiyari çıxarılan xırıltılı, xışıltılı səs; öskürtü. [O] cavab vermək istədi, lakin vərəm öskürəyi danışmağa macal vermədi. M.S.Ordubadi. Bir-iki ağız quru öskürək qarının sözünü yarımçıq kəsdi.. Ə.Əbülhəsən. // Öskürmə xəstəliyi. Kəndimizdə nə çirk, nə öskürək, nə də azar var. S.Vurğun.
← ÖRÜŞ

is. Mal-qara otarılan yer, geniş otlaq. Sürünü örüşə buraxmaq.

ÖSKÜRƏKLİ →

sif. Öskürəklə birlikdə olan.