ÖTMƏK₁

f.
1. Keçmək, keçib getmək, gəlib keçmək. Yoldan ötmək.
[Əsirlər] Aslanın, Uğurun və bir neçə partizanın köməyi ilə meşəni ötüb dağlara yetişdilər. S.Vəliyev.

// Bir yerin, sahənin ortasından, içindən keçmək, keçib getmək. Kənddən ötmək.
[Seymur] …küçəni ötüb, dar dalanlarla evlərinə sarı tələsirdi… H.Seyidbəyli.

// Uçub getmək, uçaraq keçmək. Bir dəstə quş çayı ötdü.
– Hərdənbir kəndin üzərindən … durna dəstələri ötüb keçirdi. Ə.Məmmədxanlı.

2. Hərəkətdə, yerişdə, qaçışda qabaqlamaq, irəli getmək, ötüb keçmək, geridə buraxmaq. Velosipedçini ötmək. Yük maşınını ötmək.
// İrəlidə olmaq, keçmək. Yarışda ötmək.
– Bəli, gərək Qəhrəman ötsün də! – deyə Rüstəm yenə də qəti cavab verdi. S.Rəhimov.

// məc. Bir şeydə o birilərinə görə daha çox müvəffəq olmaq, daha çox nailiyyət əldə etmək. Dərsdə yoldaşlarını ötmək. Region dövlətlərini ötmək.
3. Keçmək, aşmaq, atlamaq, sovuşmaq, qurtarmaq (saat, mövsüm, zaman, yaş haqqında). Saat ikini ötdü. Yaşı əllini ötüb. İsti günlər ötdü.
– Qış da yavaş-yavaş qarı və soyuğu ilə ötüb getdi. Çəmənzəminli.
Ötdü yaz, soldu çiçək, inlədi bülbül, kələbək. M.Müşfiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÖTMƏK I 1. ÖTMƏK [Qəndab:] Məzahir, qaz ver, o qabaqdakı maşım öt, qoyma irəli keçsin, – deyə səsləndim (B
  • ÖTMƏK oxumaq — civildəşmək
  • ÖTMƏK qabaqlamaq — keçmək
  • ÖTMƏK keçmək — aşmaq — sovuşmaq

Omonimlər

  • ÖTMƏK ÖTMƏK I f. Keçmək, çatıb keçmək. Ötür dəqiqələr səssiz-səmirsiz (H.Arif). ÖTMƏK II f. Oxumaq, mahnı oxumaq
ÖTMƏ₁
ÖTMƏK₂

Digər lüğətlərdə

га́рный дови́ть скли́кнуться ску́пщический бабби́товый подкупа́ющий ра́са сбить с панталы́ку чтобы духу не па́хло бдын(ь) затурсучить кубайдать мурга birdseed dioxid ihram ion rocket Olympic Mountains opening time pyrrolidine rampike widow-maker xerogram кислый плиссированный