ÖTRÜ


1. qoş. Çıxışlıq halda olan sözlərdən sonra gələrək səbəb, ya məqsəd bildirir.
Pəs rəfiqlərimi intizarçılıqdan çıxarmaqdan ötrü genə gərək bir neçə söz ərz edəm. C.Məmmədquluzadə.
[Sevər] Qızları da göndərərəm ki, çöldən sənin üçün tac qayırmaqdan ötrü çiçək dərsinlər… C.Cabbarlı.

2. Mürəkkəb qoşmanın ikinci tərkib hissəsi kimi işlədilərək, özündən əvvəlki fikrin sonrakı fikrə səbəb olduğunu bildirir.
[Oğlan:] Nə olacaq, ondan ötrü niyə üzülürsən? Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÖTRÜ ötrü bax üçün 1
  • ÖTRÜ üçün — görə
ÖTMÜŞ
ÖTÜB-KEÇMƏ

Digər lüğətlərdə

брошюро́вщица уре́тра фе́нхель форпик шаба́шничество видеть не могу кардиоспа́зм кише́ть надко́стный не́быль немноголю́дно перегорчи́ть пятиалты́нный смуглова́тый сту́па упелёнывать холст какомога complot flying squirrel nonagenarian protocontinent сослаться спустя ябедникябедница