ÖYNƏ

is. məh.
1. B a x növbə. Barmaqla nişan verib səni; Budur, – deyirlər; – Neçə dəzgah; Dalında bir öynədə çalışan. R.Rza.
2. Dəfə, kərə. İşə buyurarsan, naxoşam deyər; Öynədə bir badya doğrama yeyər.. Aşıq Ələsgər. [Zeynal:] Kişi bu uzunqulağa gündə üç öynə arpa verirmiş, bir gün olur ki, kişi arpanın bir öynəsini yaddan çıxardır. Ə.Əbülhəsən.

Həmin söz digər lüğətlərdə:

Azərbaycan dilinin dialektoloji lüğəti

ÖYNƏ I (Beyləqan, Borçalı, Cəbrayıl, Göyçay, Hamamlı, Qazax, Şərur) bax övnə. – İnəyimiz bir öynə sağılır (Qazax); – Qoyun gündə bir öynə sağına gələr (Şərur); – Süddü inəyi üç öynə sağallar (Hamamlı); – Mən gündə üç öynə çörəx’ yeyirəm (Cəbrayıl); – İnəx’ hər öynədə 10 litir süd verir (Beyləqan) II (Borçalı, Gədəbəy, Gəncə, Qazax, Lənkəran, Oğuz, Salyan, Tovuz, Ucar, Zərdab) 1. günorta yeməyi vaxtı. – Qalxoççılar hindi öyniyə çıxaceglər (Lənkəran); – Bir də öynə vaxtı gə (Ucar) 2. b a x vaxt (Tovuz). – Büyün öynəmizi belə keçirdix’ (Tovuz); – Qış öynəsi çox şaqqa olur (Tovuz) ətraflı

Azərbaycanca-rusca lüğət

ÖYNƏ сущ. диал. 1. в сочет. bir öynə один раз, gündə iki öynə два раза в день; hər öynədə каждый раз 2. ətraflı

Author: Obastan; Publisher: Obastan