ÖYRƏTMƏK

icb.
1. Bilik, sənət, peşə vermək, təlim etmək. [Adil:] [Atam] əlləri salamat olan müharibə əlillərinə xarratlıq öyrədirdi. B.Bayramov.
2. Bilmədiyi şeyi bildirmək, başa salmaq. Bilmədiklərini öyrətmək. Bunları sənə kim öyrətdi?
3. Vərdiş etdirmək, alışdırmaq. İşə öyrətmək. Soyuğa öyrətmək.
4. Bildirmək, tanış etmək, izah etmək. Yolu öyrətmək.
5. Dərs vermək. Rus dili öyrətmək.
6. dan. Sövq etmək, təhrik etmək (adətən mənfi mənada). Pis işlərə öyrətmək. – Bizə meylin əzəlki tək nədən yox; Səni ha sonradan bir öyrədən yox. M.P.Vaqif.
7. məc. Dərsini vermək, cəzalandırmaq, göstərmək. Ona mən öyrədərəm.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

ÖYRƏTMƏK 1. учить, научить, обучать; 2. поучать, наставлять; 3. подговаривать, подучить, подстрекать, наущать; 4. дрессировать, укрощать, приручать; ətraflı

Azərbaycanca-rusca lüğət

ÖYRƏTMƏK глаг. kimi 1. учить кого: 1) передавать кому-л. какие-л. знания, навыки; научить; обучать, обучить. ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

ÖYRƏTMƏK mənimsətmək — oxutmaq ətraflı
ÖYRƏTMƏK fitləmək — salışdırmaq ətraflı

Author: Obastan; Publisher: Obastan