ÖYÜD

is. Pis hərəkətlərdən saqındırmaq üçün deyilən sözlər; nəsihət. [Asya:] Ha öyüd, nəsihət edirəm olmur. Görünür ki, qız gədəyə çox bərk bənd olubdur. Ü.Hacıbəyov. Əmdik bir ananın ilıq südünü; Baş-başa dinlədik hər öyüdünü. S.Vurğun. _ Öyüd almaq – nəsihət almaq, tərbiyə almaq, məsləhət almaq. [Kərəm:] Qana-qana öyüd alıb anadan; Ay həzərat, gedən ceyran mənimdi! “Əsli və Kərəm”. Öyüd vermək – birini pis hərəkətlərdən saqındırmaq üçün öyüdlü sözlər söyləmək, nəsihət etmək. Qulaq as, gör anan nə öyüd verir; Şərəflə, vüqarla yaşayın ancaq! S.Vurğun. [Vahimə Çiçəyə:] Ağbirçək arvadsan, niyə gəlininə öyüd verib demədin, xalqın .. evini dağıtma? B.Bayramov.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

ÖYÜD нравоучение, поучение, назидание, наставление, нотация, увещевание ətraflı

Azərbaycanca-rusca lüğət

ÖYÜD сущ. наставление, нравоучение, поучение, назидание. Ata öyüdü отцовское наставление, öyüdə ehtiyacı olmaq нуждаться в наставлении, öyüd vermək давать наставления, наставлять, поучать; öyüdə qulaq asmaq прислушиваться к наставлениям ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

ÖYÜD nəsihət — ibrət — təlimat ətraflı

Author: Obastan; Publisher: Obastan