Azərbaycan dilinin izahlı lüğətində PAÇA sözün mənası. Толковый словарь азербайджанского языка.

is. [fars. paçə – kiçik ayaq]
1. Bədənin, iki qıçın arasındakı hissəsi. Ördək qaz yerişi yeriyəndə paçası aralı qalar. (Ata. sözü). Teymur ağa təngə gəlib, bir əlilə yapışıb onun boynunun ardından, bir əlilə paçasından qaldırıb tullayır. M.F.Axundzadə. Bir qədər yol gedəndən sonra görürsən yabı öz yabılığını bildirdi: qulaqlar sallandı, paçanın arası köpükləndi, boyun düşdü, yabı yoruldu. Ə.Haqverdiyev. İdrisov oturduğu yerdə əllərini paçasının arasında qoşalaşdırdı. İ.Məlikzadə. // Baldır; ayağın dizdən aşağı hissəsi. [Qız] iki-üç yaşlı, paçası açıq bir oğlan uşağının lap böyründə durmuşdu. M.İbrahimov.
2. Qoyun, keçi və malın ayrıca satılan dizdən aşağı hissəsi (ayaq və baldırları). // Bunlardan hazırlanan yemək.
 
PAÇABƏND →

is. [fars.]: paçabənd etmək (eləmək) – b a x paçalamaq.