Azərbaycan dilinin izahlı lüğəti

PADŞAHLIQ

is. köhn.
1. Padşah vəzifəsi; şahlıq. Məlik Çoban çox ədalətlə padşahlıq etməyə, camaatla yaxşı rəftar etməyə başladı. (Nağıl).
2. Padşah tərəfindən idarə olunan dövlət quruluşu; şahlıq, imperatorluq. Padşahlığı yıxmaq. – Xəlifədən gələn nümayəndələr də Qızıl Arslanın padşahlığı qəbul etməsini təklif edirdilər. M.S.Ordubadi.
3. Bir padşahın hakimiyyəti altında olan ərazi, ölkə, məmləkət. Padşahlığı idarə etmək.
4. Padşaha mənsub, padşah hökumətinə məxsus; dövləti. [Vəli bəy:] Padşahlıq dumasının vəkili olmaq xatalı işdir. S.S.Axundov. [Ağa Məhəmməd şah Qacar:] Rəiyyət məhəbbəti qazanmaq padşahlığın ilk vəzifəsidir. Ə.Haqverdiyev.

Həmin söz digər lüğətlərdə: