Azərbaycan dilinin izahlı lüğətində PAFOS sözün mənası. Толковый словарь азербайджанского языка.

[yun. pathos – ehtiras]
1. Ehtiraslı ruh yüksəkliyi; təmtəraq. Pafosla danışmaq. Yalançı pafos. – Direktor .. saçlarını əsdirərək, tragik aktyor pafosu ilə ağlamsındı. M.Hüseyn.
2. Hər hansı bir yüksək ideyanın doğurduğu şövq, ilham, vəcd, ruh yüksəkliyi, coşqunluq, ehtiras. Romantika Almazın enerjisində, yaradıcılıq pafosunda, onun cəsarət və fədakarlığında, onun nikbinliyində, gələcək gözəl həyata olan inam və ümidindədir. M.Arif.
← PADZƏHƏR

is. [fars.] Zəhərə qarşı maddə, dərman. İbn-Sina “Həkimlik sənətinin qanunu” adlı kitabda .

PAFOSLU →

sif. Ehtiraslı, coşqun, təmtəraqlı. Pafoslu nitq. Pafoslu çıxış.