Azərbaycan dilinin izahlı lüğətində PAK sözün mənası. Толковый словарь азербайджанского языка.

sif. [fars.] Təmiz. ..Hava gərək təmiz olsun, onun pak olmağı həyat və xarab olmağı ölümdür. H.Zərdabi. // Məc. mənada. Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol. M.Ə.Sabir. [Budağın] əxlaqı, pak və səmimi ürəyi .. onu müəllimlərə .. çox sevdirdi. Ə.Vəliyev. // məc. Müqəddəs, mübarək, əziz. ..Özgələr önündə pak görünməsi; O, hələ bilmir ki, ləkədir ona. B.Vahabzadə.
← PAXLAVA

is. 1. Yayılmış xəmir qatları arasına döyülmüş badam (fındıq, qoz və s.

PAK₂ →

is. [ing. pack] Qütb dənizlərində yaranan çox iri çoxillik üzən buz. Pakın qalınlığı 3-5 metr olur.