1. Bir şeyin (yer, tikinti, qurğu və s.-nin), tənasübləri saxlanılmaqla müəyyən masştabda kağız və s. üzərində göstərilən cizgisi. Binanın planı. Şəhərin planı.
2. Bir işin nə qaydada, nə kimi ardıcıllıqla və hansı müddətlərdə yerinə yetiriləcəyini və s. qabaqcadan nəzərdə tutan tədbirlər sistemi. Xalq təsərrüfatının inkişaf planı. İstehsalat planı.
3. Nəzərdə tutulan, təxmin edilən şey; fikir, niyyət, təxmin, fərziyyə. Səfərimizin planı. Səyahət planı. Hərəkət planı.
4. Bir şeyin şərhində müəyyən qayda və ardıcıllıq. Dərsin planı. Elmi əsərin planı.
5. Hər hansı bir şeyin perspektivdə (gələcəkdə) nəzərdə tutulan mövqeyi. □
…planda məc. – 1) bir şəxsin, ya şeyin əhəmiyyətinə, vacibliyinə, lazımlığına görə tutduğu, ya tutacağı mövqeyi, yeri göstərir. Planda duran məsələlər;
// kinoda şəkillərin böyük, ya kiçik masştabda verilməsi. Şəkli orta planda vermək. Aktyorun surəti böyük planda verilmişdir;
2) nöqteyi-nəzərdən, baxımdan. Əsəri nəzəri planda müzakirə etmək. –
◊ Plan tökmək (qurmaq, çəkmək) – niyyətini; arzusunu, məqsədini həyata keçirmək üçün yollar, vasitələr, üsullar, tədbirlər düşünmək.