PRAQMATİ́ZM

[ yun. pragma – iş, praktika]
1. Müasir fəlsəfədə geniş yayılmış subyektiv idealist cərəyan (uzun müddət ABŞ-ın mənəvi həyatında hökmran olmuş, yalnız müharibədən sonra öz mövqelərini neopozitivizmə və dini konsepsiyalara vermişdir). Praqmatizm fəlsəfəsinin mərkəzində biliyin məzmununu onun praktik, əməli nəticələri ilə müəyyən edən “praqmatizm prinsipi” durur.
2. Tarix elmində: inkişafın obyektiv qanunlarını açıb göstərmədən tarixi hadisələrin xarici əlaqə və ardıcıllığını izah etməklə kifayətlənən cərəyan.
PRAQMATİST
PRÁPORŞİK
OBASTAN VİKİ
Praqmatizm
Praqmatizm – həqiqətin meyarı kimi praktikaya əsaslanan fəlsəfi cərəyan. XIX əsrdə amerikalı filosof Çarlz Sanders tərəfindən əsası qoyulmuşdur. == Tarixi == Praqmatizm XIX əsrin 70-ci illərində Kembricdə (ştat Massaçusets) toplaşan və Pirs tərəfindən "Metafizik klub" adlandırılan kiçik bir elmi işçilər qrupunun fəaliyyəti nəticəsində meydana gəlmişdir. Pirsin yuxarıda adlarını göstərdiyimiz məqalələri işıq üzü görəndə diqqətdən kənar qaldılar. Praqmatizm təliminin əsasları ABŞ filosofu Çarlz Pirs (1839-1914) tərəfindən qoyulmuşdur. O, bu cərəyanın proqramını formulə edib onun adını təklif etmişdir. Pirsə görə, praqmatizm real həyatla bağlı olan alim, tədqiqatçı üçün səciyyəvi olan "laboratoriya ruhu"nun ifadəsinə xidmət göstərməlidir. Onun başlıca məqalələrinin ("Əqidənin möhkəmləndirilməsi" və "Əqidələrimizi necə aydın edək") əsas mövzusu bilik, əqidə və hərəkətlərin bir-birinə qarşılıqlı münasibətləridir. == Pirsin praqmatizmi == Praqmatizm yarandığı andan özündən əvvəlki fəlsəfənin bir sıra başlıca ideyalarından imtina edib fəlsəfi təfəkkürün tamamilə yeni tipini təklif etmişdi. Fəlsəfi təfəkkürün bu yeni tipi insanın hərəkətlərinə yeni tərzdə yanaşır.

Digər lüğətlərdə

громоподо́бный жа́лостно кома́рник корзи́нщица неблагонадёжный поободри́ться сакра́льный сочле́н трубо... шихтово́й манипуля́торский медалье́рный мешо́чек пы́шечный с полу́чки трю́мный angelet pass laws paster shell game skimble-skamble unlopped wooer валкий выжить