PÜFLƏMƏK

f. Ağıza doldurulmuş havanı birdən buraxmaq, püf etmək; püfürmək.
[Əhməd] arxalığının cibindən tənbəki kisəsini çıxartdı, çubuğunu əvvəl püfləyib sonra doldurdu. Çəmənzəminli.
Lətifədən səs çıxmadığını görən katibə trubkanı püfləməyə başladı. M.Hüseyn.

◊ Püfləyə-püfləyə saxlamaq – bir şeyi çox ehtiyatla qoruyub saxlamaq.
Suyu püfləyəpüfləyə içmək – çox ehtiyatlı hərəkət etmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • PÜFLƏMƏK püfləmək bax üfürmək
PÜFLƏMƏ
PÜFÜRMƏ

Digər lüğətlərdə

воронкообра́зный вяз медо... перепе́ча подкола́чивание по́суху девиа́нтный жужжа́ние оснаща́ться публици́стика сти́гма халифа́т Bengalee forte-piano hure iron sand Parseeism sack suit whooping crane Zairean битник обнимать просвещенец тихоходный черкес