BEH

is. [ ər. ] Bütün təəhhüdün, ya sifarişin yerinə yetirilməsini təmin etmək üçün işi icra edən şəxsə qabaqca verilən pul. Beh almaq. Beh vermək. Behi qaytarmaq (sövdəni pozmaq, dəbbələmək).
– Faytonçu Mürsələ, üç yoldaş hər birimiz, bir manat beh vermişdik ki, filan günü atları qoşub gəlsin, bizi aparsın. C.Məmmədquluzadə.
Bu tacirlər evə müştəri gözü ilə baxdılar, Ağayevlə sövdələşdilər, beh verib, elə həmin gün köçdülər. S.Rəhman.

BEÇƏLƏMƏK
BEHBAZAR
OBASTAN VİKİ
Anthemis behboudiana
Anthemis behboudiana (lat. Anthemis behboudiana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Ayətullah Behcət
Məhəmmədtağı Behcət (1913-17 may 2009) — İslam alimi, din xadimi, müctəhid, böyük ayətullah. == Həyatı == Həzrəti Ayətullah Məhəmmədtağı Behcət 1913-cü ilin sonlarında Gilan əyalətinin dindar Fumən şəhərində dünyaya gəlmişdir. Ömründən 16 ay keçdikdə anası vəfat edir və o, uşaqlıqda yetimliyin acılığını dadır. Ayətullah Məhəmməd Təqi Behcətin atası Kərbəlayi Mahmud Behcət Fumən şəhərinin etimadlı insanlarından idi və öz işlərindən əlavə xalqın problemlərini də həll edirdi. Mühüm sənədlər onun şahidliyi və təsdiqi ilə həyata keçirdi. O, ədəb və zövq əhli idi və böyük həvəslə Əhli – Beyt barəsində xüsusilə İmam Hüseyn (ə) haqqında şeir yazırdı. Aradan yarım əsr keçməsinə baxmayaraq, bu şeirlər hələ də o diyarın məddahlarının dillər əzbəridir. Ayətullah Behcət uşaqlıqda belə, Əhli – Beytə, xüsusilə İmam Hüseynə (ə) bağlı olan bir ata tərəfindən tərbiyə olunmuş və həmin məclislərdə iştirak etməklə bu yığıncaqların nuraniliyindən istifadə edərək böyümüşdür. Uşaqlıqdan oynamaqdan çəkinərmiş, istedad və iman nuru üzündə seçilərdi və elm öyrənməyə olan böyük eşqi rəftarında açıqca görünürdü. === Təhsili === İbtidai dini təhsilini Fumən mədrəsəsində başa vurduqdan və ərəb ədəbiyyatına yiyələndikdən sonra 1929-cu ildə ön dörd yaşında dini təhsilini təkmilləşdirməkdən ötrü İraqa yola düşür.
Ayətullah Behişti
Məhəmməd Behişti (23.10.1928 İsfahan - 28.6.1981 Tehran) - Ayətullah. == Həyatı == Şəhid Seyid Məhəmməd Behişti 1928-ci il oktyabrın 23-də İsfahanın Lumban məhəlləsində anadan olub. Atası İsfahan ruhanilərindən və imam-camaat idi. Anası isə tanınmış alim və müctəhid Ayətullah Hacı Mir Məhəmməd Sadiq Xatunabadinin qızı idi. == Təhsili == Seyid Məhəmməd 1942-ci ildə 14 yaşında orta təhsilini yarımçıq qoyaraq İsfahan elmi hövzəsində dini təhsil almağa başlayır. O, dini hövzəsində səkkiz ildə oxumalı olduğu dərsləri dörd ildə başa çatdıraraq, 1946-cı ildə, yəni 18 yaşında təhsilini davam etdirmək üçün Qum elmi hövzəsinə yollanır. Höccətiyyə mədrəsəsinin kiçik və sadə hücrələrinin birində məskunlaşan Seyid Məhəmməd tezliklə Şəhid Mütəhhəri və Seyid Musa Sədr kimi tələbələrlə tanış olur. O, dini dərslərin birinci mərhələsini altı ayda təkmilləşdirdikdən sonra 1947-ci ildə ali fiqh və üsul dərslərində, o cümlədən Şəhid Mütəhhəri ilə birlikdə İmam Xomeyninin fiqh və üsul dərslərində iştirak etməyə başladı. Həmçinin o, gənc tələbələrə də dərs deyirdi. Seyid Məhəmməd orta təhsilini yarımçıq buraxıb dini dərsləri öyrənməsinə rəğmən dini dərslərlə yanaşı, yarımçıq qoyduğu dərsləri də davam etdirməyə başladı.
Baba bəy Behbud
Baba bəy Behbud və ya Baba Behbudov (1897, Şuşa – 10 iyul 1970, İstanbul) — mühacir, Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki. Əsgəran döyüşündə, Aprel işğalından sonra işğala qarşı baş tutmuş Qarabağ üsyanında iştirak edib. Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. 35 il Türkiyə Silahlı Qüvvələrində xidmət edib. == Həyatı və təhsili == Baba Behbudov 1897-ci ildə Şuşada anadan olub. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra 1918-ci ilin may ayında Gəncədə açılan hərbi məktəbə daxil olub. == Döyüş yolu == === Azərbaycan Cümhuriyyətində === Hərbi məktəbi bitirdikdən sonra zabit kimi Qarabağ süvari alayında xidmətə başlayıb. Bir zabit olaraq 1918-ci ilin sonlarından etibarən Qarabağda erməni separatçıların zərərsizləşdirilməsi məqsədilə Şuşada və ətraf bölgələrdə xidmət edib. 1919-cu ilin yanvar ayında keçirilən baxış yoxlaması zamanı Baba bəyin xidmət etdiyi süvari alayı göstərdiyi xidmətə görə hərbi nazirin şəxsi təşəkkürünü alıb.1920-ci ilin martın 21-də erməni-daşnak qüvvələri Əsgəranda yerləşən Cavanşir piyada alayının mövqelərinə qəfil hücum edərək, Əsgəran keçidini ələ keçirib üsyana başladılar. 1920-ci il martın 26-da Azərbaycan ordusu Əsgəran istiqamətində Dronun qoşunlarına qarşı genişmiqyaslı hücuma başlayır.
Behabad
Behabad- İranın Yəzd ostanının şəhərlərindən və Behabad şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,199 nəfər və 1,609 ailədən ibarət idi.
Behabad şəhristanı
Behabad şəhristanı — İranın Yəzd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Behabad şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 14,577 nəfər və 3,564 ailədən ibarət idi.
Behance
Behance — Adobe tərəfindən qurulan layihə yayımlama platforması. Əsasən qrafik dizaynerlərin istifadə etdiyi bir sistemdir. Hazırlanmış dizaynlar bu platformada izləyicilərə təqdim olunur.
Behaviour Interactive
Behaviour Interactive (fr. Behaviour Intéractif Inc.) — videooyunlarının inkişafında ixtisaslaşan müstəqil Kanada şirkəti. 1992-ci ildə təsis edilən şirkətin baş qərargah Kanadanın Monreal şəhərində yerləşir. Şirkətin Çilinin Santyaqo şəhərində bir filialı var. == Tarix == Şirkət "Megatoon Entertainment Group" adıyla Remi Rasin tərəfindən 1992-ci ildə Kvebek şəhərində təsis edilmişdir. 1994-cü ildə Rasin, CD-ROM üçün interaktiv əyləncə proqram təminatları üzrə ixtisaslaşan Monreal-əsaslı "Multimedia Interactive" (MMI) şirkətinin təsisçilərindən biri olmuşdur. 1996-cı ildə şirkətlərin ikisi də, "Malofilm Communications" şirkətinə satılmış, 1997-ci ildə isə "Behaviour Interactive" adı altında birləşmişdilər. 1999-cu ildə Rasin və bir neçə səhmdar studiyanı geri almış, 2000-ci ildə isə adını "Artificial Mind & Movement Inc." (A2M) qoymuşdular. 2008-ci ilin noyabr ayında şirkət Santyaqo-əsaslı "Wanako Games" studiyasını "Activision Blizzard"dan almışdır. 2010-cu ildə şirkət adını yenidən "Behaviour Interactive" olaraq dəyişmişdir.
Behaym Martin
Behaym Martin (alm. Martin Behaim‎, latınca: Martinus de Bohemia, portuqal dilində: Martinho da Boémia; 6 oktyabr 1459, Nürnberq, Nürnberq Azad İmperiya şəhəri, Müqəddəs Roma imperiyası – 29 iyul 1507, Lissabon, Portuqaliya krallığı) — XV əsrdə yaşamış məşhur alman kartoqrafı, alimi, uzun müddət Portuqaliya donanmasında xidmət etmiş dəniz səyyahı. == Həyatının ilk mərhələsi == Behaym Martin Almaniyanın cənub-şərqində yerləşən Frankoniya əyalətinin azad Nürnberq şəhərində varlı tacir ailəsində anadan olmuşdur. Onun əcdadları Bogemiyadan bu şəhərə XIV əsrin əvvəllərində köçmüşlər. Onun atası Venesiya ilə ticarət edirdi və şəhər senatının üzvü seçilmişdir. Martin gənc yaşlarından atasının işlərində iştirak etmiş, 1474-cü ildə onun ölümündən sonra dayıları, parça ticarəti ilə məşğul olan Leonard və Yorius van Dorplarla birlikdə Frankfurt yarmarkasına getmişdir. O, 1478-ci ildə Antverpendə məskunlaşaraq boya emalatxanasında işləmiş və burada hesab elmini öyrənmişdir. Bəzi mənbələrə görə Behaym o dövrün ən dahi astronomu və riyaziyyatçısı İohann Müllerin yanında çalışmışdır. == Həyatının Portuqaliya dövrü == 1484-cü ildə Behaym ilk dəfə ticarət məqsədilə Lissabona gəlmişdir. Həmin dövrdə Lissabonla Flandriya və Hanza arasında geniş ticarət əlaqələri var idi.
Behbahan
Behbahan — İranın Xuzistan ostanının şəhərlərindən və Behbahan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 99,204 nəfər və 24,204 ailədən ibarət idi.
Behbahan şəhristanı
Behbahan şəhristanı— İranın Xuzistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Behbahan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 172,597 nəfər və 39,607 ailədən ibarət idi.
Behbud Behbudlu
Behbud Rübail oğlu Behbudlu (9 sentyabr 2001, Mustafaağalı, Bərdə rayonu – 1 oktyabr 2020, Toğana, Göygöl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Behbud Behbudlu 9 sentyabr 2001-ci ildə Bərdə rayonunun Mustafaağalı kəndində anadan olmuşdur. G. Qarayev adına Bərdə rayon Mustafaağalı kənd tam orta məktəbində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Behbud Behbudlu 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Hərbi xidmət müddətində bir neçə fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir. Azərbaycan Ordusunun əsgəri olan Behbud Behbudlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Behbud Behbudlu 1 oktyabr 2020-ci ildə Murovdağ döyüşləri gedişatında Göygöl rayonunun Toğanalı kəndində "Canavar sol" döyüş mövqeyi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Behbud Behbudlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Behbud Behbudlu ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Behbud Behbudlu ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Behbud Mustafayev
Behbud Mustafayev (13 mart 1982, Bakı) — Roma-Katolik kilsəsi tarixində katolik din xadimi olan ilk azərbaycanlı, keşiş. == Həyatı == Behbud Mustafayev Azərbaycan Milli Aviasiya Akademiyasının məzunudur. Azərbaycan Respublikası Gömrük Komitəsində zabit olaraq çalışmışdır. 2008-ci ildə Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində xaç suyuna çəkilmişdir. 2011-ci ildə Sankt-Peterburqdakı "Məryəm - Həvarilərin Məlikəsi" seminariyasına qəbul olunmuşdur. Hal-hazırda Bakı şəhərində Gənclik metrostansiyasının yaxınlığında yerləşən Müqəddəs 2-ci İoann Pavel Katolik Prixodunda Baş Keşiş olaraq xidmətinə davam edir.
Behbud ağa Şahtaxtinski
Behbud ağa Şahtaxtinski (1881, Şahtaxtı, Naxçıvan qəzası – 30 may 1924, Tiflis) — diplomat. == Haqqında == Behbud ağa Şahtaxtinski 1905–1907-ci illərdə Bakıda kontor qulluqçuları ittifaqının yaradılmasında və fəaliyyətində iştirak etmişdir. 1917–1918-ci illərdə Bakı Soveti İcraiyyə Komitəsinin, Bakı Xalq Komissarları Soveti fövqəladə komissiyasının üzvü, Hümmət Partiyası Mərkəzi Komitəsinin sədri olmuşdur. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra xalq ədliyyə komissarı, eyni zamanda Azərbaycan SSR-in RSFSR-də fövqəladə nümayəndəsi idi. 1920-ci ilin iyul-sentyabrında Azərbaycan haqqında, habelə Qafqaz, Türkiyə və İrandakı vəziyyətlə əlaqədar Vladimir Leninə ətraflı məruzə təqdim etmişdi. RSFSR ilə Azərbaycan SSR arasında hərbi-iqtisadi ittifaq haqqında müqaviləni Vladimir Lenin və Behbud ağa Şahtaxtinski 1920-ci ilin 30 sentyabr tarixində imzalamışdılar. Kommunist İnternasionalın 2-ci konqresinə nümayəndə seçilmişdi. Behbud ağa Şahtaxtinski 1921–1924-cü illərdə Naxçıvan İnqilab Komitəsinin, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin sədri, Azərbaycan SSR Xalq FKM komissarı, Xalq Komissarları Soveti sədrinin müavini və s. kimi vəzifələrdə çalışmışdır. Moskva və Qars müqavilələrinin bağlanmasında Şahtaxtinskinin böyük xidməti olmuşdur.
Behbud bəy Cavanşir
Behbud xan Azad xan oğlu Cavanşir (12 (24) iyul 1878, Azad Qaraqoyunlu, Cavanşir qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 18 iyul 1921, Konstantinopol, Osmanlı imperiyası) — Azərbaycanın dövlət xadimi, siyasətçi, Azərbaycan Xalq Cümhuriyyətində Daxili İşlər naziri (1918), Azərbaycan Demokratik Respublikasının Ticarət və Sənaye naziri müavini, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi, Azad xanın oğlu. == Həyatı == Behbud xan Cavanşir 24 iyul (köhnə təqvimlə 12 iyul) 1878-ci ildə Tərtər nahiyəsinin Azad Qaraqoyunlu kəndində dünyaya gəlib. 1890-cı ildə alman dili təmayüllü Tiflis realnı məktəbinə daxil olub və Tiflis mağazalarından birinin xidmətçisinin oğlu Stepan Şaumyanla səkkiz il bir sinifdə oxuyub. Almaniyaya 1899-cu ilin oktyabr ayında gəlmiş və "Königliche Bergakademie zu Freiberg" – indiki Frayberq Texniki Universitetinə daxil olmuşdur. O, burada ilk azərbaycanlı tələbə olaraq 4380 nömrəli tələbə bileti ilə qeydiyyata düşmüşdür. Təhsilini 22 dekabr 1903-cü ildə Dağ-Mədən mühəndisi ixtisası üzrə "yaxşı" qiyməti ilə başa vurmuşdur. Alman dilini mükəmməl bilən Behbud xan ingilis dilini öyrənmək üçün Londona gedib, bir il burada kurs keçdikdən sonra 1907-ci ildə vətənə qayıdıb, Şibayevin neft sənayesində çalışmağa başlayıb. == Siyasi fəaliyyəti == 1907-ci il avqustun 28-də Cavanşir uyezdinin rəisinin Daxili İşlər Nazirliyinə yazdığı raportunda deyilir: "Xeyriyyə cəmiyyəti pərdəsi altında gizli fəaliyyət göstərən "Difai" antidövlət komitəsinin rəhbərləri Əhməd bəy Ağayev, Qara bəy Qarabəyov, Məmməd Həsən Hacınski, İsa bəy Aşurbəyov, Behbud bəy Cavanşirski və Niftalı bəy Behbudovdur". Bu raport çarizm xəfiyyəsinin adları çəkilən ziyalıların vaxtaşırı Behbud bəyin Qarabağın Azad Qaraqoyunlu kəndindəki evində yığılmasından xəbərdar olduğunu göstərir. 1907-ci ilin payızında tam məxfı qrifi ilə Daxili İşlər Nazirliyinin Cavanşir uyezdinin rəisinin Tərtər stansiyasından yazdığı 29 saylı məktubda həmin ilin 28 avqustunda yazılmış məlumata bir daha istinad olunaraq "Xeyriyyə cəmiyyəti pərdəsi altında gizlənərək dövlət əleyhinə fəaliyyət göstərən "Difai" komitəsinin rəhbərləri"nin ad və soyadları yenidən açıqalanır.
Behbud bəy Çərkəz
Behbud bəy olaraq da bilinən Behbud xan Çərkəz I Şah Abbasın (1588-1629) dövründə xidmət edən çərkəz mənşəli Səfəvi məmuru və qulam. 1606-cı ildə Qoxlan, 1620-ci ildə Qaskar və 1620-1629-cu illərdə Astrabad bəylərbəyliyini idarə etdi. 1615-ci ildə Behbud xan Çərkəz vəliəhd Məhəmməd Baqir Mirzəni I Abbasın əmri ilə öldürdü. == Mənbələr == Butler, John Anthony. Travels in Africa, Persia, and Asia the Great, by Sir Thomas Herbert. ACMRS Publications. 2012. səh. 403. ISBN 978-0866984751.
Behbud xan Cavanşir
Behbud xan Azad xan oğlu Cavanşir (12 (24) iyul 1878, Azad Qaraqoyunlu, Cavanşir qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 18 iyul 1921, Konstantinopol, Osmanlı imperiyası) — Azərbaycanın dövlət xadimi, siyasətçi, Azərbaycan Xalq Cümhuriyyətində Daxili İşlər naziri (1918), Azərbaycan Demokratik Respublikasının Ticarət və Sənaye naziri müavini, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi, Azad xanın oğlu. == Həyatı == Behbud xan Cavanşir 24 iyul (köhnə təqvimlə 12 iyul) 1878-ci ildə Tərtər nahiyəsinin Azad Qaraqoyunlu kəndində dünyaya gəlib. 1890-cı ildə alman dili təmayüllü Tiflis realnı məktəbinə daxil olub və Tiflis mağazalarından birinin xidmətçisinin oğlu Stepan Şaumyanla səkkiz il bir sinifdə oxuyub. Almaniyaya 1899-cu ilin oktyabr ayında gəlmiş və "Königliche Bergakademie zu Freiberg" – indiki Frayberq Texniki Universitetinə daxil olmuşdur. O, burada ilk azərbaycanlı tələbə olaraq 4380 nömrəli tələbə bileti ilə qeydiyyata düşmüşdür. Təhsilini 22 dekabr 1903-cü ildə Dağ-Mədən mühəndisi ixtisası üzrə "yaxşı" qiyməti ilə başa vurmuşdur. Alman dilini mükəmməl bilən Behbud xan ingilis dilini öyrənmək üçün Londona gedib, bir il burada kurs keçdikdən sonra 1907-ci ildə vətənə qayıdıb, Şibayevin neft sənayesində çalışmağa başlayıb. == Siyasi fəaliyyəti == 1907-ci il avqustun 28-də Cavanşir uyezdinin rəisinin Daxili İşlər Nazirliyinə yazdığı raportunda deyilir: "Xeyriyyə cəmiyyəti pərdəsi altında gizli fəaliyyət göstərən "Difai" antidövlət komitəsinin rəhbərləri Əhməd bəy Ağayev, Qara bəy Qarabəyov, Məmməd Həsən Hacınski, İsa bəy Aşurbəyov, Behbud bəy Cavanşirski və Niftalı bəy Behbudovdur". Bu raport çarizm xəfiyyəsinin adları çəkilən ziyalıların vaxtaşırı Behbud bəyin Qarabağın Azad Qaraqoyunlu kəndindəki evində yığılmasından xəbərdar olduğunu göstərir. 1907-ci ilin payızında tam məxfı qrifi ilə Daxili İşlər Nazirliyinin Cavanşir uyezdinin rəisinin Tərtər stansiyasından yazdığı 29 saylı məktubda həmin ilin 28 avqustunda yazılmış məlumata bir daha istinad olunaraq "Xeyriyyə cəmiyyəti pərdəsi altında gizlənərək dövlət əleyhinə fəaliyyət göstərən "Difai" komitəsinin rəhbərləri"nin ad və soyadları yenidən açıqalanır.
Behbud xan Çavuşlu
Behbud xan Çavuşlu (İran – Əfqanıstan) — Nadir şah Əfşar dövlət və ordusunun böyük adamlarından və Baba xan Çavuşlunun əmoğlusu. O, Ətəkin hakimi idi və Xarəzmözbəklərinin və həmçinin Məhəmmədhəsən xan Qacarın buntun aradan qaldırdı. Sonra bütün Türkistan, Əstrabad və Qıpçaq çölünün sərdarı oldu.O, Heratda türkmənlər tərəfindən öldürüldü.
Behbud Şahtaxtinski
Behbud ağa Şahtaxtinski (1881, Şahtaxtı, Naxçıvan qəzası – 30 may 1924, Tiflis) — diplomat. == Haqqında == Behbud ağa Şahtaxtinski 1905–1907-ci illərdə Bakıda kontor qulluqçuları ittifaqının yaradılmasında və fəaliyyətində iştirak etmişdir. 1917–1918-ci illərdə Bakı Soveti İcraiyyə Komitəsinin, Bakı Xalq Komissarları Soveti fövqəladə komissiyasının üzvü, Hümmət Partiyası Mərkəzi Komitəsinin sədri olmuşdur. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra xalq ədliyyə komissarı, eyni zamanda Azərbaycan SSR-in RSFSR-də fövqəladə nümayəndəsi idi. 1920-ci ilin iyul-sentyabrında Azərbaycan haqqında, habelə Qafqaz, Türkiyə və İrandakı vəziyyətlə əlaqədar Vladimir Leninə ətraflı məruzə təqdim etmişdi. RSFSR ilə Azərbaycan SSR arasında hərbi-iqtisadi ittifaq haqqında müqaviləni Vladimir Lenin və Behbud ağa Şahtaxtinski 1920-ci ilin 30 sentyabr tarixində imzalamışdılar. Kommunist İnternasionalın 2-ci konqresinə nümayəndə seçilmişdi. Behbud ağa Şahtaxtinski 1921–1924-cü illərdə Naxçıvan İnqilab Komitəsinin, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin sədri, Azərbaycan SSR Xalq FKM komissarı, Xalq Komissarları Soveti sədrinin müavini və s. kimi vəzifələrdə çalışmışdır. Moskva və Qars müqavilələrinin bağlanmasında Şahtaxtinskinin böyük xidməti olmuşdur.
Behbudovlar
Behbudovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Bu soy Cavanşir elinin Sarıcalı oymağından yaranıb. Soyun ilk patronu Bеhbudəli ağa Ibrahimxəlil ağa oğlu Sarıcalı obasında anadan olmuşdu. Pənahəli xanın qardaşıdır. Mədrəsə təhsili almışdı. Xanlığın qurucularından biri idi. Qarabağ qoşununa sərkərdəlik еtmişdi. Bеhbudəli ağa Qızxanım xanımla ailə qurmuşdu. Əbdüssəməd bəy, Mirzalı bəy, Qasım bəy adlı oğulları vardı. Behbudovlar və yaxud Behbudalılar Qarabağda tanınmış, sayılan-seçilən bir soy olublar.
Behbudovların evi
Behbudovların evi — Şuşa şəhərində yerləşən XVIII əsrin əvvəllərinə aid, Köçərli küçəsində yerləşən, Şuşa Dövlət Tarix-Memarlıq Qqoruğuna aid tarix-memarlıq abidəsi.
Behbudəli ağa Cavanşir
Behbudəli ağa İbrahimxəlil ağa oğlu Sarıcalı-Cavanşir (1695, Arazbar – 1767, Şuşa) — Qarabağ bəyi, sərkərdə. Pənahəli xanla Fəzləli ağanın qardaşı. == Həyatı == Bеhbudəli ağa İbrahimxəlil ağa oğlu 1695-ci ildə Sarıcalı obasının yerləşdiyi Arazbarda Qarabağın zadəgan ailələrindən biri olan Cavanşirlər ailəsində dünyaya gəlmişdir. Onun atası İbrahimxəlil ağa Sarıcalı tayfasının başçısı olmaqla birlikdə, həm də Arazbarinin hakimi olmuşdur. Mirzə Camal Cavanşirə görə, Osmanlı dövlətinin Qarabağdan qovulması ilə yadda qalan (1735) prosesdə Nadir xan Cavanşir tayfasından olan sərkərdələrdən yararlanmışdır. Bu sərkərdələr gələcəkdə Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanla Behbudəli ağa idi. Osmanlı ilə olan döyüşlərdə Qarabağdan olan döyüşçülər də fəal iştirak etmişdir. Bu xidmətlərinə görə Nadir xan Pənahəli xanı özünün komandanlarından biri, Behbudəlini isə mərasimlər üzrə rəhbər təyin etdi. Bu vəzifələrə olan təyinatlardan sonra hər iki şəxs sarayda Nadir xanla birlikdə yaşamaqla birbaşa onun nəzarətinə daxil oldular. 1736-cı ildə özünü şah elanedən Nadirin hakimiyyətini şah sülaləsində yalnız Səfəvi ailəsindən kimsə otura bilər iddiasiyla Cavanşir, Otuzikilər və Kəbirlilər tanımadılar.
Behbəhan
Behbahan — İranın Xuzistan ostanının şəhərlərindən və Behbahan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 99,204 nəfər və 24,204 ailədən ibarət idi.
Behbəhan şəhristanı
Behbahan şəhristanı— İranın Xuzistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Behbahan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 172,597 nəfər və 39,607 ailədən ibarət idi.
Behcatabad (Bostanabad)
Behcatabad (fars. بهجت اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 140 nəfər yaşayır (32 ailə).

Digər lüğətlərdə

-омник- вы́шарить газо́нный каре́ крысёнок мотови́ло от приро́ды парха́тый по-ирла́ндски приовра́жный се́йша трясе́ние перевести́сь пра́сол распоряди́тельница рассы́пчатый рихто́вка стрекну́ть корить black frost epiphenomenon euphrasia frigorific minimax estimate перебор