REDÚT

is. [ fr. ] Müdafiə üçün kvadrat, düzbucaqlı və ya çoxbucaqlı formasında düzəldilmiş qapalı səhra istehkam tikilisi.
REDÚKTOR
REFERÁT
OBASTAN VİKİ
Redut
Redut bir regionu, məntəqəni və ya ərazini müdafiə etmək üçün inşa edilmiş və silahlarla gücləndirilmiş hərbi istehkamdır. İlk dəfə XI əsrdən sonra istifadə edilmiş redutlar Birinci dünya müharibəsindən sonra əhəmiyyətini itirmişdir. Redut (fr: redoute, latınca reductus - uzaq, sığınacaq), çoxməqsədli müdafiə məqsədi ilə hazırlanmış, qala divarları və xəndəklərlə əhatə edilmiş, əsasən (lakin mütləq deyil) torpaqdan olan qapalı tipli müstəqil bir istehkamdır. == Məqsədi == Redutlar, strateji baxımdan əhəmiyyətli bir regionun, məntəqənin, yolun və ya şəhərin təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün ərazini hər tərəfdən nəzarət altında saxlamağa imkan yaradan dominant bir təpəsində və ya dağ yamacında inşa edilmiş hərbi obyektlərdir. Tikilməsinin əsas məqsədi şəhərin müdafiəsinin ön tərəfində bir müdafiə xətti yaradaraq düşmənin hücumlarının qarşısını almaqdır. Bir növ şəhərlərin müdafiəsinin forpostudur. Redutlar memarlıq məsələləri nəzərə alınmadan, əsasən möhkəmlik və təhlükəsizlik əsasında inşa edilmişdirlər. Əsas binası və giriş yolları ümumiyyətlə torpaqdan hazırlanmış bəndlərlə müdafiə edilirdi. Tikildikləri yerin vəziyyətinə görə planlaşdırıldıqları üçün bir-birlərinə bənzəməmələrinə baxmayaraq, ümumiyyətlə şəkillərinə görə ulduzvari redutlar, torpaq redutlar, hilalvari redutlar, yay formalı redutlar kimi təsnif edilmişdirlər.

Digər lüğətlərdə

антипо́ды взойти́ дезинформи́ровать препобежда́ть раскупа́ться теки́ла гла́дить канда́льник писать как ку́рица лапой сра́ный среднеотраслево́й шофёришка apheresis cholangitis inherency katydid ocean-differences power plant villain water system задрипанный кредитно-денежный навернуть невзирая синь уменьшаться