RƏDD

is. [ ər. ] Ləpir, ayaq yeri, iz.
Sabah olan kimi hər üç pəhləvan yola düşüb, qanın rəddi ilə düz zülmət quyusunun başına gəldilər. (Nağıl).
Bura bax, Nadir, – deyə [Cəfər] rəddi göstərdi: – Görürsənmi, aşağıdan gəlib, bu tərəfə burulub. İ.Əfəndiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • RƏDD qaytarma — qovma — çıxartma — götürmə — inkaretmə
  • RƏDD təmizləmə — uzaqlaşdırma
RƏD
RƏDD₁
OBASTAN VİKİ
Rədd edilənlər salonu
Rədd edilənlər salonu (fr. Salon des Refusés) — əsasən Paris Salonunda sərgilənməkdən imtina edilən tabloların sərgiləndiyi salon. Salon rəssamların etirazlarından sonra 1863-cü ildə III Napoleonun göstərişi ilə yaradılmışdır.
Rusiya döyüş gəmisi, rədd ol!
Rus döyüş gəmisi, sikdir get (rus. Русский военный корабль, иди нахуй, Russki voyenni korabl, idi naxuy) — 2022-ci il fevralın 24-də rus qoşunlarının Ukraynanın İlan adasına hücumundan əvvəl adadakı sərhəd mühafizəçilərinin son sözləri. Özünü döyüş gəmisi kimi təqdim edən rus kreyseri Ukrayna sərhəd mühafizəçilərini təslim olmağa çağırdıqdan sonra aldıqları cavab belə olmuşdur. Adadakı on üç sərhədçi təslim olmaqdan imtina etdikdən sonra, rus əsgərləri 42 hektarlıq adayı əvvəlcə döyüş gəmiləri, daha sonra isə hərbi təyyarələri ilə bombalamışdırlar.Səs yazısı internetdə ajertaj yaratmış və müxtəlif sosial media platformalarında çox sürətlə yayılmış və o vaxtdan bu ifadə həm Ukrayna hərbçiləri, həm də işğala etiraz edən mülki şəxslər tərəfindən mitinqlərdə istifadə edilən şüarlardan birinə çevrilmişdir. Ukrayna prezidenti Vladimir Zelenski İlan adasındakı əsgərlərə ölümlərindən sonra Ukraynanın ən yüksək milli titulu olan Ukrayna Qəhrəmanı adını verəcəyini açıqlamışdır. 28 fevral 2022-ci ildə Ukrayna Hərbi Dəniz Qüvvələri öz Facebook səhifəsində adanın bütün sərhədçilərinin sağ olduqlarını və Rusiya Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanıldığını bildirmişdir.

Digər lüğətlərdə

лесовозобновле́ние льно... магомета́нец незавершёнка отворо́тный отягоще́ние полиграфи́я футерова́ние арбу́з ахалтеки́нский вмётываться кади́ло ми́лостивец на зубо́к подарить зазорный кацап стерлядь цыгель шугандать assimilability conspicuously partridge-wood round down виолончелистка шляхта