RƏF₁

is. [ ər. ] Qab-qacaq və s. düzmək üçün evin divarına və ya şkafa şaquli vəziyyətdə vurulan taxta parçası, yaxud divar tikiləndə qoyulan şaquli çıxıntı.
Suvaqsız divarda qədim tüfənglər və qılınclar asılmışdı, rəflərdə pas basmış mis qablar üstüstə yığılmışdı. Çəmənzəminli.
[Nuriyyə:] Gözüm otağın yarımqaranlığına alışandan sonra adi taxtadan düzəlmiş rəflərdəki kitabları gözdən keçirdim. İ.Əfəndiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • RƏF RƏF Həmid onun yaxasının düymələrini açdı, rəfdən bir kitab götürüb Pyotr Anisimoviçin üzünü yellədi (H
  • RƏF qovma — uzaqlaşdırma — götürmə
  • RƏF ləmə — taxça

Omonimlər

  • RƏF RƏF I is. [ ər. ] Ləmə. İri bir stol da var; Üstündə qələm, dəftər; Stolunda kitab rəfi; Cilid-cilid əsərlər
RƏF₂
RƏFAQƏT
OBASTAN VİKİ
Rəf (kompüter)
Rəf (ing. rack)– kompüter və (və ya) şəbəkə avadanlıqlarını quraşdırmaq üçün metal konstruksiyadır. Taxçaların eni, adətən, 19 və ya 23 düym olur (19 düym = 48.26 sm, 23 düym = 58.42 sm). Rəfə quraşdırılmış (en. rack-mounted) – standar enli metal karkasa, yaxud bölməyə quraşdırılmaq üçün düzəldilmiş avadanlıq elementidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Akif Rəfiyev
Akif Bəşir oğlu Rəfiyev (23 mart 1936) — əməkdar hüquqşünas, III dərəcəli Dövlət Ədliyyə müşaviri (Ədliyyə general-mayoru), müharibə və əmək veteranı, Azərbaycan Ağsaqqallar Şurasının Məclis üzvü, Binəqədi rayonu Ağsaqqallar Şurasının sədri, kino məsləhətçisi. == Həyatı == Rəfiyev Akif Bəşir oğlu 1936-cı il martın 23-də Gəncə şəhərində anadan olmuşdur. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini bitirmşdir. 1960-1961-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda ekspert-kriminalist, 1961-64-cü illərdə Şəmkir rayon prokuronunun köməkçisi, 1964-1966-cı illərdə Azərbaycan SSR Prokurorluğunda şöbə prokuroru, 1966-1970-ci illərdə İsmayıllı rayon prokuroru, 1970-1976-cı illərdə Mingəçevir şəhər prokuroru, 1976-1979-cu illərdə Zaqatala rayon prokuroru, 1979-1981-ci illərdə Sumqayıt şəhər prokuroru işləmişdir. 1982-ci ilin yanvarından 1989-cu ilin avqust ayına kimi Azərbaycan SSR Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin rəisi, 1989-1991-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini, 1991-2002-ci illərdə isə Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini vəzifələrində çalışmışdır. Hüquq mühafizə sahəsində 42 il fasiləsiz işləmişdir. 1989-cu ildə Respublikada, xüsusilə Qarabağda cinayətkarliğa qarşı mübarizədə, eləcə də sabitliyin təmin olunması xidmətlərinə görə "Əməkdar hüquqşünas" fəxri adı verilmişdir. 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən 3-cü dərəcəli Dövlət ədliyyə müşaviri (Ədliyyə general mayoru) rütbəsi verilmişdir. İşlədiyi müddət ərzində hüquq jurnallarında məqalə və müsahibələri, hüququn ayrı-ayrı aktual məsələləri və problemlərinə dair 100-dən artıq çıxışı və məqaləsi olmuşdur.
Aşağı Rəfədinli
Aşağı Rəfədinli — Azərbaycan Respublikasının Füzuli rayonunun Pirəhmədli inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci il 22 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Aşağı Rəfədinli kəndi düzənlikdədir. Yaşayış məntəqəsini XIX əsrdə keçmiş Rəfədinli kəndindən çıxmış ailələr salmışlar. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi movqeyini təyin edir, ikinci komponenti isə Rəfiəddinli antropotoponiminin təhrif olunmuş formasıdır. == Toponimikası == Aşağı Rəfədinli oyk. Füzuli rayonun eyniadlı i.ə.v-də kənd. Araz çayının sol sahilindədir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Bağır Rəfiyev
Rəfiyev Bağır Cəbrayıl oğlu — Azərbaycan operatoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2018). == Həyatı == Bağır Rəfiyev 5 aprel 1959-cu ildə Bakıda anadan olub. ÜDKİ-nin kinooperatorluq fakültəsində təhsil alıb (1981). Hazırda Rusiyada çalışır. Rusiya istehsalı olan bir neçə filmin operatorudur: “Qaçmağı düşünürəm” (2003), “Kostya Qumankovun Paris məhəbbəti” (2004), “Tanker Tanqo” (2007). 1 avqust 2018-ci ildə isə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Bakı, mən səni sevirəm (film, 2015) Çalışan adam (film, 1996) Dağıdılmış körpülər (film, 1996) Dundukley (film, 1986) Dünən, bu gün və... (film, 1989) Etimad telefonu (film, 2001) Lətifə (film, 1989) Murad-Sad (film, 1988) Təxribat (film, 1989) Ruslar müharibə istəyirmi?
Bağır bəy Rəfibəyli
Bağır bəy Kərbəlayi Həsən oğlu Rəfibəyli— görkəmli ictimai və siyasi xadim. Azərbaycan xalqının milli istiqlal hərəkatının fəal mübarizlərindən biri. == Həyatı == Gəncə Müsəlman Xeyriyyə cəmiyyətinin üzvü, Ələkbər bəy Rəfibəylinin qadaşı Bağır bəy Gəncə üsyanının əsas təşkilatçılarından və rəhbərlərindən olmuşdu.[2] == Ailəsi == Oğlu Cəmil bəy Rəfibəyli 1894-cü ildə Gəncə şəhərinin Balabağmanlar bölgəsində anadan olmuşdur. Cəmil bəy Rəfibəyli Gəncə 8 illik şəhər məktəbini bitirmişdir (1916). Azərbaycan Xalq Cümhuriyyəti zamanı 6 aylıq unter-zabit məktəbini bitirmişdir. Gənc yaşlarından "Müsavat" partiyası sıralarına daxil olmuş, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ordusunda hərbi xidmətə başlamış, 6 aylıq unter-zabit məktəbini bitirdikdən sonra 1-ci piyada alayında zabit köməkçisi vəzifəsinə təyin olunmuşdur. 1919-cu ildə həmin alayın tərkibində Qarabağa göndərilərək, daşnak-erməni qiyamçılarına qarşı döyüşlərdə fəal iştirak etmiş, burada göstərdiyi şücaətə görə kapitan rütbəsinədək yüksəlmişdir. Aprel işğalından (1920) sonra Azərbaycan ordusunun 244-cü piyada alayında atıcı taqımın komandir köməkçisi vəzifəsini yerinə yetirmişdir. 1920-ci ilin ortalarında alayın tərkibində erməni daşnaklarına qarşı döyüşlərdə fəal iştirak etmişdir. 1924-cü ildə ictimai mənşəyini gizlətməkdə ittiham olunaraq, ordu sıralarından uzaqlaşdırılmış və Gəncəyə qayıtmışdır.
Cavad bəy Rəfibəyli
Cavad bəy Hadı bəy oğlu Rəfibəyli (22 may 1890, Yelizavetpol – 28 yanvar 1956, Kirovabad) — azərbaycanlı maarif xadimi. == Həyatı == Cavad bəy Rəfibəyli 1890-cı ildə Gəncə şəhərində anadan olmuşdur. İlk təhsilini Yelizavetpol (Gəncə) rus gimnaziyasında almış (1898–1908), əmisi Ələkbər bəyi Rəfibəylinin məsləhəti ilə 1911-ci ildə Kiyev İmperator Universitetinin tarix-genologiya fakültəsinə daxil olmuşdur. Alman, fransız, latın, ərəb və fars dillərini bilirdi. == Fəaliyyəti == === Rusiya imperiyası dövrü === 1916-cı ildə Universiteti bitirdikdən sonra vaxtilə oxuduğu Gəncə oğlan rus gimnazi yasına latın dili müəllimi təyin edilmişdir. O, bu gimnaziyada latın dilini tədris edən ilk türk müəllim idi. Pedaqoji sahədəki uğurlarına görə tezliklə Temirxan-Şura müəllimlər seminariyasına direktor təyin edilmişdir. === Azərbaycan Xalq Cümhuriyyəti dövrü === Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra 1918-ci il dekabrın 31-də xalq maarif naziri Nəsib bəy Yusifbəylinin əmri ilə o, Gəncə Gimnaziyasının müfəttişi, 1919-cu il oktyabrın 1-dən isə gimnaziyanın direktoru təyin edildi. Direktor olduğu dövrdə təhsil sahəsində mühüm islahatlar apardı. Nəticədə, 2 il ərzində gimnaziyada təhsil alan azərbaycanlıların sayı bir neçə dəfə artdı.
Elman Rəfiyev
Elman Məmmədrza oğlu Rəfiyev (19 yanvar 1971, Sumqayıt) — azərbaycanlı teatr və kino aktyoru, Azərbaycan Dövlət pantomima teatrının aktyoru, əməkdar artist == Həyatı == Elman Rəfiyev 19 yanvar 1971-ci ildə doğulmuşdur. 1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyoru" fakültəsinə daxil olmuş və 1992-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1998-ci ildə Gürcüstanda Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunda təhsil almış, 2000-ci ildə Bolqarıstanda Sofiya Yay Akademiyasında "Bədənlər və zaman" seminarında iştirak etmişdir. 1992–1993-cü illərdə Dövlət Gənclər Teatrında aktyor işləmişdir. 1994–2000-ci illərdə Gənc Tamaşaçılar teatrının nəzdində fəaliyyət göstərən Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli yığıncağı" Pantomima teatr-studiyasında, 2000-ci ildən Dövlət Pantomim teatrında direktor müavini vəzifəsində çalışır, həmçinin aktyorluq fəaliyyətini davam etdirir. O, Əli Əmirlinin "Meydan" (Zabit), R. Əlizadənin "Tıq-tıq" (Cuk), "Laləli düzən" (Abon), Bəxtiyar Xanızadənin "Nağaraçılar" (Sırtıq), "Kvaksafon" (Qurbağa), "Şərqə səyahət" (Aparıcı), "Yaponiyaya səyahət" (Diktor), "Hindistana səyahət" (Motosikletçi), "3 badam, 1 qoz" (Qoz), "Zibillik pərvanələri" (Şah, Skripkaçı), "Eşq" (Vərəq), "Kölgə" (Polis), S. Mrocekin "Karol xofu" (Baba), Ə. Haqverdiyevin "Kimdir müqəssir?" (Şeytan), M. Musabəyovun "Şəngül, Şüngül, Məngül" (Nağılçı, Dəmirçi), Q. Məsimovun, Muğam Trio Dizlər Müğənni Şeyx Əttar "Uçuş" (5-ci saliq), Çingiz Aytmatovun "Manqurt" (Aparıcı), Üzeyir Hacıbəyovun "Dulusçu" (5–mim), Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" (Qızılgül), Alber Kamyunun "İnsan" (Mason, Hakim), A. Məmmədovun "Korlar" (2-ci Kor) tamaşalarında oynamışdır. Luici Pirandellonun "Səs" (Silvio), Vaqif Səmədoğlunun "Yaşıl eynəkli adam 2–3" (İnzibatçı), Anarın "Nigarançılıq" (Aşbaz Əli), Aqşin Babayevin "Nekroloq" (Ruslan), Ramiz Həsənoğlunun "Bəylik dərsi" (Məzhəkəçi), Şərif Qurbanəliyevin "Təklif" (II dələduz) televiziya tamaşalarında, İzzət Əzizovun "Qaz" (Kaliqula), Ramiz Həsənoğlunun "Hüseyn Cavid" (Gənc dramaturq) filmlərində çəkilmişdir. B. Xanızadənin "Arzular aləminə səyahət" elmi-tədris filmində – Kloun Nini rolunda oynamışdır. Klounada janrında axtarışlarını davam etdirir. Səhnə təxəllüsü Kloun Ninidir.
Elçin Rəfiyev
Elçin Mirzəxan oğlu Rəfiyev (1986; Uzuntəpə, Cəlilabad rayonu, Azərbaycan SSR) — Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı. == Həyatı == Elçin Rəfiyev 1986-cı ildə Cəlilabad rayonunun Uzuntəpə kəndində anadan olub. == Hərbi xidməti == Elçin Rəfiyev Azərbaycan Hərbi Hava Qüvvələrinin sıralarında xidmət edir. Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı olan Elçin Rəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan, Cəbrayıl və Füzuli istiqamətlərində Ermənistan Silahlı Qüvvələrinin dayaq məntəqələrinin, canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Rəfiyev "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Rəfiyev "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Rəfiyev "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Rəfiyev "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Rəfiyev "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Faiq Rəfiyev
Faiq Rəfiyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı
Faiq Rəfiyev (dəqiqləşdirmə)
Faiq Rəfiyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı
Faiq Rəfiyev (idmançı)
Faiq Rəfiyev (tam adı: Faiq Əltağı oğlu Rəfiyev; d. 1973, İmişli, Azərbaycan SSR, SSRİ) — Azərbaycan idmançısı; 10 qat qara kəmər sahibi qrand master. Dünya Budo Döyüş Növləri Federasiyasının təsisçisi və birinci vitse-prezidenti. Azərbaycan Budo Döyüş Növləri Federasiyasının prezidenti, döyüş növləri üzrə fəlsəfə doktoru. Məşhur tələbələri: Ruslan Tağıyev == Həyatı == Faiq Rəfiyev 1973-cü ildə Azərbaycan Respublikasının İmişli şəhərində anadan olmuşdur. ailəlidir, 2 övladı var == Təşkilati fəaliyyəti == 1997-2002-ci illərdə Ashihara Karate Təşkilatının prezidenti vəzifəsində çalışmışdır. 2002-ci ildən Dünya Budo Federasiyasının Asiya və Azərbaycan üzrə nümayəndəsi təyin olunmuşdur. 2007-ci ildən etibarən W.A.M.O. WASKO-nun texniki vitse-prezidenti, Dünya Budo Federasiyasının vitse-prezidenti olmuşdur. 2008-ci ildə Sabaki Jitsu Karate Federasiyasının qurucusu olmuşdur Dünya Budo Döyüş sənətləri Federasiyasının təsisçisi və vitse-prezidenti, eyni zamanda qrand master dərəcəsinin sahibidir. == Professional idman karyerası == Faiq Rəfiyev 7 yaşından etibarən güləş, ağır atletika, karate, qaydasız döyüş, budo idman növləri ilə məşğul olmuşdur.
Faiq Rəfiyev (milli qəhrəman)
Faiq Qəzənfər oğlu Rəfiyev (22 fevral 1955, Qaryagin – 10 yanvar 1992) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Faiq Rəfiyev 22 fevral 1955-ci il Füzuli rayonunun Saracıq kəndində anadan olmuşdur. 1972-ci ildə Qarakollu kənd məktəbini bitirmişdir. 1973-1975-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra Arxangelsk vilayətinin Plisetsk rayonunda milis sistemində çalışmışmağa başlamışdır. İşlədiyi dövrdə Sankt-Peterburq şəhərindəki Ali Hərbi Milis Məktəbinin qiyabi şöbəsində təhsil almışdır. 1984-cü ildə təhsilini uğurla başa vurmuş və leytenant rütbəsi alaraq həmin rayonda sahə müvəkkili kimi xidmət etmişdir. Qara Yanvar hadisələrindən sonra Azərbaycana qayıdaraq DİN-ə müraciət etmiş və təcrübəsi nəzərə alınaraq Xocavənd rayonuna sahə müvəkkili təyin olunmuşdur. === Ailəsi === Ailəli idi, iki övladı qalıb. == Döyüşlərdə iştirakı == Birinci Qarabağ müharibəsində zabit kimi iştirak edən Faiq Rəfiyev xüsusilə, Axullu, Tuğ, Qaradağlı kəndlərinin qorunması üçün gedən döyüşlərdə şücaət göstərmişdir.
Fərid Rəfiyev
Fərid Rəfiyev (30 may 1981, Bakı) — Azərbaycan alimi, bariatrik-metabolik həkim, 1 ixtiranın və elmdə hazırda istifadə olunan 3 səmərələşdirici təklifin müəllifidir. 256 kiloqram ilə Azərbaycanın ən nəhəng adamı hesab edilən qadının üzərində uğurlu mədəkiçiltmə əməliyyatı ilə Azərbaycanda ilkə və rekorda imza atmışdır. == Həyatı == Rəfiyev Fərid Səxavət oğlu 30 may 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra həmin ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 2004-cü ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Almaniyanın Berlin şəhərində "Miniinvaziv cərrahiyyə" və "Laparoskopik cərrahiyyə" kurslarını keçmişdir. "Laparoskopik fundoplikasiya ağırlaşmalarının profilaktikası" mövzusundakı elmi işinə görə 2013-cü ildə tibb elmləri üzrə fəlsəfə doktoru adına layiq görülüb. 2011-ci ildə Fransanın Klermont şəhərində "CİCE" kurslarını fərqlənmə ilə bitirərək proffessor Bruhat-ın diplomu ilə təltif edilib. 2014–2016-cı illərdə "İlin həkimi" fəxri mükafatna layiq görülüb. 2018-ci ildə The international Mini Gastric Bypass Surgeon of Excellence Bronze Certification mükafatı almışdır.
Hacı Həsən Rəfiyev
Hacı Həsən Rəfiyev (Gəncə – may 1920, Gəncə) — maarifçi ziyalı, xeyriyyəçi. Mikayıl Rəfiliin atası və Gəncə üsyanının (1920) iştirakçısı. == Həyatı == Hacı Həsən Rəfiyev Gəncə şəhərində doğulmuşdur. == Fəaliyyəti == Erməni hərbi birləşmələrinin törətdiyi Qars qırğınları Azərbaycanda böyük həyəcan doğurmuşdu. 1915-ci ilin fevral ayının əvvəllərində Gəncə şəhər idarəsinin başçısı, III Dumanın üzvü Xəlil bəy Xasməmmədov bu hadislərlə bağlı şəhər ictiamiyyətinin toplantısını keçirdi. Qısa giriş nitiqində o, dedi: X. Xasməmmədovun bu çıxışından sonra Gəncənin tanınmış ziyalı və tacirlərindən Ələkbər bəy Rəfibəyov, İsmayıl xan Ziyadxanov, Ələkbər bəy Xasməmmədov, Aslan bəy Səfikürdski, Hacı Mirqasım Həmzəyev, Hacı İsa bəy Şeyxzamanov, Mirzə bəy Qazıyev, Mir Cəlil Məmmədov və Hacı Həsən Rəfiyev Yardım Komitəsinə üzv seçildilər.Hacı Həsən Rəfiyev 1920-ci ildə AXC hərbçilərinin bolşevik işğalına qarşı başlatdığı Gəncə üsyanının iştirakçılarından biri olmuşdur. O, üsyanın gedişində düşmən tərəfindən qətlə yetirilmişdir.
Hacı Məmmədhüseyn Rəfiyev
Hacı Məmmədhüseyn Rəfiyev (1860, Yelizavetpol, Tiflis quberniyası – 1920, Gəncə) — maarifçi, xeyriyyəçi, Məşədi Əli Rəfiyev və Musa bəy Rəfiyevin atası. == Həyatı == Hacı Məmmədhüseyn Rəfiyev 1860-cı ildə Gəncədə doğulmuşdur. Hacı Məmmədhüseyn Rəfiyev Gəncədə 1-ci gildiya tacir rütbəsi almış yeganə məşhur ticarətçi və sənayeçi idi. Xalça toxuculuğu və satışı sahəsində dünyanın bir çox ölkələrində məşhurlaşmışdı. Onun Təbriz, Nijni Novqorod, İstanbul, Tehran və Parisdə xalça mağazaları var idi. Rəssamlıq qabiliyyətinə malik olan Hacı Məmmədhüseyn Rəfiyev özünün çəkdiyi milli naxışlarla xalçalar toxutdururdu. == Xeyriyyəçi fəaliyyəti == Hacı Məmmədhüseyn Rəfiyev Nizaminin qəbirüstü məqbərəsinin bərpasının təşəbbüsçülərindən biri olmuş, onun maliyyələşdirilməsində iştirak etmişdir. 1902-ci ildə Gəncədə Azərbaycan məktəbinin açılmasında da onun böyük rolu olmuşdur. == İctimai-siyasi fəaliyyəti == Yelizavetpol general-qubernatorunun 1906-cı il 30 iyun tarixli fərmanı ilə Hacı Məmmədhüseyn Rəfiyev və onun oğlanları Məşədi Əli və Abbas Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin fəxri üzvü təsdiq edilmişdilər. Hacı Məmmədhüseyn və oğlu Məşədi Əli 1909–1913-cü illərdə Gəncə Şəhər Dumasının qlasnısı olmuşlar.
Haşimi Rəfsəncani
Ayatollah Əkbər Haşemi Bəhremani Rəfsəncani (25 avqust 1934[…], Nuq[d], Kirman ostanı və ya Bəhreman, Kirman ostanı – 8 yanvar 2017[…], Tehran və ya Təcriş[d], Tehran ostanı) — İran siyasətçisi, yazıçısı. Ekspertlər Assambleyasının sədri olmuşdur. AMEA-nın fəxri üzvüdür. == Həyatı == Rəfsəncani 1934-ci ildə İranın Kirman vilayətinin Rəfsəncan Behreman kəndində kəndli ailəsində dünyaya gəlmişdir. Ailəsi əkinçilik edir, fıstıq bağlarına sahib idi. İranın dördüncü prezidenti vəzifəsində çalışıb. Məktəbi oxuyan zaman 16 yaşında – 1948-ci ildə müsəlmanların müqəddəs şəhəri Qum şəhərinə dini təhsil almağa getdi. Burada o, dini təhsillə bərabər, siyasi dünyagörüşünü artırdı. Savadı və bacarığı ilə irəliləməyi bacardı və 1958-ci ildə Iranın birinci dini lideri Ruhulla Xomeyninin müridi oldu. Bunun nəticəsində şiyələrdə ayetullah'lıqdan sonra en yüksək ikinci dərəcə olan hüccetülislam mərtəbəsinə yüksəldi.
Mikayıl Rəfili
Mikayıl Həsən oğlu Rəfili (12 (25) aprel 1905, Borsunlu, Yelizavetpol qəzası – 25 aprel 1958, Bakı) — şair, ədəbiyyatşünas, tənqidçi, 1935-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1944), professor (1945). == Həyatı == Mikayıl Rəfili 1905-ci il aprelin 25-də Yelizavetpol qəzasının (indiki Goranboy rayonu) Borsunlu kəndində varlı kəndli ailəsində doğulmuşdur. Yelizavetpol klassik gimnaziyasında təhsil almışdır. Bu dövrdə bədii yaradıcılığa başlamışdır. Onun "Mikayıl Rəfizadə" imzası ilə ilk qələm təcrübələri "Mücadileyi-həyat" hekayəsi, "Elmə doğru" şeiri və "Qərb mədəniyyəti" məqaləsi "Əfkari-Mütəəllimin" jurnalında (1919, 2,3 nömrələrində) dərc olunmuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Borsunlu kəndində müəllim və məktəb müdiri olmuş, kəndin mədəni həyatında fəal çalışmış, komsomol sıralarına qəbul olunmuşdur. 1921-ci ildə orta təhsil almaq məqsədilə Gəncəyə gəlmiş, eyni zamanda ictimai işlərdə fəallıq göstərmiş, III Azərbaycan qurultayına nümayəndə seçilmişdir. "Rosta" qəzetində iştirak etmişdir. Bakıda Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, həm də Azərbaycan Dövlət Universitetinin Şərq dilləri fakültəsində məşğələlərin dinləyicisi, 1924-cü ildə olur. "Maarif və mədəniyyət" jurnalı redaksiyasında işləyir.
Mirzə Rəfiyev
Mirzə Rəfiyev — Azərbaycan rejissoru. == Həyatı == Mirzə Rəfiyev 29 dekabr 1923-cü ildə Bakı şəhərində anadan olmuşdur. Böyük Vətən Müharibəsi iştirakçısı olaraq "Almaniya üzərində qələbə" medalı ilə təltif edilmişdir. Cəfər Cabbarlı ad. "Azərbaycanfilm" kinostudiyasında quraşdırılma çəkilişlərinin rəssamı kimi çalışmışdır. "Bakının işıqları", "O olmasın, bu olsun", "Qara daşlar", "Ögey ana", "Şah Sənəm və Qərib" (Türkmənfilm), "Böyük dayaq", "İstintaq davam edir", "İnsan məskən salır" və s. bədii filmlərin quraşdırılma çəkilişləri rəssamı, "Çaqqal oğlu, çaqqal" cizgi filminin rejissoru və rəssamıdır. == Filmoqrafiya == Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) - quraşdırılmış səhnələrin rəssamı Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film) - quraşdırma səhnələrin rəssamı Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film) - quraşdırılmış səhnələrin rəssamı Bakının işıqları (film, 1950) Bayquş gələndə... (film, 1978) Bəxtiyar (film, 1955) Bir ailə (film, 1943) Bir ailəlik bağ evi (film, 1978) Bizi bağışlayın (film, 1979) Bizim küçə (film, 1961) Böyük dayaq (film, 1962) Cin mikrorayonda (film, 1985) Çaqqal oğlu çaqqal (film, 1972) Dağlarda döyüş (film, 1967) Dədə Qorqud (film, 1975) Dərviş Parisi partladır (film, 1976) Dörd bazar günü (film, 1975) Əhməd haradadır? (film, 1963) Əmək və qızılgül (film, 1962) Əsl dost (film, 1959) Gün keçdi (film, 1971) İnsan məskən salır (film, 1967) İstintaq davam edir (film, 1966) İşgüzar səfər (film, 1982) Kişi sözü (film, 1987) Qanlı zəmi (film, 1985) Qara daşlar (film, 1956) Qaraca qız (film, 1966)(film, kinoalmanax) Qərib cinlər diyarında (film, 1977) Qızıl uçurum (film, 1980) Qızıl qaz (film, 1972) Qoca palıdın nağılı (film, 1984) Qocalar, qocalar...
Mirzə bəy Rəfibəyli
Rəfibəyli Mirzə bəy Mirzə Kərim bəy Rəfibəyov oğlu - görkəmli ictimai və siyasi xadim. Mirzə Kərim bəy Rəfibəyovun oğlu, == Həyatı == Mirzə bəy Rəfibəyli 1874-cü ildə Sankt-Peterburqda ali təhsil almışdı. Mirzə Kərim bəy isə rus ordusunun zabiti idi. Mirzə Kərim bəyin təşəbbüsü ilə, Bala Bağbanlı Hacı Habil, Məşədi Səfər oğlu Həsənin təşkilatçılığı ilə məhəllə sakinlərinin maddi vəsaiti hesabına 1883-cü ildə Bala Bağban məscidi tikildi. Məscidin ilk axundu gözəl avaza malik, Abidlilər nəslindən olan Molla Möhsüm olmuşdur.Qızı qızı Cəvahir xanım Xudadat bəy Rəfibəyliylə evlənmişdir. == Mənbə == 1. Hüsaməddin Tuğac. “Bir ailənin dramı”. İstanbul, 1968. 2.
Mirəziz Rəfiyev
Mirəziz Rəfiyev (tam adı: Mirəziz Ziyad oğlu Rəfiyev; 15 fevral 1922; Yolocaq, Yardımlı rayonu, Azərbaycan SSR, SSRİ – 29 iyul 2001) — "Əməkdar mədəniyyət işçisi", Yardımlı tarix-diyarşünaslıq muzeyinin yaradıcısı və keçmiş direktoru. == Həyatı == Mirəziz Ziyad oğlu Rəfiyev 15 fevral 1922-ci ildə Yardımlı rayonunun qədim kəndlərindən sayılan Yolocaq kəndində kəndli ailəsində dünyaya göz açmışdı. Keçən əsrin 30-cu illərində rayona Sovetlərin gətirdiyi "Mədəni inqilab"ın ən aktiv "kultəsgəri"ndən biri olaraq başdan-başa savadsız diyarın adamlarının biliyə, dünyəvi təhsilə yiyələnməsinə o da ilk təhsillilərdən biri kimi böyük töhfələr vermişdir. İkinci dünya müharibəsinin başlanması ilə cəbhəyə könüllü olaraq yollanan Mirəziz Rəfiyev müharibənin ilk illərində Baltik cəbhəsində faşizmə qarşı qəhrəmanlıqla vuruşmuş, iki dəfə ağır yaralanmasına baxmayaraq yenidən Litva cəbhəsində döyüşlərini davam etdirmişdir. Lakin 1943-cü ildə sağ qolundan və çiynindən ağır yaralanaraq çoxlu orden və medallarla arxa cəbhəyə qayıtmışdır. Arxa cəbhədə də o özünü fədakar müəllim və sonra isə bacarıqlı məmur kimi təsdiq etmişdir. 40-cı illərin sonundan Rayon Xalq Maarif müdiri vəzifəsindən Rayon Partiya Komitəsinin II katibi vəzifəsinədək böyük bir məmur yolu qət etmiş və işlədiyi bütün yüksək vəzifələrdə təmiz vicdanla yalnız halalıq müstəvisində çalışmışdır. 40 ilə yaxın bu cığırda ləyaqətlə çalışan Mirəziz müəllim rayonun ən təmiz mənəviyyatlı məmuru şöhrətini qazanmış, el-oba içərisində böyük hörmət sahibi olmuşdur. Sovet dövründə Yardımlıda ilk ali təhsilli dörd nəfərdən biri, müharibə və dövlət qulluğu veteranı, uzun illər rayonda yüksək vəzifə postlarında təmiz vicdan və ləyaqətlə işləyib el ağsaqqalı rütbəsini fəth edən Mirəziz Ziyad oğlu Rəfiyevin adı rayonun son yüzillik tarixinə qızıl hərflərlə yazılmışdır. Mirəziz Rəfiyevin Yardımlıya ən böyük xidməti 1981-ci ilin noyabr ayında açılışı olan Yardımlı tarix-diyarşünaslıq muzeyinin yaradılması olmuşdur.
Molla Rəfiəddin Məhəmməd
Molla Rəfiəddin Məhəmməd Vaiz Qəzvini — Azərbaycanın Səfəvi dövründə şair. azərbaycan və fars dillərində şer yazıb. Bu şair 1027 Hicri-qəməridə Qəzvinin Səfiabad kəndində anadan olub və 1089 Hicri-qəməridə vəfat etmişdir.
Musa bəy Rəfiyev
Musa bəy Rəfiyev (tam adı: Musa bəy Hacı Məmmədhüseyn oğlu Rəfiyev; 1888, Yelizavetpol – 1938, Təbriz) — ictimai-siyasi və dövlət xadimi. == Həyatı == Musa Rəfiyev 1888-ci ildə Gəncə şəhərində anadan olmuşdu. İlk təhsilini Gəncənin "Şah Abbas" məscidinin nəzdində fəaliyyət göstərən mədrəsədə almış, sonradan Gəncə klassik gimnaziyasında oxumuşdu. 1911-ci ildə Xarkov Universtitetinin tibb fakültəsini bitirdikdən sonra Gəncəyə qayıtmış və həkim işləmişdi. Nümunəvi fəaliyyətinə görə 1913-cü ildə "Titulyar müşavir", 1914-cü ildə "Kollej assesoru", 1916-cı ildə "Saray müşaviri" çinləri verilmşdi. 1914-cü ilin sonlarında M. Rəfiyev Həsən bəy Ağayevlə birgə Gəncədə ilk səhiyyə cəmiyyətinin yaradılmasında iştirak etmişdi. Fevral inqilabından sonra Müvəqqəti hökumətin yaratdığı Xüsusi Zaqafqaziya Komitəsinin Yelizavetpol quberniyası üzrə müvəkkli olmuşdu. [[Müsavat Partiyası|Müsavat Partiyasının]] fəallarından olmuş Rəfiyev Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının, ZDFR süqutundan sonra isə Milli Şuranın üzvü olmuşdur. 1918-ci il iyunun 17-də Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə ikinci müvəqqəti hökuməti təşkil edilərkən Musa bəy Rəfiyev portfelsiz nazir təyin olunmuşdu. Gəncədə fəaliyyət göstərən Müsəlman Milli Şurasının nəzdindəki qaçqın şöbəsi əsasında Səhiyyə və Himayədarlıq Nazirliyi yaradılmış, oktyabrda Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Bakıya köçərkən bu nazirlik iki nazirliyə – Səhiyyə Nazirliyinə və Himayədarlıq Nazirliklərinə bölünmüş, Musa bəy Rəfiyev Himayədarlıq Nazirliyinə rəhbərlik etmişdir.
Məzahir Rəfiyev
Məzahir Rəfiyev (1937, Tərtər rayonu – 2012) — Tərtərin ilk icra başçısı, Azərbaycan Parlamentinin deputatı (1990-1995). == Həyatı == Məzahir Adil oğlu Rəfiyev 1937-ci ildə Tərtər rayonunun Kolanı kəndində anadan olub. O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) və Bakı Ali Partiya Məktəbini (Dövlət İdarəçilik Akademiyası) bitirib. Uzun illər partiya-sovet orqanlarında çalışıb. Məzahir Rəfiyev Mirbəşir (Tərtər) Rayon Xalq Nəzarət Komitəsinin sədri, rayon partiya komitəsinin ikinci katibi, icraiyyə komitəsinin sədri vəzifələrində çalışıb. Məzahir Rəfiyev daha sonra Tərtər Rayon Partiya Komitəsinin birinci katibi təyin edilib. Məzahir Rəfiyev Tərtərin ilk icra başçısı olub. O, bu vəzifədə 23 may 1992-ci ilə qədər çalışıb. 1990-1995-ci illərdə Məzahir Rəfiyev Azərbaycan parlamentinin deputatı kimi fəaliyyət göstərib. Məzahir Rəfiyev 2012-ci ildə vəfat edib.
Məşədi Əli Rəfiyev
Məşədi Əli Hacı Məmmədhüseyn oğlu Rəfiyev (1886, Yelizavetpol – 9 sentyabr 1948, İstanbul) — Gəncə Şəhər Dumasının qlasnısı (1910–1913), Gəncə Dövlət Bankının sədri, Türk Ədəmi-Mərkəziyyət Firqəsinin (1917), daha sonra Müsavat Partiyasının üzvü, Müsavat Partiyasının Gəncə təşkilatının sədri, Müsavat Partiyasının xarici bürosunun üzvü və xeyriyyəçi. == Həyatı == İlk təhsilini Gəncənin "Şah Abbas" məscidi yanındakı mədrəsədə almış, sonra Yelizavetpol (Gəncə) klassik gimnaziyasını bitirmişdir. Maliyyə və kommersiya işləri ilə məşğul olmuş, Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü kimi xeyriyyəçilik fəaliyyəti göstərmişdir. Gəncə general-qubernatorunun fərmanı ilə atası Hacı Məmmədhüseyn və qardaşı Abbasla birlikdə Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin fəxri üzvü təsdiq edilmişdi. 9 sentyabr 1948-ci ildə İstanbulda vəfat etmişdir. == Siyasi fəaliyyəti == 1909–1913-cü illərdə Gəncə Şəhər Dumasının qlasnısı olmuşdur. Fevral inqilabından (1917) sonra siyasi fəaliyyətə qoşulmuş, Türk Ədəmi-Mərkəziyyət Firqəsinin, bu partiyanın Müsəlman Demokrat Partiyası "Müsavat" ilə birləşməsindən sonra isə Türk Ədəmi-Mərkəziyyət "Müsavat" Partiyasının fəal üzvlərindən olmuşdur. Nəsib bəy Yusifbəylidən sonra Müsavat Partiyasının Gəncə təşkilatına rəhbərlik etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk milli Azərbaycan Dövlət Bankının Gəncə şöbəsinin müdiri olmuşdur. Aprel işğalından sonra qardaşları ilə birlikdə sovet-bolşevik rejiminə qarşı Gəncə üsyanınln təşkilində fəal iştirak etmişdir.
Oqtay Rəfili
Oqtay Eldəgəz (doğum adı: Oqtay Kərim oğlu Rəfili; 11 mart 1934, Bakı – 16 may 2002, Bakı) — müəllim, yazıçı, Milli Azadlıq Qərargahının sədri. == Həyatı == Oqtay Eldəgəz 1934-cü ildə Bakının Əmircan (Xilə) kəndində dünyaya gəmişdir. Orta məktəbi bitirdikdən sonra 1964-cü ildə BDU-nin əyani dilçilik bölümünün filoloji fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, texnikumlarda, orta məktəblərdə dil-ədəbiyyat fənnlərini tədris etmişdir. Bütün həyatı boyu Eldəgəzlər (Atabəylər) dövləti haqqında tədqiqatlar aparıb, “Eldəgəz” təxəllüsünü ona görə götürüb. 1937-ci ildəki repressiya onun yaralı yeri idi. Həmin illər Əmircandan çoxlu adamlar sürgün edilmişdi. Stalin rejiminin qurbanları olan dövlət xadimləri, hüquq işçiləri, müəllimlər, həkimlər, neft ustaları, alimlər sürgün edildilər. Onun tez-tez təkrar etdiyi bir cümlə hər şeyı aydınlaşdırırdı. “Elə bir yerə düşərik ki, oranın əzabından qurtula bilmərik”. O, qəlb ağrılarını da çəkə bilmirdi.
Ouşenin 8 rəfiqəsi (film, 2018)
Ouşenin səkkiz rəfiqəsi (stilizə edilmiş: Ouşenin 8 rəfiqəsi; ing. Ocean's 8) — Rejissoru Qari Ross, ssenari müəllifləri Ross və Oliviya Milç olan 2018-ci il istehsalı ABŞ soyğun və komediya filmi. Film Stiven Soderberqin "Ouşenin" trilogiyasının həm davamı, həm də spin-offudur və aktyor heyətinə Sandra Ballok, Keyt Blanşett, Enn Heteuey, Mindi Kallinq, Sara Polson, Awkwafina, Rihanna və Helena Bonem Karter daxildir. Film Nyu-Yorkda yerləşən Metropoliten muzeyində hər il keçirilən "Met Gala" mərasimində böyük soyğun planlaşdıran Denni Ouşenin bacısı Debbi Ouşenin başçılıq etdiyi bir qrup qadından bəhs edir. "Ouşenin on üç dostu" filmi 2007-ci ildə buraxıldıqdan sonra Soderberq seriyanın "zirvəyə çıxmasını" istədiyini deyərək dördüncü filmi çəkmək niyyətində olmadığını bildirdi. Buna baxmayaraq, 2015-ci ilin oktyabrında tamamilə qadınlardan ibarət spin-off elan edildi və aktyor heyətinin çox hissəsi 2016-cı ilin avqustuna qədər təsdiqləndi. Çəkilişlər 2016-cı ilin oktyabrından 2017-ci ilin martına qədər Manhetten ətrafında aparıldı. "Ouşenin 8 rəfiqəsi" filminin premyerası 5 iyun 2018-ci ildə "Alice Tully Hall"da baş tutdu və 8 iyun 2018-ci ildə, "Ouşenin on üç dostu"nun buraxılmasından 11 il sonra Warners Bros. Pictures tərəfindən ABŞ-də ilk baxışa çıxarıldı. Film dünya üzrə 297 milyon ABŞ dolları gəlir əldə etdi və tənqidçilər tərəfindən həm aktyor heyəti, həm də filmin özü müsbət qiymətləndirildi.

Digər lüğətlərdə

веле́невый вито́й вылепля́ть гу́лкость до́нце же́нственное испили́ть легкове́сный насто́йка пищу́ха по-учени́чески торбани́ст эскадро́н во́тчинный кли́чка подписа́ться расточи́тельность сги́бнуть су́етность оварский heliotrope hypnogenous morrow глупо кто