RÜCU

is. [ ər. ] klas. Geri dönmə, qayıtma, ricət (etmə).
□ Rücu etmək1) müraciət etmək.
[Nəsir Fərraş:] Şahzadə buyurdu ki, bu axşam bir mənim hüzuruma gəlsin ki, bir vacib işim var, ona rücu edəcəyəm! M.F.Axundzadə.
Amma yaxşı olardı ki, hər məsələnin həlli üçün qazı cənablarına, yaxud Şeyx Nəsrullaha rücu edəydiniz, çünki elmdə mənim o qədər qüvvətim yoxdur. E.Sultanov.
Naməlsəm məhəlləsi yenə Əliyə rücu etdilər. N.Nərimanov;

2) qayıtmaq.
İndi məqalənin baş mətləbinə rücu edib deyə bilərik ki, mərəzlərimiz çox isə də, onların ümdəsi və mühliki cəhalət və nadanlıqdır. F.Köçərli;

3) geri dönmək (yoldan); geri almaq, geri götürmək (sözünü).
RÜBLÜK
RÜFƏQA

Digər lüğətlərdə

багрови́ще злора́дство како́в купеля́ция легкове́рно отгороди́ть ро́стер светло-жёлтый слив таджи́чка червото́чинка высыха́ть реа́льный сгуща́ться хитроу́мно broaching ferryman flint wheat hypostasis Persephone tree prop важничанье одеколон резюмировать утрамбоваться