Azərbaycan dilinin izahlı lüğətində SABİQ sözün mənası. Толковый словарь азербайджанского языка.

sif. [ər.] Əvvəldə olmuş, keçmişdə olmuş; keçmiş, köhnə, əvvəlki. Zeynal ötəyəbəriyə müraciət edib sabiq xidmətini geri istəyirdisə də, müvəffəq olmayırdı. S.Hüseyn. Sabiq tacir Ağa Qurbanı hamı tanıyırdı. Ə.Haqverdiyev.
← SABAH-SABAH

zərf Səhər tezdən, sübh ertədən, gün təzəcə başlayanda.

SABİQƏN →

zərf [ər.] köhn. Bundan əvvəl, keçmiş, qabaq.