SABİT

sif. [ər.]
1. Hərəkət etməyən, hərəkətsiz, daim bir qərarda duran (qalan), dəyiş- məyən, tərpənməz; daimi. Sabit cərəyan. Sabit temperatur. Sabit qüvvə.
2. məc. Səbatlı, möhkəm; fikrinin, əqidəsinin üstündə möhkəm duran, fikrindən, əqidəsindən dönməyən. Bircə Zeynal bəy toxtaq durub, əvvəlki layihəsində sabit idi... Çəmənzəminli. _Sabit qalmaq – bir şeyin üstündə möhkəm durmaq, fikrindən, əqidəsindən dönməmək. Xülasə, şəhərdə hər bir şey tərəqqi tapmışdı, dəyişilmişdi, abad olmuşdu, bircə usta Ağabala qədimliyində sabit qalıb otuz il idi ki, bu qərar ilə məişət keçirirdi. Çəmənzəminli. ◊ Sabit olmaq köhn. – sübut olunmaq, yəqin olmaq, sübuta yetmək. [Fərraşbaşı:] Ağa Şahzadə soruşur ki, Hacı Qafurun bacısının varisliyi sizin yanınızda sabit oldumu? M.F.Axundzadə.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

SABİT 1. неподвижный, постоянный, беспеременный, стабильный, стационарный; 2. неподвижно, твердо, постоянно; ətraflı

Azərbaycan kişi adlarının izahlı lüğəti

SABİT səbatlı, möhkəm; məğlubedilməz; hərəkətsiz. ətraflı

Azərbaycanca-rusca lüğət

SABİT l прил. 1. постоянный (не прекращающийся, не меняющийся, непрерывный, неизменный). ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

SABİT dəyişməz — möhkəm — daimi — stabil ətraflı

Author: Obastan; Publisher: Obastan