ABDAR

sif. [ fars. ]
1. Sulu, şirəli, təravətli, lətafətli.
Özündən oldu meyə bəzmdən kənar olmaq; Qələtdi bəhs ləbi-ləli-abdarınla. Q.Zakir.
Nazənin qız … yanaqları kimi qızarmış bir qızılgül dərib, şirmayı əli ilə abdar ləblərinə yaxınlaşdıraraq … hovuz üstünə atılıb, qurulan kürsünün üstündə oturdu. C.Cabbarlı.

2. məc. Mənalı, təsirli, gözəl ifadəli. Abdar kəlam. Abdar söz.
– Pəh-pəh, doğrudan da, zalım oğlunun necə abdar qələmi var. C.Məmmədquluzadə.

3. məc. Möhkəm və iti.
Çox məni incitmə, tiği-abidarımdan saqın! Füzuli.
Hinində daldalanma çox, həyətdə də dolanma çox; Yiyəndəki bıçağa bax, o tiği-abdarı gör! M.Ə.Sabir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ABDAR mənalı — təsirli — gözəl — ifadəli (məc.)
  • ABDAR sulu — şirəli — təravətli — lətafətli (meyvə)
ABDALLIQ
ABDARLIQ
OBASTAN VİKİ
Abdar (Bostanabad)
Abdar (fars. ابدار‎) — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Bostanabad bölgəsinin Səhəndabad kəndistanında, Bostanabad qəsəbəsindən 28 km cənub-qərbdə, Bostanabad-Təbriz avtomobil yolunun 30 kilometrliyindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 68 nəfər yaşayır (13 ailə).
Abdarlu (Əbdərli)
Abdarlu (fars. آبدارلو‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərindən 25 km şimaldadır.

Digər lüğətlərdə

безнали́чный декорати́вно запетуши́ться инквизи́ция кочени́ть оверло́к окрова́виться развлека́тельный всее́дный надшива́ть нашвы́ривать обесче́щение отме́тинка смоли́ться стихи́йно узна́ться коньки мелево метранпаж befog belly button hypoploidy Olivia razz unfooted