AFƏT

is. [ər.]
1. Bəla, fəlakət, bədbəxtlik, müsibət, ziyan, zərər. [Şah:] Pədərsuxtə, kəvakibin afətindən məni qorxudarsan və əlacını gizlərsən? M.F.Axundzadə. Uşaqlarınıza heç bir cəhətdən afət yetməyəcək. C.Məmmədquluzadə. // məc. Adam haqqında. Biri N. qəzasının afət və bəlası sabiq prokuror İvanov idi. Ə.Haqverdiyev. // Məc. mənada. Arizuyi-vəsli-canan canə afətdir, könül! Füzuli.
2. məc. şair. Son dərəcə gözəl qız, qadın, dilbər haqqında. Harda qalmış görəsən, ol dəli, məcnun feyzi; Dur yügür, gəl, dediyin afəti-dövran gəldi. Nəbati. Bu afəti birinci görüşdə sevməmək qabil deyildi. M.S.Ordubadi. Gülzar altı-yeddi ay bundan əvvəl deyər, gülər, çalar, oynar şux bir afət idi. C.Cabbarlı.
3. məc. Çox zirək, çox cəld; od-alov. O, uşaq deyil, afətdir!

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

AFƏT стихийное бедствие, несчастье ətraflı

Azərbaycan qadın adlarının izahlı lüğəti

AFƏT çox gözəl; dilbər; bəla, müsibət, fəlakət. ətraflı

Azərbaycanca-rusca lüğət

AFƏT I сущ. 1. насчастье, бедствие 2. губительница сердец (красавица) II прил. шустрый, бойкий, ловкий, подвижный ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

AFƏT bəla — fəlakət — bədbəxtlik — müsibət — ziyan — zərər ətraflı
AFƏT gözəl — dilbər ətraflı

Azərbaycan dilinin omonimlər lüğəti

AFƏT AFƏT I is. [ ər. ] Bəla, fəlakət, ziyan. Elə bil Gülüstana afət bürküsü çökmüşdü (Dastanlar). ətraflı

Azərbaycanca-ingiliscə lüğət

AFƏT i. 1. misfortune, natural calamity; 2. ətraflı

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

AFƏT ə. 1) bəla, müsibət; 2) zərər, ziyan; 3) m. çox gözəl, dilbər. ətraflı

Author: Obastan; Publisher: Obastan