SIĞIRQUYRUĞU

is. bot. Kök ətrafında bölüm-bölüm yarpaqları olan ikiillik ot-bitki.
SIĞIRDİLİ
SIĞIŞDIRILMA
OBASTAN VİKİ
Sığırquyruğu
Sığırquyruğu (lat. Verbascum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == Sinonimləri == Celsia L. Rhabdotosperma Hartl Staurophragma Fisch. & C.A.Mey. == Morfoloji özəllikləri == İyun-avqust aylarında parlaq sarı rəngli çiçəklər açan 20 ilə 150 cm hündürlüyündə iki illik ot bitkisidir. Daha çox əkilməmiş yerlərdə və yol kənarlarında tapılır. Gövdəsi dik, bəzən budaqlanmış və tüklü örtüklüdür. Yarpaqları gövdənin alt hissəsində rozet şəklində düzülmüş olub, tüklüdür. Gövdədəki yarqaqlar isə saplaqsızdır. Çiçəkləri gövdənin ucunda sıx və ya seyrək, az və ya çox uzun bir salxım vəziyətində tyığılmışdr.
Ayıqulaq sığırquyruğu
Ayıqulaq sığırquyruğu (lat. Verbascum thapsus) - sığırquyruğu cinsinə aid bitki növü.
Bozaqgülünəbənzər sığırquyruğu
Bozaqgülünəbənzər sığırquyruğu (lat. Verbascum phlomoides) — sığırquyruğu cinsinə aid bitki növü.
Gözəl sığırquyruğu
Gözəl sığırquyruğu (lat. Verbascum speciosum) - sığırquyruğu cinsinə aid bitki növü.
Sıxçiçək sığırquyruğu
Sıxçiçək sığırquyruğu (lat. Verbascum densiflorum) - sığırquyruğu cinsinə aid bitki növü.Verbascum densiflorum Bertol. (=V.thapsiforme Schrad.)-Sıxçiçəkli keçiqulağı (Çar şamı, seyrəkyarpaq keçiqulağı, sığırquyruğu, ayıqulağı, dəvəcik, heyrətə salan, hökmdar əsası, zərli çiçək) == Botaniki xarakteristikası == Sıxçiçəkli keçiqulağı iriçiçəkli keçəyəbənzər tükcüklü, birinci il inkişaf edərək kök üstündə olan çətir və yarpaqlar, ikinci il isə generativ gövdə əmələ gətirir. Gövdəsi budaqlanmayan hündürlüyü 2 m-ə qədərdir. Kök üstündə olan yarpaqları oturaq və ya qısasaplaqlı, uzunsov və ya uzunsov-ellipsşəkilli, iriçəpərli kənarları, gövdəsi növbəli, bütün uzunluğu boyu sallanmış buğumarasından, aşağı hissəsi uzunsov, yuxarı hissəsi yumurtavari, itiuclu olub, kənarları dişlidir. Çiçəkləri sarı, azacıq qeyri-düzgün və beşüzvlü, olub, 3-4,5 sm diametrinə bərabərdir. Meyvəsi qutucuqdur. İyun-avqust aylarında çiçəkləyir.Bütün bu növlər sarı və ya çəhrayı rəngli, erkəkcik sapından ibarət olmaqla, aydın görünən tükcüklərdən ibarətdir. Çəmənliklərdə, meşənin kənarında, qumluqlarda, dağ döşündə yamaclarda, dəmir yollarının kənarlarında, istifadəsiz və təzə meşə salınan yerlərdə rast gəlinir. Bəzən xüsusilə meşə salınan yerlərdə və çöllüklərdə bir neçə hektar uzanan pöhrəlikləri yayılır.Xammal iyul-avqust ayında aydın günəşli gündə, günün birinci yarısında şeh çəkilməmiş toplanılmalıdır.
Uca sığırquyruğu
Uca sığırquyruğu (lat. Verbascum thapsiforme) — sığırquyruğu cinsinə aid bitki növü.
Bənövşəyi sığırquyruğu
Bənövşəyi sığırquyruğu (lat. Verbascum phoeniceum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin sığırquyruğu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == İkiillik və ya çoxillik ot bitkisidir. Gövdəsi 37-60(100) sm hündürlükdədir. Yarpaqları aşağıdan tüklü, kökətrafı qısa saplaqlı, ellipsvari və ya uzunsov-yumurtavari, küt əsasında azacıq ürəkvari, kənarları qövsvari dişcikli, gövdə yarpaqları az sayda, xırda, uzunsov və ya lansetşəkilli, sivri; aşağıdakılar oturaq, gövdəni yarım bürüyən, azacıq ürəkvari dişciklidir. Çiçəkləri tək-tək, boş salxımdadır. Kasacıq 3-6 mm uzunluqda, ellipsvari və ya uzunsov-ellipsvari sivri hissəciklidir. Tac qırmızı-bənövşəyi, 25-30 mm diametrindədir. Qutucuq 5-7 mm uzunluqda, küt yumurtavari, kasacıqdan bir qıdır uzundur.

Digər lüğətlərdə

бойфрэнд глазни́ца ло́мка направле́ние при́зрачность угора́здиться филети́рование браконье́рствовать зати́снуть пересы́льный ры́бница щу́пленький чикамадзя Alps macédoine matzoth motoring restock sondage ввозный нечаянность оргтехника рисоводческий сольный тачать