SİĞƏ

is. [ ər. ] Köhnə məişətdə: müvəqqəti nikah, evlənmə (çoxarvadlılığın bir növü).
Qazı nikah siğəsini oxudu. M.S.Ordubadi.

□ Siğə etmək (eləmək) – köhnə məişətdə: mollaya kəbin kəsdirərək müvəqqəti evlənmək. [Qadın:] Ağa, qulluq deyil, şəriətipeyğəmbərdir.
Məni özünə siğə etməni xahiş edirəm. Çəmənzəminli.
Seyid Səmədə təklik əl verməyib, on altı-on yeddi yaşında bir qız siğə eləyib ocağın qırağında əyləşdi. Ə.Haqverdiyev.

// Siğə qardaş, siğə bacı – köhnə məişətdə: əslində qardaş və ya bacı olmayıb müəyyən dini mərasimlə əhd-peyman bağlama nəticəsində qardaş, ya bacı olmuş oğlan, ya qız.
Qərvənddə Zaman xan oğlu Qaraynan Aşıq Ələsgər siğə qardaşıydılar. Aşıq Ələsgər”.
Deyilməyə görə, Usta Ağabala Ələsgər Ağa ilə siğə qardaş imiş və ağa ustanın xatirini belə istəyirmiş ki, onu özü ilə cənnətə aparmağı da vəd etmiş imiş. Çəmənzəminli.

□ Siğə oxutdurmaq – siğələşmə ayini icra etmək.
[Dursun:] Sabah şəhərə get, bir axunda bacı-qardaşlıq siğəsi oxutdur… C.Cabbarlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SİĞƏ SİĞƏ (müvəqqəti evlənmə, müvəqqəti kəbin) ..həm də köməkçisinə işarə ilə başa salır ki, tək yata bilməz və siğəyə (müvəqqəti kəbinə) ehtiyacı var (N

Antonimlər (əks mənalı sözlər)

  • SİĞƏ SİĞƏ – TALAQ Şəriətdə siğə halaldır (Ə.Haqverdiyev); Övrətə talaq vermək mənim ixtiyarımdadır (Ə.Haqverdiyev)
SİFTƏ
SİKKƏ
OBASTAN VİKİ
Siğə
Mütə və ya Mütə nikahı; (ərəb. نكاح المتعة‎ Nikāh əl-Mut'ah) - İslamda bir kişi ilə razılığı olan bir qadının, kişi tərəfindən qadına verilən müəyyən mehriyyə müqabilində, müəyyən bir vaxt ərzində evlənməsi. Bəzi mənbələrdə müvəqqəti nikah da deyilir. == Etimologiya == Ərəb dili lüğətində "özündən faydalanılan şey" mənasına gələn mütə, fiqhi bir termin olaraq boşanma və ya evliliyin ləğvindən sonra kişinin qadına verdiyi hər hansı mehriyyəyə deyilir. Bundan başqa müəyyən bir mehriyyə qarşılığında, müəyyən bir vaxta edilən nikaha da mütə deyilir. == Haqqında nəql olunan kəlamlar == Mut`ə ayəsi Allahın kitabında nazil olmuşdur. Biz Allah Rəsulunun (s.ə.s) dövründə ona əməl edirdik. Onu haram edəcək ikinci bir ayə nazil olmadı. Allah Rəsulu (s) da dünyadan köçdüyü günə qədər bizə bu əməli (mutəni) qadağan etmədi. Bir kişi öz rəyi və meyli əsasında bu barədə ürəyi istədiyini dedi.Muhəmməd (əl-Buxari) dedi: Bu şəxs Ömər idi.

Digər lüğətlərdə

вотя́к вычека́нивать мя́сность одноманда́тник пожа́дничать табасара́нец тра́вный траги́ческий вспу́хнуть кура́ре односме́нка откомандиро́вывать побезде́льничать припёхать содра́ться цику́та брюки brown rot mineralogist nerve-cavity offensive defence rhyming slang насморк патронировать повыше