SKAMYÁ

[ rus. ] Üstündə oturmaq üçün dayaqlar üzərində düzəldilmiş söykənəcəkli kürsü.
Bir ağacın altında skamyanın üstünə; Qəzet salıb oturmuş bir gözəl sarışın qız. S.Rüstəm.
…Fəridə Zərifə ilə bulvarda, skamyada əyləşmişdi. S.Vəliyev.
◊ Məktəb (institut və s.
) skamyasında – hələ məktəbdə (institutda və s.-də) oxuyarkən, oxuduğu zaman. Məktəb (institut və s.
) skamyasından – məktəbi (institutu və s.-ni) qurtaran kimi.
Müttəhimlər skamyası – məhkəmə salonunda müttəhimlərin oturması üçün ayrılmış yer.
Müttəhimlər skamyasında oturmaq – məhkəməyə düşmək, məhkəmədə işinə baxılmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SKAMYA skamya bax parta
SKAFÁNDR
SKARLATİ́N
OBASTAN VİKİ
Memorial skamya
Memorial skamya və ya memorial oturacaq — vəfat etmiş şəxsin xatirəsinə ithaf olunan oturacaq. Memorial skamyalar əsasən ağacdan hazırlansa da, metal, daş və ya sintetik materialdan hazırlanan skamyalara da rast gəlinir. Əsasən ictimai yerlərdə qurulur, şəxsi bağ ərazilərində də yerləşdirilə bilir. Memorial skamyalar ABŞ və Böyük Britaniyada geniş yayılmışdır və demək olar ki, bütün ictimai parklarda, tələbə kampuslarında və digər ictimai yerlərdə mövcuddur. Bəzi skamyalar çox məşhur insanlara həsr olunur, məsələn, ABŞ-də Kurt Kobeynin, Estoniyada isə Pyotr Çaykovskinin xatirəsinə həsr olunmuş memorial skamya var.
Skamyada oturmuş qadın
Skamyada oturmuş qadın (ing. Seated Woman on a Bench) — Villem de Kuninq tərəfindən hazırlanmış tunc heykəl. == Haqqında == Villem de Kuninq əsər üzərində 1969-cu ildə işləməyə başlamışdır. Bu, onun ən böyük əsəridir. Heykəlin modeli 1972-ci ildə yaradılmışdır (gildə), 1976-cı ildə ildə isə tuncdan tökülmüşdür. Gillə işləmək üçün Villemin əlləri kiçik olduğundan böyükölçülü əlcəklər geyinmişdir.Heykəlin sağ çiynində "de Kooning/4/7" yazısı yazılmışdır. Heykəl Hirşhorn Muzeyi və Heykəl Bağında sərgilənir. Heykəlin sahibi Smitsonian İnstitutudur. == Sərgilənməsi == == İstinadlar == == Xarici keçidlər == Sotbisdə Arxivləşdirilib 2011-07-07 at the Wayback Machine Waymarking Barbara Hess, Willem De Kooning. Willem de Kooning, 1904-1997: content as a glimpse.

Digər lüğətlərdə

антифеода́льный бра́нивать зада́лбливать покоря́юще сарпи́нка чалма́ взбрык контро́ллер краснощёкий напласто́вывать непросто́й страхо́вщик убира́ть укрепля́ть электропереда́точный дрянь elegante jelly Puerto Rico school board Terence vacuum sweeper размягчить слезотечение эфемерность