SOLAXAY

sif.is. Hər işi sol əli ilə görən, sağ əlinə nisbətən sol əli ilə daha yaxşı yazan, işləyən. Solaxay adam. Solaxay tələbə. Tarçı solaxaydır.
SOL
SOLAXAYLIQ
OBASTAN VİKİ
Solaxay
Solaxay — sağ əlinə nisbətən, sol əlindən daha çox istifadə edən adam. İnsanların təxminən 15 %-i, hər yeddi nəfərdən biri solaxaydır. Beynəlxalq solaxaylar günü — hər ilin 13 avqustunda qeyd edilir.
Solaxay oronimi
Solaxay — Qobustan rayonu ərazisindəki palçıq vulkanıdır. Magistral yoldan solda yer­ləşir. Ehtimal etmək olar ki, adlandırmada vulkanın coğrafi mövqeyi əks olunmuşdur. Oronim Saxalay variantında da qeydə alın­mışdır.
Ümumdünya Solaxaylar Günü
Onlar sol əllə yeyir, sol əllə iş görür, elə həmin əllə də yazırlar. Müasir cəmiyyət onları «solaxay» adlandırıb, buna o qədər də əhəmiyyət verməsə də, qədim Romada bu cür insanları «sinister», yəni «pislik», Orta əsrin kilsə xadimləri isə solaxayları «şeytan» adlandıraraq, yandırırdılar. Qədimdə sol əllə işləyən insanı məhkəməyə verib, şeytanın onun əlinə vergi verdiyini deyirdilər. Amma bu günün araşdırmaları göstərir ki, solaxayların bilik və bacarığı, informasiyanı qəbuletmə və pulqazanma qabiliyyəti normal insanlardan daha yüksəkdir. Alimlər solaxaylar və normal insanlardan ibarət iki qrup yığıb, onlara müxtəlif işlər tapşırdılar. Solaxaylar digər qrupa nisbətən, daha yaxşı sürücülük edib, yemək bişirib, təmir işlərini uğurla bitirərək, daha yaxşı nəticə göstərdilər. Elə Avstraliya alimlərinin son araşdırmaları da onu göstərir ki, dünyanın ən yaxşı və zəhimli idarəçiləri solaxaydır. Solaxaylıq daha çox kişilərdə müşahidə olunur. Onların da 53%-i rəssam, idmançı, aktyor, yazıçı və ya musiqiçi olur. == Statistika == Dünyada 2-8% solaxay yaşayır.

Digər lüğətlərdə

...стра́х закаля́ться запирова́ться но́лик остроу́мничать по-воло́вьи преломля́тель припаса́ть свире́пый ежевече́рне капри́ччио ко́робом крити́чно неусто́йка обглода́ть рюкза́к строкоотливно́й эндогенное питание шурма cover man demolition bomb embouchure jinriksha methodless palaeology