SÖKÜK

sif.
1. Sökülmüş, uçulmuş, dağılmış halda olan. Sökük divar. Sökük döşəmə. Sökük daxma.
– O zaman kolxoz idarəsi iki otaqdan ibarət köhnə və yan-yörəsi sökük bir binada yerləşirdi. M.İbrahimov.
[Cinayətkar adamlar] …dar dalanlar, sökük hasarlar, ucqar məhəllələr, kimsəsiz səhralar axtarır, öz çirkin işlərini belə yerlərdə görürdülər. H.Seyidbəyli.

// is. Binanın və s.-nin sökülmüş yeri. Evin sökükləri görünür. Divarın söküklərini təmir etmək.
2. Tikişi, sapı, hörgüsü açılmış, sapı qaçmış. Sökük xalça. Sökük papaq. Sökük ətək.
[Mürsəl:] …Sınıq qələm, sökük zənbil heç kəsin evində yoxdur. Mir Cəlal.

// is. Paltarın və s.-nin tikişi, sapı açılmış yeri. Paltarın söküyünü tikmək. Corabın söküyünü gözəmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SÖKÜK sökük bax 1. uçuq I; 2. yırtıq I 1
  • SÖKÜK yırtıq — cırıq
  • SÖKÜK uçuq — dağınıq

Antonimlər (əks mənalı sözlər)

  • SÖKÜK SÖKÜK – TİKİK – Bir parça şifir tapıb, sökük yeri örtmək çətindirmi? (M.İbrahimov); Köynəyinin tikik yerlərinə baxırdı (“Azərbaycan”)
SÖKMƏK
SÖKÜLMƏ

Digər lüğətlərdə

баптисте́рий доеда́ть еле́йность желу́док нетала́нтливо грохоче́ние долгоу́хий единым фро́нтом запру́живаться христо́ва невеста Егор рухлядь aidless antilogarithm bridging title giving land-steward similize stenographist straight A valla извёстка подтверждаться прикинуться прокопаться