SÖNÜK

sif.zərf
1. Parlaq olmayan, parlamayan və ya çox az parlayan; parıltısız. Sönük işıq.
– Dağların, bağların libası sarı; Günəşin də sönük ziyası sarı. A.Səhhət.

// məc. Solğun, ölgün, cansız.
[Ay] da Vaqif kimi eşq yorğunu olaraq, təpələr arxasından sönük çöhrəsi ilə aləmə tamaşa edir. Çəmənzəminli.
Lakin bu suala cavab olmayaraq, [Qasımın] sönük gözləri həmişəlik yumuldu. T.Ş.Simurq.

2. məc. Yekrəng, maraqsız, zəif.
[Şair Ərəstun Şiraslana:] Sənətkarlıqla yazılmış balaca şerin özü hər hansı sönük bir poemadan qat-qat üstündür. S.Rəhimov.
[Rasim Yavərə:] Necə ola bilər ki, xırda və sönük əsərə müasir və yeni deyəsən? M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SÖNÜK solğun — tutqun
  • SÖNÜK süst — key — ölüvay

Antonimlər (əks mənalı sözlər)

  • SÖNÜK SÖNÜK – QAYNAR Şəhərdəki sönük həyatından uzaqlaşmağa səy etdi. Qaynar şəhər bir dərya, qız isə üzük qaşı olub orada batmışdı (S
SÖNMƏK
SÖNÜKLÜK

Digər lüğətlərdə

обезнаро́дить обцелова́ть подтрепа́ться сверхо́пытный спи́сывать ссели́ть султа́нчик аквато́рия бойцо́вые петухи вкла́дыш дура́шливо запе́ниваться кафедра́льный лопота́ть перви́чность указа́ть на дверь утучни́ться Antaean pie-counter Telugu water snake восславлять занятый обсусолить первогодок