AGAH

[fars.] Xəbərdar. İnanma gər desə rəmmal sirri-qeybə agahəm; Dəhanın sirrinə yüz kərrə iczin etiraf eylər. S.Ə.Şirvani. _ Agah etmək – xəbərdar etmək, bildirmək. Olmuya qorxursunuz ki, əyilib camaatın qulağına bir neçə söz pıçıldayam, bir neçə mətləblərdən agah edəm. C.Məmmədquluzadə. Zamanı eşikağası işdən agah etdi, biçarə xanın ayağına yıxıldı və gözlərinin yaşını tökdü. Çəmənzəminli. Agah qılmaq – b a x agah etmək. Dedim: cana, məni agah qıl sirri-dəhanından; Dedi: məzur tut, elmi-müəmma aşikar olmaz. Q.Zakir. Agah olmaq – xəbərdar olmaq, bilmək. Şeir zövqündən olmayan agah; Əhli-nəzmi məzəmmət eyləməsin. Füzuli. Əziz başın üçün oxu yazdığım; Agah ol halımdan gahbəgah mənim! Qurbani. Ta olmaya kimsə ondan agah; Bu şeri oxurdu əksər ol mah. Məsihi.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

AGAH осведомленный, сведущий ətraflı

Azərbaycan kişi adlarının izahlı lüğəti

AGAH bilən, xəbərdar, gözüaçıq, ayıq. ətraflı

Azərbaycanca-rusca lüğət

AGAH прил. 1. осведомлённый, сведущий 2. бдительный 3. трезвый 4. предупрежд ённый о чём-л. ətraflı

Azərbaycanca-ingiliscə lüğət

AGAH s.: agah olmaq to be* known, to become* clear, to come* into being; agah etmək to inform (d. ətraflı

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

AGAH f. 1) xəbəri olan, xəbərdar, vaqif; 2) oyaq, ayıq; 3) gözüaçıq; 4) ayıq-sayıq. ətraflı

Azərbaycan dilinin etimologiya lüğəti

AGAH Farsca agahanidən (məlumatlandırmaq) məsdəri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti) ətraflı

Author: Obastan; Publisher: Obastan