ŞABALID

is.
1. Qoz, fındıq cinsindən qabıqlı meyvə və bu meyvənin ağacı. Şabalıdın çox dadlı, qidalı meyvələrindən və ağaclarının oduncağından geniş surətdə istifadə edilir. Meyvələri çiy, qovrulmuş və bişirilmiş halda işlədilir. İ.Axundzadə. Yarımişıqlı otağımızın ortasında dördbucaq şəklində qayrılmış ocağın dövrəsində döşəkcələrə düzülüb oturardıq, .. şabalıd qovurardıq. Çəmənzəminli.
2. Qəhvəyi, şabalıdı. Şabalıd rəngli. Şabalıd rəngli şal. – Nazlı əynindəki tünd şabalıd rəngli ipək köynəyini çıxartdı... S.Rəhimov. ◊ Şabalıd cinsi – çox xəsis, xeyirverməz adam haqqında. Bu yerlərin dağı yox; Bağçası var, tağı yox; Cinsi şabalıd cinsi; Görkəmi var, yağı yox. (Bayatı). Şabalıddan yağ çıxartmaq – mümkün olmayan şeydən də fayda görməyə çalışmaq.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət

ŞABALID I сущ. каштан: 1. дерево сем. буковых, дающее плоды в виде крупного ореха 2. ətraflı

Author: Obastan; Publisher: Obastan