Azərbaycan dilinin izahlı lüğətində ŞABALIDI sözün mənası. Толковый словарь азербайджанского языка.

sif. Şabalıd rəngində, qəhvəyi. Şabalıdı saç. Şabalıdı saqqal. – Mir Məhəmməd Kərim ağa şabalıdı rəngli, qolsuz əbasını çiynindən endirib ayağa durdu. Mir Cəlal. Azacıq sonra Həmzə .. başında şabalıdı Buxara papağı olduğu halda .. otağın yuxarı başında dayandı. Ə.Əbülhəsən. [Güləsərin] yemlik yeməkdən əlləri və dodaqları bir az qaralıb, şabalıdı rəngə düşmüşdü. İ.Şıxlı.
← ŞABALID

is. 1. Qoz, fındıq cinsindən qabıqlı meyvə və bu meyvənin ağacı.

ŞABALIDLIQ →

is. Çoxlu şabalıd ağacı bitən yer, şabalıd meşəsi.