ŞABAŞ

is. [ fars. ] Toy məclislərində oynayanlara xanəndə və çalğıçılar üçün verilən pul.
Gənclər oynayanda yoldaşları onların başına kağız pul (əsginas) şabaş tökərdilər. H.Sarabski.
…Xanəndə çalar, cavanlar oynar, şabaş toplanar. R.Əfəndiyev.
Bəzən oynayanlar utanıb şabaş almırdılar. S.Rəhman.

Etimologiya

  • ŞABAŞ Sözün əsli şadbaş kimi olub, hərfi mənası “şad olsun”, ”təbrik” deməkdir ( baş farsca budən, yəni olmaq feilinin əsasıdır )
ŞABALIDLIQ
ŞABLON

Digər lüğətlərdə

валютообме́нный вот э́то неря́шество обогна́ть ощу́паться приударя́ться регенера́тор соотве́тственность гору́шка канона́да неомаркси́ст побра́сывать пообеща́ться посла́нец свежи́нка сцепле́ние Caribbean coreless dynamotor impropriate overtone ратифицировать укрепляться хилость эксплозивный