ŞAD

sif. [fars.]
1. Sevinən, şən, fərəhli, məmnun. Şad adam. Şad üz. Şad gözlər. Könlü şad olmaq. – Daşdəmir əmi öz tütünü barəsində belə tərifləri çox eşitmiş olduğunu göstərən şad bir səslə dedi. M.Rzaquluzadə. _ Şad etmək (eləmək, qılmaq) – sevindirmək, fərəhləndirmək, şadlandırmaq, məmnun etmək. Cövrlər kim, eyləmişdin birbəbir yad eyləyib; Şami-hicran könlümü bu növ ilə şad eylərəm. S.Ə.Şirvani. Bəzədin sən bu gün bizim çəməni; Şad qıldın bu gəlməginlə məni. M.Ə.Sabir. Məni unutmayın, tez-tez yad edin; Bu küskün könlümü sizsə şad edin. M.Rahim. Şad olmaq – sevinmək, şadlanmaq, fərəhlənmək, məmnun olmaq. Ələsgərəm, şad olmadım dünyada; Səni gördüm, dərdim oldu ziyada. Aşıq Ələsgər. [Rzaquluxan:] Qızım, çox şad oluram ki, sənə xərc etdiyim pullar hədər getməyibdir. M.S.Ordubadi.
2. Ürəkaçan, fərəhli, sevindirici, xoş. Şad xəbər. // Zərf mənasında. Çünki bilir rahət əziyyətdədir; Şad yaşamaq səydə, qeyrətdədir. M.Ə.Sabir.
3. Şadəm (şadam) şəklində – sevinirəm, məmnunam (bir şeydən şad, məmnun olmağı bildirir). Yarın xəyalilə bu gün mən şadəm; Qəribliyə düşsəm qan ağlar didəm. M.P.Vaqif. Bu gün şadam, oxuyuram, çalıram; Sən yaşa dolduqca mən ucalıram. Aşıq Hüseyn. ◊ Şadlığından yerə-göyə sığmamaq (sığışmamaq) – hədsiz sevinc içərisində olmaq, şad olmaq, sevinmək, şadlıq eləmək. Şadlığından sığışmayıb yer ilə göyə; Öz eşqini övlad kimi bağrına basır. S.Vurğun.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

ŞAD 1. веселый, радостный, ликующий; 2. весело, радостно; ətraflı

Azərbaycan kişi adlarının izahlı lüğəti

ŞAD xanın varisliyə hüququ olmayan qardaş və oğlanlarına verilən qədim türk titulu. ətraflı

Azərbaycan dilinin dialektoloji lüğəti

ŞA:D (Ağdam, Cəlilabad, İsmayıllı, Şəki, Tovuz) üyüdülən dəndən dəyirmançıya verilən muzd. – Bığdanın şa:dını çıxıblar (İsmayıllı); – Bi put dənə bi girvənkə şa:d alırdılar (Şəki) ətraflı

Azərbaycanca-rusca lüğət

ŞAD I прил. радостный: 1. испытывающий чувство радости. Şad adamlar радостные люди 2. ətraflı

Author: Obastan; Publisher: Obastan