Azərbaycan dilinin izahlı lüğətində ŞADYANALIQ sözün mənası. Толковый словарь азербайджанского языка.

is. Şadlıq, şənlik, bayram. [Rüstəm bəy:] Məşədi İbad, mən sənin qohumluğunu özüm üçün böyük bir fəxr bilirəm. Ona görə bir balaca şadyanalıq edək. Ü.Hacıbəyov. // zərf Sevinə-sevinə, şadlıqla. Bir dəstə arvad-uşaq şadyanalıq ilə səslənib, gələnlərin qabağına çıxdılar. Mir Cəlal.
← ŞADYANA

sif. Şadlıqla, sevinclə, məmnunluqla. Şadyana qəbul. Şadyana məclis.

ŞAFRÁN →

[ər.] Sarı-qırmızı meyxoş alma növü.