ŞAHMAT

is. [ fars. “şah öldü”]
1. 64 açıq və tünd xanası olan taxta üzərində 16 ağ və 16 qara fiqurdan hər birini müəyyən qaydalarla hərəkət etdirərək oynanılan oyun.
Şahmat da həyat kimidir – mübarizəsiz və ehtirassız oynayanda ləzzət vermir. M.İbrahimov.

// Şahmat oyunu üçün fiqurlar komplekti. [Yusif şahmatı bir kənara itələyir:] Həvəsim yoxdur.
Qalsın sonraya. M.İbrahimov.
[Adil:] Mən bütün şahmat fiqurlarının qabaqcadan əsaslı surətdə … hərəkət etməsini istəyirdim. İ.Əfəndiyev.

2. Şahmat taxtası kimi (xana-xana şəklində) olan.
Dəyirmi binanın ətrafındakı xiyabanın qırmızı əqiq daşları şahmat taxtası şəklində döşədilmişdi. M.S.Ordubadi.
Xüsusilə minaatanlar şahmat qaydasilə düz vurur, vzvodun bir addım da olsun irəli getməsinə aman vermirdilər. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞAHMAT ŞAHMAT [Həmidə:] Bu saat çağırım gəlsin, söhbət eləyin, şahmat oynayın, uşaq da onacan yatar (Anar); ŞƏTRƏNC (arx

Etimologiya

  • ŞAHMAT1 Farscadır. “Şah öldü” mənasını əks etdirir. “Mən bu işə mat qalmışam” deyirik, mənası “təəccübdən donmuşam”, “ölü vəziyyətdəyəm” deməkdir
ŞAHMAR
ŞAHMATÇI
OBASTAN VİKİ
At (şahmat)
At — Şahmat fiquru Atın gedişi iki cür hərəkətdən ibarətdir: şaquli və ya üfüqi xətt üzrə bir xanaya, sonra başlanğıc xanadan uzaqlaşaraq diaqonal üzrə digər xanaya hərəkət edir.
Azərbaycanda şahmat
Azərbaycanda şahmat — intellektual idman növü tarixən geniş yayılmışdır. Azərbaycan FİDE-nin üzvü olan 180-ə yaxın ölkə arasında şahmatın inkişaf etdirilməsi üzrə xüsusi Dövlət Proqramı qəbul etmiş yeganə dövlətdir. == Tarixi == Azərbaycanda da şahmatın böyük inkişaf yolu var. Daha qədim zamanlarda Azərbaycanda böyük şahmatçılar olmuşdur. Xaqani Şirvani (XI əsr), Nizami Gəncəvi (XII əsr), İmadəddin Nəsimi (XIV əsr), Məhəmməd Füzuli (XVI əsr) kimi dahilər öz şeirlərində şahmatı tərənnüm etmiş, oyun haqqında mənalı, çox dərin fikirlər söyləmişlər. Fransız yazıçısı Aleksandr Düma Azərbaycanda olarkən Xurşidbanu Natəvan ilə şahmat oynamış və onun qədim oyunun sirlərini dərindən bilməsini qeyd etmişdir. Görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadə oğluna yazdığı məktubda şahmatın sirlərinə yiyələnməyi tövsiyə etmişdir. Qədim Orta Asiyada gözəl oyunu ilə hamını heyran edən Cəlaləddin Naxçıvani (IX əsr) və Xoca Əli Təbrizi Azərbaycan şahmatçılarının ilk görkəmli nümayəndəsidir. Orta əsr təzkirələrində hər hansı bir dahi şəxsiyyətin poeziya, xəttatlıq, yaxud rəssamlıq sahəsində ustalığı qeyd olunarkən eyni zamanda onun şahmatçılıq bacarığından da danışılır. Görkəmli Azərbaycan miniatürçüsü və şairi Sadıq bəy Əfşarın "Məcmə-ül-xəvas" adlı təzkirəsində bildirilir ki, onun ustadı istedadlı rəssam Müzəffər Əli böyük və kiçik şahmat taxtalarında adi və gözübaqlı şəkildə ustalıqla oynayırmış.
Cinah (şahmat)
Cinah — Şahmat termini Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır.
Şahmat
Şahmat — iki oyunçu arasında taxta lövhə üzərində oynanan əyləncəli və rəqabətli strateji oyun. Bəzən bu oyunu daha qədim növlərindən və Çin şahmatı kimi əlaqəli oyunlardan fərqləndirmək üçün "Qərb şahmatı" və ya "Beynəlxalq şahmat" adlandırırlar. Oyunun indiki forması Hindistan və fars mənşəli oxşar oyunun inkişafından sonra XV əsrin ikinci yarısında Cənubi Avropada ortaya çıxdı. Bu gün şahmat bütün dünyada milyonlarla insanın evdə, klublarda, onlayn və turnirlərdə oynadığı dünyanın ən populyar oyunlarından biridir. Şahmat mücərrəd strategiya oyunudur və heç bir gizli məlumatı özündə əks elətdirmir. 8 sıra 8 sütun olmaqla sıra ilə düzülmüş 64 ağ və qara kvadratdan ibarət kvadrat şahmat lövhəsində oynanır. Oyunun başlanğıcında hər bir oyunçu (onlardan biri ağ fiqurları, digəri isə qara fiqurları idarə edir) 16 daşı idarə edir: 1 şah, 1 vəzir, 2 top, 2 at, 2 fil və 8 piyada. Oyunun məqsədi rəqibin şahını mat etməkdir. Əgər şah hücuma məruz qalıbsa və hərəkət edəcək yeri yoxdursa mat olur. The object of the game is to checkmate the opponent's king, whereby the king is under immediate attack (in "check") and there is no way to remove it from attack on the next move.
Debüt (şahmat)
Debüt (şahmat) — görüşün ilk mərhələsi, oyunun başlanğıcı Görüşün ilk mərhələsi olan debütdə rəqiblər fiqurları irəli çıxararaq sonrakı mərhələyə hazırlıq görürlər. Debüt şahmat strategiyasının və nəzəriyyəsinin, ilk növbədə fiqurların və piyadaların qarşılıqlı əlaqəsinin strateji prinsiplərinin əsas qanunlarına tabedir. Debüt üç növə bölünür: açıq (ağların birinci gedişi mütləq belə olur: 1. e4 və qaraların cavabı: 1... e5); yarımaçıq (ağlar 1. e4 gedişi edirlər, qaralar isə 1... e5 gedişindən başqa istənilən gedişi edə bilərlər); bağlı (ağlar 1. e4 gedişindən başqa istənilən gedişi edirlər). == Mənbə == Azər Zeynallı, Pərviz Əliyev, "Şahmat aləminə səyahət", Bakı, "İşıq", 1986, səh. 9.
Dəyirman (şahmat)
Dəyirman — Şahmat termini Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı.
Dəyişmə (şahmat)
Dəyişmə — Şahmat termini. Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir.
Fil (şahmat)
Fil — Şahmat fiquru. Fil ancaq diaqonal xanalarla hərəkət edir. Hərəkətində xanaların sayında məhdudiyyət yoxdur (yolunun üzərində başqa fiqur olmamaq şərtiylə).
Götürmə (şahmat)
Götürmə — Şahmat termini. Taxta üzərindən rəqibin fiqurunu və ya piyadasını çıxarmaq. Bu zaman oyunçu fiqurunu və ya piyadanı rəqibin fiqurunun və ya piyadasının tutduğu xanaya qoyur.
Gözübağlı şahmat
Gözübağlı şahmat (ing. Blindfold chess) - şahmatın bir növüdür. Burada oyunçular fiqurların vəziyyətini görə bilmir və onlara toxunmaq ixtiyarları yoxdur. Bu oyunçuları fiqurların vəziyyətinin zehni modelini qurmağa məcbur edir. Gedişləri şahmat işarələri sistemi ilə oyunçular bir-birlərinə çatdırırlar. Gözübağlı şahmat əsrlər boyu möcüzə hesab edilirdi, amma indi bəzi insanlar gözübağlı bir neçə oyunu sinxron izləyə bilir. Sinxron gözübağlı oyunda vasitəçi, adətən, oyunçular arasında gedişləri xəbər verir. == Erkən tarixi == "Gözübağlı şahmat" şahmat tarixində olduqca erkən oynanılıb. İlk gözübağlı şahmatı Orta Şərqdə Sa'id ibn Jubayr (665-714) oynamışdır. Avropada gözübağlı şahmat oynamaq usta oyunçunun zəif rəqiblə qarşılaşanda üstünlüyü kimi, ya da super bacarıqlarını nümayiş etdirmək kimi məşhurlaşıb.
Holoqrafik şahmat
Dejarik, həmçinin holoqrafik şahmat (ing. holographic chess) və ya holoşahmat (ing. holochess) — "Ulduz müharibələri" kosmik opera franşizasında yer almış, holoqrafik fiqurlardan istifadə edən uydurma stolüstü oyun. Bu, damalı taxtada oynanıldığından, burada hər bir fiqurun xüsusi hərəkət və hücum üsulu olduğundan və fiqurlar rəqibin tutduğu xanaya düşdüyü halda digər fiquru oyundan ixrac etdiyindən bəziləri tərəfindən Yerdəki şahmatın bu kainatdakı qarşılığı kimi təsvir edilmişdir. İllər ərzində dejarik üçün bir neçə rəsmi və qeyri-rəsmi replikalar hazırlanmışdır. 2021-ci ildə olan məlumata görə, oyun üçün heç bir rəsmi qayda dəsti buraxılmamışdır. Bunun əvəzinə oyun üçün əsasən azarkeşlər tərəfindən hazırlanmış bir sıra müxtəlif qaydalar dəsti mövcuddur. Oyunda istifadə olunacaq fiqurların sayı belə bəlli deyil, lakin bunun ən məşhur versiyasında səkkiz fiqurdan istifadə edilir. Oyun 1977-ci ildə yayımlanan "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" filmində "Millennium Falcon" kosmik gəmisindəki səhnədə debüt etmişdir. Dejarik fantastik əsərlərdə holoqramların, üçölçülü qrafik və artırılmış reallıq texnologiyalarının klassik, erkən nümunələrindən biri kimi tanınır.
Hücum (şahmat)
Hücum — Şahmat termini Şahmat görüşlərində hücumetmə, məqsədə çatma üsuludur. Hücum obyektləri müxtəlif ola bilər. Lakin əsas məqsəd rəqibin şahı üzərinə hücuma keçməkdir. Əgər hücuma qarşı hücum edilirsə, bu, əks-hücum adlanırr.
Həmlə (şahmat)
Həmlə — Şahmat termini Konkret məqsədə nail olmaq üçün bir və ya bir neçə gediş həmlə adlanır.
Keyfiyyət (şahmat)
Keyfiyyət — Şahmat termini Spesifik şahmat terminidir. Keyfiyyətin udulması – yüngül fiqurun əvəzinə topun udulmasıdır.
Kombinasiya (şahmat)
Kombinasiya — Şahmat termini Bu və ya digər məqsədə çatmaq üçün nəzəri elementlərin uyğunlaşaraq xüsusi mövqedən istifadə olunması.
Mat (şahmat)
Mat — Şahmat termini Müdafiəsi olmayan elan edilmiş şah.
Mittelşpil (şahmat)
Mittelşpil — Şahmat termini Hər iki tərəfin əsas qüvvələrini hərəkət etdirərək, mübarizənin başlandığı mərhələsi.
Müdafiə (şahmat)
Müdafiə — Şahmat termini. Hücum hərəkatına müqvimət göstərmək.
Mərkəz (şahmat)
Mərkəz — Şahmat termini. Şahmat taxtasının dörd xanası (a4, e4, e5, d5).
Məğlubiyyət (şahmat)
Məğlubiyyət — Şahmat termini Şahmatçının vaxtı ötürməsi, təxirə salınmış gedişdə düzgün olmayan gedişi etməsi və ya özünü məğlub sayması. Bundan əlavə yarışların keçirilməsi qaydalarını pozduğu zaman da şahmatçıya məğlubiyyət elan edilir.
Oppozisiya (şahmat)
Oppozisiya — Şahmat termini Bu, şahların elə bir yerləşməsidir ki, şaquli, üfüqi, yaxud diaqonal xəttlər üzrə onların arasındakı xanaların sayı tək olsun.
Pat (şahmat)
Pat (fransızca pat, italyanca patta — "heç-heçə oyun") — Şahmat termini Şahların gediş edə bilmədiyi vəziyyət. Özü də burada digər fiqurların və piyadaların da gediş etməyə imkanı olmur.
Piyada (şahmat)
Piyada — Şahmat fiquru Piyadalar ancaq qabağa hərəkət edə bilərlər: a) piyada yerləşdiyi xanadan başlayaraq şaquli xətt üzrə başlanğıcda bir və ya iki xana tullanmaqla hərəkət edir. Sonra onun xanadan-xanaya hərəkəti şaquli xətt üzrə edilir. Rəqib piyadasını vurarkən, o, diaqonal üzrə qarışıq xanaya keçir. b) şaquli xətt üzrə hərəkət edən hər hansı bir piyada taxtanın sonuna çatdıqdan sonra sonuncu gedişdə öz rəngindən olan və rəqibin vuraraq əldə etdiyi vəzirə, topa, filə və ya ata çevrilə bilər. == Həmçinin bax == Şahmat Şah (şahmat fiquru) Vəzir (şahmat) Top (şahmat) Fil (şahmat) At (şahmat) == Mənbə == Azər Zeynallı, Pərviz Əliyev, "Şahmat aləminə səyahət", Bakı, "İşıq", 1986, səh. 8.
Qalaqurma (şahmat)
Qalaqurma — Şahmat termini Şahın topun hərəkəti ilə tamamlanmış hərəkəti.
Qurban (şahmat)
Qurban — Şahmat termini. Müəyyən edilmiş məqsədə nail olmaq üçün könüllü surətdə verilmiş maddi üstünlük.
2008 Bakı Qran-prisi (şahmat)
Баку 2008 — 2008–2009-ci illərdə ilk qran-pri seriyalı yarışma 20 aprel — 6 may aralığında Bakıda keçirilmişdir.
2014 Bakı Qran-prisi (şahmat)
2014 Bakı Qran-prisi — 2014–2015-ci illərdə ilk qran-pri seriyalı yarışma 1 — 15 oktyabr aralığında Bakıda keçirilmişdir. Kateqoriya: 21 (seriya reytinqi 2751,83) == Yarışmanın reqlamenti == Vaxt nəzarəti: 2 saata 40 gediş, sonra 1 saata 20 gediş və 15 dəqiqə sonuncu partiyada, 61-ci gedişdən sonra hər gedişə 30 saniyə. Yarışma günləri: 2–5, 7–10, 12–14 oktyabr. İstirahət günləri: 6, 11 oktyabr.
42-ci Şahmat Olimpiadası
42-ci Şahmat Olimpiadası (bəzən Bakı Şahmat Olimpiadası adlanır) — Beynəlxalq Şahmat Federasiyası (FİDE) tərəfindən təşkil olunmuşdur. Olimpiadaya Açıq və Qadınlar turniri və şahmat oyununu təbliğ etmək üçün nəzərdə tutulmuş bir sıra tədbirlər daxil olunmuşdur. Tədbir 2016-cı il 1–14 sentyabr tarixlərində Bakıda keçirilmişdir. Şahmat Olimpiadası Azərbaycanda ilk dəfə keçirilsə də, Azərbaycan daha əvvəl güclü turnirlərə, o cümlədən, Vüqar Həşimovun xatirəsinə həsr olunmuş illik Şəmkir Beynəlxalq Şahmat Turnirinə və 2015-ci ildə Şahmat üzrə Dünya Kubokuna ev sahibliyi etmişdir.Tədbirdə iştirakçılarının ümumi sayı 1587 nəfər idi. Açıq turnirdə 894, Qadınlar turnirində isə 693 nəfər iştirak etmişdir. Qeydiyyatdan keçmiş komandaların sayı — açıq bölmədə 180 ölkədən 175-i, Qadınlar bölməsində isə 142 ölkədən 138-i iştirak etmişdir. Hər iki bölmədə komandan iştirakı rekordları qeyd olunmuşdur. Eritreya, Kosova və Cənubi Sudan ilk dəfə turnirdə iştirak etmişdir. Tədbir Bakı Kristal Zalında keçirilmişdir. Tədbirin baş hakimi Azərbaycandan beynəlxalq arbitr olan Faiq Həsənov idi.ABŞ 1976-cı ildən ilk dəfə və ümumilikdə altıncı dəfə açıq tədbirdə qızıl medal qazanmışdır.
42-ci Şahmat Olimpiyadası
42-ci Şahmat Olimpiadası (bəzən Bakı Şahmat Olimpiadası adlanır) — Beynəlxalq Şahmat Federasiyası (FİDE) tərəfindən təşkil olunmuşdur. Olimpiadaya Açıq və Qadınlar turniri və şahmat oyununu təbliğ etmək üçün nəzərdə tutulmuş bir sıra tədbirlər daxil olunmuşdur. Tədbir 2016-cı il 1–14 sentyabr tarixlərində Bakıda keçirilmişdir. Şahmat Olimpiadası Azərbaycanda ilk dəfə keçirilsə də, Azərbaycan daha əvvəl güclü turnirlərə, o cümlədən, Vüqar Həşimovun xatirəsinə həsr olunmuş illik Şəmkir Beynəlxalq Şahmat Turnirinə və 2015-ci ildə Şahmat üzrə Dünya Kubokuna ev sahibliyi etmişdir.Tədbirdə iştirakçılarının ümumi sayı 1587 nəfər idi. Açıq turnirdə 894, Qadınlar turnirində isə 693 nəfər iştirak etmişdir. Qeydiyyatdan keçmiş komandaların sayı — açıq bölmədə 180 ölkədən 175-i, Qadınlar bölməsində isə 142 ölkədən 138-i iştirak etmişdir. Hər iki bölmədə komandan iştirakı rekordları qeyd olunmuşdur. Eritreya, Kosova və Cənubi Sudan ilk dəfə turnirdə iştirak etmişdir. Tədbir Bakı Kristal Zalında keçirilmişdir. Tədbirin baş hakimi Azərbaycandan beynəlxalq arbitr olan Faiq Həsənov idi.ABŞ 1976-cı ildən ilk dəfə və ümumilikdə altıncı dəfə açıq tədbirdə qızıl medal qazanmışdır.
42-ci Şahmat Olimpiyası
42-ci Şahmat Olimpiadası (bəzən Bakı Şahmat Olimpiadası adlanır) — Beynəlxalq Şahmat Federasiyası (FİDE) tərəfindən təşkil olunmuşdur. Olimpiadaya Açıq və Qadınlar turniri və şahmat oyununu təbliğ etmək üçün nəzərdə tutulmuş bir sıra tədbirlər daxil olunmuşdur. Tədbir 2016-cı il 1–14 sentyabr tarixlərində Bakıda keçirilmişdir. Şahmat Olimpiadası Azərbaycanda ilk dəfə keçirilsə də, Azərbaycan daha əvvəl güclü turnirlərə, o cümlədən, Vüqar Həşimovun xatirəsinə həsr olunmuş illik Şəmkir Beynəlxalq Şahmat Turnirinə və 2015-ci ildə Şahmat üzrə Dünya Kubokuna ev sahibliyi etmişdir.Tədbirdə iştirakçılarının ümumi sayı 1587 nəfər idi. Açıq turnirdə 894, Qadınlar turnirində isə 693 nəfər iştirak etmişdir. Qeydiyyatdan keçmiş komandaların sayı — açıq bölmədə 180 ölkədən 175-i, Qadınlar bölməsində isə 142 ölkədən 138-i iştirak etmişdir. Hər iki bölmədə komandan iştirakı rekordları qeyd olunmuşdur. Eritreya, Kosova və Cənubi Sudan ilk dəfə turnirdə iştirak etmişdir. Tədbir Bakı Kristal Zalında keçirilmişdir. Tədbirin baş hakimi Azərbaycandan beynəlxalq arbitr olan Faiq Həsənov idi.ABŞ 1976-cı ildən ilk dəfə və ümumilikdə altıncı dəfə açıq tədbirdə qızıl medal qazanmışdır.
Amber şahmat turniri
Amber şahmat turniri (rəsmi adı ilə ing. Amber Rapid and Blindfold Chess Tournament) — 1992-2011-ci illərdə keçirilmiş illik şahmat turniri. Turnirə ancaq dəvət yolu ilə dünyanın ən yaxşı şahmatçıları iştirak edirdilər. 1993-cü ildə keçirilən ikinci turnirdən etibarən gözübağlı şahmat və sürətli şahmat da turnirin proqramına salınmış və turnirin özü Monakonun paytaxtı Monte Karlo şəhərində keçirilməyə başlanmışdır. Turnirin sponsoru qiyabi şahmat üzrə dünya çempionu olmuş holland biznesmen Yup Van Osterom olmuşdur. Onun qızının şərəfinə adlandırılmış bu turnirin ilin mart ayında təşkil olunurdu. Van Osteromun bacısı da öz adını Kristal Kelli şahmat turnirinə vermişdir. Turniri ən çox Vladimir Kramnik qazanmışdır. (6 dəfə) Vişvanatan Anand yeganə şahmatçıdır ki, eyni turnirdə həm sürətli şahmat, həm də gözübağlı şahmat turnirlərinin qalibi olub. (Bunu iki dəfə etmişdir: 1997 və 2005-ci ildə) Sürətli şahmatda ən çox qalib gələn Anand (9 dəfə), gözübağlı şahmatda isə ən çox qalib gələn Kramnikdir.
Andraş Adoryan (şahmatçı)
Axmaq matı (şahmat)
Axmaq matı – şahmatda ən tez mümkün olan mat növü. 2 gedişə olan bu mata — Axmaq Matı (ing — fool's mate) deylir. Bu mat növü olduqca ağılsızdır və gerçəkləşməsi üçün iki tərəfdən birinin çox pis gedişlər etməsi gərəkdir. Onun üçün də belə bir ad verilmişdir. Hətta yeni başlayan həvəskar oyunçular arasında belə bu cür mata demək olar ki, rast gəlinmir. Axmaq matının olması üçün gedişlər aşağıda göstərilmişdir. 1. f3 e5 2. g4 Qh4 #Bu mat üçün ağların öncə f piyadasını bir, ya da iki dama irəli oynaması gərəkdir. Qaralar daha sonra e piyadasını irəli oynayıb vəzirin yolunu açmalıdır.
Aydın Hüseynov (şahmatçı)
Aydın Hüseynov (31 avqust 1957, Batumi - 30 oktyabr 2003, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (1998). == Həyatı == Aydın «Burevestnik» klubda Vladimir Bağırovun qrupunda şahmatla məşğul olmağa başlayıb. Daha sonra Vladimir Makoqonovun qrupunda məşğul olub. Bütün şahmat karyerası boyunca Aydının məşqiçisi olmayıb. 1978-ci ildə idman ustası, 1995-ci ildə beynəlxalq usta, 1998-ci ildə isə beynəlxalq qrosmeyster titulunu qazanıb (Azərbaycan tarixində üçüncü qrosmeyster). 1991-1996-cı illər arasında Qatar Şahmat Federasiyasında məşqiçi kimi çalışıb. 2003-cü ilin 30 oktyabrında Bakı şəhərində vəfat edib. === Ailəsi === Həyat yoldaşı- Elmira Əliyeva 13 dəfə Azərbaycan çempionu, beynəlxalq usta, idman ustası titulunu qazanan ilk azərbaycanlı qadın Oğlu- Elmir Hüseynov beynəlxalq usta, Gənlər arasında Azərbaycan çempionu, 2007-ci ildə Şahmat üzrə Azərbaycan Çempionu == Naliyyətləti == Zaqafqaziya Çempionatı 1982- Zaqafqaziya Çempionatı (Gəncə), birinci yer 1984- Zaqafqaziya Çempionatı (Tbilisi), üçüncü yer 1983- «Urojay» Cəmiyylərin Çempionatı, birinci yer 1987- SSRİ Çempionatı (Tümen), ikinci yer 1988-SSRİ Çempionatı (Ujqorod), ikinci yer 1990-SSRİ Çempionatı (Herson), ikinci yer 1996- Azərbaycan Çempinatı (Bakı), birinci yer 1983– Beynəlxalq turnir (Bakı), ikinci yer 1984– Beynəlxalq turnir (Çexiya) , birinci yer 1988– Beynəlxalq turnir (Polşa), birinci yer 1994– Beynəlxalq turnir (Özbəkistan), ikinci yer 1997– Beynəlxalq turnir (Azərbaycan, Zuğulba), birinci-ikinci yer 1998– Beynəlxalq turnir (Türkiyə, Ankara), birinci-ikinci yer 1999– Beynəlxalq turnir (Yunanıstan, Afina), ikinci-dördüncü yer Aydın Hüseynov komanda turnirlərində Azərbaycanı demək olarki, 30 il təmsil edib: 1974 – SSRİ Spartakiada (məktəblər arası), birnci yer, birinci lövhə (7 oyundan 5.5 xal), Harri Kasparov ikinci lövhədə, komanda ikinci yer tutub 1990 – SSRİ Spartakiada, birinci yer ikinci lövhədə (9 oyundan 8 xal) Aydın 1979 və 1983-cü ildə SSRİ Spartakiadasında Azərbaycanı təmsil edib. Həmçinin 1998-ci ildə Elistada keçirilən 33-cü Şahmat Olimpiadasında və 1997-ci ildə Xorvatiyanın Pula şəhərində keçirilən Avropa Şahmat Çempionatında iştirak edib.
Azər Mirzəyev (şahmatçı)
Azər Tahir oğlu Mirzəyev (20 mart 1978, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (2001). == Həyatı == Azər Mirzəyev 1978-ci ildə Bakı şəhərində anadan olub. Valideynləri 7 yaşında Respublika Şahmat Məktəbinə gətiriblər və ilk məşqiçisi Bəhruz Qurbanov olub. İlk uğurunu 9 yaşında Bakı çempionu olanda qazanıb. == Naliyyətləri == 1995 və 2000-ci illərdə Azərbaycan çempionu olub. 2006-ci ildə Elqoybarda keçirilən turnirdə birinci yer tutmuşdur. İki dəfə (2008 və 2010) Azərbaycan yığmasının tərkibində Şahmat Olimpiadasında iştirak edib. 2009-cu ildə San Sebastianda keçirilən turnirdə birinci yer tutmuşdur. 2010-cu ildə Kalvidə keçirilən turnirdə birinci yer tutmuşdur. 2012-ci ildə Albacetedə keşirilən turnirdə birinci və ikinci yeri Omar Almeida Quintana ilə bölüşmüşdür.
Azərbaycan millisi 2013-cü il Şahmat üzrə Avropa çempionatında
2009-cu il oktyabr ayının 21-də Polşanın paytaxtı Varşava şəhərində şahmat üzrə sayca on doqquzuncu Milli komandalar arası Avropa çempionatı təşkil olunmuşdur. Yarışda 38 kişi və 32 qadın kollektivi mübarizə aparmışdı. Turnirdə kişilər arasında 189, qadınlar arasında isə 160 idmançı iştirak edirdi ki, bunların da hər biri FİDE reytinqinə sahib idi. Çempionat 9 turdan ibarət idi və İsveçrə sistemi ilə keçirilirdi. Turnirin orta reytinq göstəricisi 2570 idi. Turnirin baş hakimi isə Aleksandr Sokolski idi. Kişilərdən ibarət milli komandamız ilk görüşünü İsveç millisinə qarşı keçirmiş və bu oyun bərabər, 2-2 hesabı ilə yekunlaşmışdır. Qadınlardan ibarət milli komandamız isə ilk görüşünü Ukrayna millisinə qarşı keçirmiş və bu oyun 1-3 hesabı ilə millimizin məğlubiyyəti ilə yekunlaşmışdır. == Məkan == Çempionat Polşanın paytaxtı Varşava şəhərinin mərkəzində yerləşən "Novotel Warszawa Centrum" otelində keçirilmişdir. Həmçinin otel çempionatın təşkilatçısı və tərəfdaşı sayılırdı.
Azərbaycan millisi 2017-ci il Şahmat üzrə Avropa çempionatında
2017-ci ilin oktyabrın 27-də Yunanıstanın Krit adasında şahmat üzrə sayca iyirminci Milli komandalar arası Avropa çempionatı təşkil edilmişdir. Çempionatın oyunları Creta Maris Beach Resort-da yerləşən konfrans zalında təşkil edilmişdi. Açılış mərasimindən sonra millilərin kapitanları ilə məhz bu zalda görüş təşkil edilmişdir. == Yarşın qaydaları və iştirakçıları == Yarışda 40 kişi və 32 qadın kollektivi mübarizə aparırdı. Turnir 9 turdan ibarət olaraq İsveçrə sistemi ilə keçirilirdi. Bütün kişi və qadınlardan ibarət millilərə 4 əsas oyunçu və 1 ehtiyat oyunçu ilə yarışa qatılmağa icazə verilirdi. Azərbaycanın kişilərdən ibarət milli komandasına kapitan kimi Eltac Səfərli qadınlardan ibaət milliyə isə Fikrət Sideifzadə başçılıq edirdi. Turnirin qaydalarına əsasən oyunçular yalnız 30-cu gedişdən sonra heç-heçəyə razılaşa bilərdilər. Əgər hər hansı qrossmeyster bu qaydanı pozduğu halda cəzalandırılacaqdır. Bundan başqa hər hansı şahmatçı oyun mamasına başlanğıcdan etibarən 15 dəqiqə ərzində masaya yaxınlaşmadığı halda bu onun məğlubiyyəti ilə nəticələnirdi.
Azərbaycan Şahmat Federasiyası
Azərbaycan Şahmat Federasiyası və ya qısaldılmış adı ilə AŞF — Azərbaycanda şahmata nəzarət edən rəsmi qurum. 1920-ci ildə Sovetlər Birliyi dövründə, Azərbaycan Şahmat Federasiyası yaradıldı. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildə Azərbaycan Şahmat Federasiyası, Beynəlxalq Şahmat Federasiyası (FIDE)-ye üzv olmuşdur. 2002-ci ildə Bakıda Avropa çempionatı, 2003-cü ildə Naxçıvan Muxtar Respublikasında gənclər arasında dünya çempionatı keçirilmişdir. Azərbaycan şahmatçıları dünya və Avropa çempionatların da 33 qızıl, 25 gümüş, 24 bürünc medal qazanmışlar. 2007–2010 illərdə Bakıda bir neçə beynəlxalq yarış, qadınlar arasında beynəlxalq şahmat turniri, Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Qran-pri", "Prezident kuboku" beynəlxalq turnirləri, "Bakı Open — 2010" yarışları keçirilmişdir. 2007-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankın sədri Elman Rüstəmov federasiyanın prezidenti seçilmişdir. == İcraiyyə Komitəsi == Prezident: Mahir Məmmədov Vitse-prezident: Faiq Həsənov === Federasiyanin Prezidentləri === Aynur Sofiyeva — 2002–2007 Elman Rüstəmov — 2007–2021 Mahir Məmmədov — 2021- == Həmçinin bax == Azərbaycanda şahmat Azərbaycan Şahmat Çempionatı Azərbaycan Şahmat Milli Komandası (kişilər) Azərbaycan Şahmat Milli Komandası (qadınlar) == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Azərbaycan Şahmat Çempionatı
Azərbaycan Şahmat Çempionatı — şahmat üzrə üzrə kişilərdən və qadınlardan ibarət Azərbaycan çempionunu müəyyənləşdirmək üçün oynanılır. Çempionat Azərbaycan Şahmat Federasiyası tərəfindən həyata keçirilir. Çempionat, bəzi istisnalar xaricində, hər il Bakıda təşkil olunur. İlk çempionat, Azərbaycan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının bir hissəsi ikən, 1934-cü ildə keçirildi. Çempiyonanatlar Azərbaycan Sovet Sosialist Respublikası dövründə 1945-ci ilə qədər nizamsız olaraq keçirildi. O ildən etibarən hər il təşkil edilməyə başlandı və 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu günə qədər keçirilir.
Azərbaycan şahmatçılarının siyahısı
Azərbaycan şahmatçılarının siyahısı — keçmiş və indiki Azərbaycan şahmat titul sahiblərinin tam siyahısı haqqında.
Azərbaycanlı şahmatçılarının siyahısı
Azərbaycan şahmatçılarının siyahısı — keçmiş və indiki Azərbaycan şahmat titul sahiblərinin tam siyahısı haqqında.
Bakı 1980 (şahmat turniri)
Bakı 1980 — 29 mart — 18 aprel aralığında keçirilmiş şahmat üzrə beynəlxalq turnir.
Bağça şahmatı
Bağça şahmatı — bağça üzərində yerləşdirilmiş lövhə üzərində oynanılan şahmat növüdür. BUrda hündür fiqurlardan istifadə edilir. Məqsəd şahmatın ancaq qapalı məkanlarda oynanılmadığını göstərməkdir. Əsasən məktəblərdə, otellərə və parklarda oynanılır.
Berd debütü (şahmat)
Berd debütü — Şahmat termini Praktikaya tətbiq edən İngiltərə ustasının şərəfinə adlandırılmışdır.
Beynəlxalq Şahmat Federasiyası
FİDE (fr. Fédération Internationale des Échecs, FIDE) — beynəlxalq şahmat federasiyası, idman təşkilatı. Şahmatın inkişafı və populyarlaşması ilə məşğul olur. Əsası 1924-cü ilin 20 iyulunda Parisdə qoyulmuşdur. 158 milli federasiya, o cümlədən Azərbaycan Şahmat Federasiyası FİDE-nin üzvüdür (2011). Bayrağı, himni və devizi (“Gens una sumus” –“Biz hamımız bir ailəyik”) vardır. 1980 ildən YUNESKO-nun üzvüdür. Mənzil qərargahı Afinadadır. Rəsmi dilləri: fransız, rus, ingilis, alman və ispan. FİDE kişilər və qadınlar arasında dünya və Avropa çempionatları (şəxsi və komanda), Ümumdünya şahmat olimpiadaları (1927 ildən kişilər və 1957 ildən qadınlar arasında) və başqa böyük yarışlar keçirir.
Beynəlxalq Şahmat Günü
Beynəlxalq Şahmat Günü (ing. International Chess Day) — 1924-cu ilin iyulun 20-də Fransanın paytaxtı Parisdə FİDE təsis edilmişdir. 20 iyul 1966-ci ildən Beynəlxalq Şahmat Günü kimi qeyd edilir.Bu günün beynəlxalq şahmat günü kimi qeyd olunması ideyası YUNESKO tərəfindən irəli sürülüb və 1966-cı ildən FİDE tərəfindən təsis edildikdən sonra belə qeyd edilir. Üzvlərində 181 şahmat federasiyası olan FİDE bu gün bütün dünyada şahmat tədbirləri və yarışları təşkil edir. FİDE prezidenti Kirsan İlyumjinovun sözlərinə görə, hələ 2013-cü ildə beynəlxalq şahmat günü 178 ölkədə qeyd olunub. 12 dekabr 2019-cu ildə BMT Baş Assambleyası bu günün tanınması haqqında qətnaməni yekdilliklə təsdiq etdi. Bu günü dünya üzrə 605 milyon müntəzəm şahmatçının bir çoxu qeyd edir. 2012-ci ildə Yougov sorğusu göstərdi ki, "yetkin əhalinin 70%-i heyrətamiz dərəcədə stabil şahmat oynayıb. Bu rəqəm ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya və Hindistan kimi müxtəlif ölkələrdə təxminən eyni səviyyədədir. == Tarixi == Şahmatın mənşəyi mübahisə mövzusudur.
Daimi şah (şahmat)
Daimi şah — Şahmat termini "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir.

Digər lüğətlərdə

астроме́трия жиронди́ст чита́бельный анало́й безубы́точно вышелу́шиваться грудь эмити́роваться прынч broadsword cantankerous emulgent fellable Francophile manation orchard student-teacher zincographic вылезть гоголь-моголь кенийка малостойкий прикладка умиротворительница шлак